Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-207/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı "torpaq sahəsinə manenin aradan qaldırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X4 Cavabdeh qarşı "torpaq sahəsinə manenin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş baş sahəsi, 1705M saylı üvanında yerləşən 0,10 hektar torpaq sahəsinin 170.0 kv\m hissəsinin cavabdeh 1705 saylı torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh Ağamövsün oğlu tərəfindən qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməklə maneənin aradan qaldırılması, torpaq sahənin boşaldılması, bütün bu müddət ərzində torpaq sahəsindən qanunsuz istifadə etdiyinə görə ona dəymiş maddi ziyanın ödənilməsi, vəkil xidmətlərindən istifadə etdiyinə görə çəkdiyi 200 manat, sorğuların verilməsi və iddianın verilməsinə görə ödədiyi 40 manat dövlət rüsumlarının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixdə qeydiyyata götürülümüş Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş baş sahəsi, 1705M saylı üvanında yerləşən 0,10 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X2 məxsusdur. Ona məxsus olan bu torpal sahəsi onların razılığı olmadan, məhkəmə qərarı olmadan, kompensasiya ödənilmədən və məlumat verilmədən cavabdeh tərəfindən 170.0 kv/m hissədə zəbt edilərək hasara alınmışdır. Bununla əlaqədar cavabdehə bir neçə dəfə şifahi məlumat versə də sonuncu əvvəlcə hasarı sökəcəyini bildirsə də sonradan imtina etmiş, ona məhkəməyə müraciət etməyini bildirmişdir. Bununla bağlı tərəfindən Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət edilmiş və alınmış xx.xx.2020-ci il tarixli **********85 saylı arayışdan məlum olur ki, sənəd üzrə bağ sahəsinin 170.0 kv/m hissəsi qonşu 1705 saylı bağ sahəsinin mülkiyyətçisinin hasarı daxilində olmaqla istifadə edilməkdədir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı X1 nümayəndəsi və vəkili X5 iddi tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında bildir ki, ünvan 1 ünvanında yerləşən 0,0965 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ 08 aprel 2017-ci il tarixində DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. 08 aprel 2017-ci il tarixindən xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin sənəd üzrə ölçüsü (0,0965 ha) ilə faktiki ölçüsü (0,0965 ha) eynilik təşkil edir. Ərizəyə əlavə etdiyi, xx.xx.2021-ci il tarixli **********676 saylı notarial qaydada təsdiq olunmuş ərizədən bəlli olur ki, onun xüsusi mülkiyyətiydə olan, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1705 saylı bağ sahəsi 1705M saylı bağ sahəsindən ayıran daş hasar həqiqətən 2017-ci ilin aprel ayında inşa edilmişdir. 1705 saylı bağ sahəsni 1705M saylı bağ sahəsindən ayıran 2017-ci ilin aprel ayında inşa edilmiş, həmin daş hasar sökülməmiş, yeri dəyişdirilməmiş, mövcud olduğu yerdə 2017-ci ilin aprel ayından hal-hazıradək dayanmışdır. Hazırkı mülki işə iddiaçı tərəfindən əlavə olunmuş, DƏDRX- dən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Ərizəyə əlavə etdiyi, xx.xx.2021-ci il tarixli **********676 saylı natarial qaydada təsdiq olunmuş ərizəyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1705 saylı bağ sahəsini 1705M saylı bağ sahəsindən ayıran daş hasar həqiqətən 2017-ci ilin aprel ayında inşa edilmişdir. 1705 saylı bağ sahəsini 1705M saylı bağ sahəsindən ayıran, 2017-ci ilin aprel ayında inşa edilmiş, həmin daş hasar sökülməmiş, yeri dəyişdirilməmiş, mövcud olduğu yerdə 2017-ci ilin aprel ayından halhazıradək dayanmışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixdən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin hər-hansı bir hissəsini zəbt etməyi zamana görə mümkünsüzdür. Hazırkı, mülki işə iddiaçı tərəfindən əlavə olunmuş, DƏDRX-nın Bakı Şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya verilmiş çıxarışı, DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli **********85№-li məktubu və ərizəyə əlavə etdiyi, xx.xx.2021-ci il tarixli **********676 saylı natarial qaydada təsdiq olunmuş ərizəyə tədqiq edərkən müəyyən olur ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə DƏDRX-nın Bakı Şəhər Ərazi idarəsi tərəfindən qeydə alınan zaman, Ləhiş bağ sahəsi, 1705M saylı bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin faktiki ölçüsü ilə sənəd üzrə ölçüsü arasında ziddiyyət ( uyğunsuzluq 0,10 ha - 0,0170 ha (170kv.m) - 0,083ha ) mövcud olmuşdur. İşin yuxarıda göstərilən hallarından və işə əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə 2020-ci il tarixdə qanunvericiliyə müvafiq olaraq DƏDRX- nın 1 saylı Bakı Ərazi idarəsi və iddiaçı (İddiaçı) tərəfindən birgə texniki baxış keçirilmişdir. Baxış zamanı 1705 saylı bağ sahəsi ünvanında yerləşən torpaq sahəsini 1705M saylı bağ sahəsi ünvanında yerləşən torpaq sahəsindən ayıran mövcud daş hasarın olduğunu və 1705M saylı bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin faktiki ölçüsünün 0,083ha olduğunu DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi və iddiaçı bilmişlər. Lakin, DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixdə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin faktiki ölçüsü 2017-ci ilin aprel ayında 0,083 ha olmuş olsa da, iddiaçıınn mülkiyyət hüququnu xx.xx.2020-ci il tarixdə DƏDRX- nm 1 saylı Bakı Ərazi İdarəsi formal ölçü üzrə, yəni 0,10 ha kimi qeyri-qanuni olaraq qeydə almışdır. İşdən görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin faktiki ölçüsü 0,083ha olduğu halda, işə iddiaçı tərəfindən əlavə olunmuş, iddiaçıya məxsus xx.xx.2020-ci il tarixli çıxarışın xx.xx.2020-ci il tarixli AA№ 543842 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə DƏDRX-nm 1 saylı Bakı Ərazi İdarəsi torpaq sahəsinin faktiki ölçüsünü qanunsuz olaraq 0,10 ha kimi qeyd etmişdir. İşin faktiki hallarından və işə əlavə olunmuş sənədlərdən müəyyən olur ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ilə bağlı mübahisə iddiaçı (İddiaçı) ilə DƏDRXnın 1 saylı Bakı Ərazi İdarəsi arasında xx.xx.2020-ci il tarixdə yaranmışdır. Yəni, iddiaçının arvadı X1 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə DƏDRX-nm Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınan zaman, Ləhiş bağ sahəsi, 1705M saylı bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin faktiki ölçüsü ilə sənəd üzrə ölçüsü arasında ziddiyyət ( uyğunsuzluq 0,10 ha-0,0170 ha (170kv.m) = 0,083ha) mövcud olan zaman. İşdəki DƏDRXnın 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020- ci il tarixli **********85№-li məktubu hazırkı mübahisənin ədalətli həlli üçün əsas ola bilməz. Belə ki, DƏDRX-nm 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********85№-li məktubunda 170 kv.m torpaq sahəsinin hansı tarixdən, hansı ildən 1705 saylı bağ sahəsinin mülkiyyətçisinin hasarı daxilində olması göstərilməmişdir. Mübahisənin düzgün və ədalətli həll edilməsi məqsədilə, işin yuxarıda qeyd olunan hallarından yaranmış suallara cavab verməyə görə, DƏDRX-nm 1 saylı Bakı Ərazi idarəsinin nümayəndəsi ( mütəxəssisi ) məhkəmə iclasına gəlməli, gələrkən DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsindən iddiaçının arvadı X2 aid içərisində sənədlər olan qovluğu özü ilə məhkəməyə gətirməlidir. Ona görə də məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 4 bağın (0.10 hektar torpaq sahəsinin) mülkiyyətçisi X3r. (qeydiyyat tarixi xx.xx.2020) İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Xidmətinin **********85 saylı xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 4 bağ sahəsinin kordinatlarının müəyyənləşdirilərək bildirilmişdir ki, bağ sahəsinin 170.0 kv.m hissəsi qonşu 1705 saylı bağ sahəsinin mülkiyyətçisinin hasarı daxilində olmaqda istifadə etməkdədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1705 saylı bağın mülkiyyətçisi Cavabdehdur. (qeydiyyat tarixi xx.xx.2017) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3651 saylı xx.xx.2022-Ci il tarixli rəyindən görünür ki, "xxxx" MMC Bakı LTİnin mütəxəssis rəyinə əsasən, X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1705 M 0.10 ha torpaq sahəsinin kordinatları müəyyən edilməklə sərhədləri müəyyən edildi. "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, iddiaçıya məxsus ünvan 4 0.10 ha torpaq sahəsinin kordinatları üzrə hüdudlarına Cavabdeh tərəfindən 162 m2 hissəsinə müdaxilə edildiyi müəyyən edildi. "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, müdaxilə edilmiş 162 m2 hissədə hər hansı bir tikilinin olmadığı müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən-sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Beləliklə məhkəmə baxışı zamanı o cümlədən ekspertin rəyindən də məlum olur ki, iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1705M ünvanında yerləşən torpaq sahəsinin 162 kv.m hissəsi cavabdeh tərəfindən hasara alınmış, bununlada iddiaçının öz mülkiyyət hüququna maneəsiz istifadənin qarşısı alınaraq, iddiaçın mülkiyyət hüququndan məhrum etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1705M saylı ünvanda yerləşən 0.10 hektar torpaq sahəsinin 162 kv.m hissəsinə Cavabdeh tərəfindən çəkilmiş hasar cavabdehin hesabına sökülməli, həmin hissə boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin bu müddət ərzində torpaq sahəsindən qanunsuz istifadə etdiyinə görə ona dəymiş maddi ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə konkret olmadığından yəni iddiaçıya hansı müüdətdə, nə qədər ziyan dəyməsi və bu ziyanın hesablama qaydasını məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin 200 manat vəkil xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən 100 manat hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1705M saylı ünvanda yerləşən 0.10 hektar torpaq sahəsinin 162 kv.m hissəsinə Cavabdeh tərəfindən çəkilmiş hasar cavabdehin hesabına sökülsün. ünvan 4 ünvanda yerləşən 0.10 hektar torpaq sahəsinin 162 kv.m hissəsi Cavabdeh Ağamövsün oğlu tərəfindən boşaldılsın. 100 (yüz)manat vəkil xərci və 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-207/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-207/2022
26.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver