Məhkəmə qərarları › İş №2(3-8)-147/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-147/2026

13.04.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-147/2026 13.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar X19, iddiaçı4 Rasim oğlu, X1, X5 cavabdehlər Abşeron Rayon Icra Hakimiyyəti, Abşeron Rayonu Masazır Bələdiyyəsi və Ələmşahov Əli Məhəmməd oğluna qarşı hüquqi sənədlərin etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması tələbi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 və X7 cavabdeh Ələmşahov Əli Məhəmməd oğluna qarşı qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması tələbinə dair mülki iş üzrə (ümumi istifadədə olan torpaq sahələrinə olan maneələrin aradan qaldırılması, tikililərin sökülməsi və zəbt edilmiş yolun açılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, Iddiaçı X19, Iddiaçı X5, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Ələmşahov Əli Məhəmməd oğlunun, Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Işin halları

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2014-cü il tarixli RX ******* saylı çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsi X5 mülkiyyətindədir. Onun adına ##.##.2014- cü il tarixli AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.

2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2014-cü il tarixli RX ******* saylı çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsi X9 mülkiyyətindədir. Onun adına ##.##.2014-cü il tarixli, AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.

3. Abşeron Rayon Icra Hakimiyyətinin X5 ünvanladığı ##.##.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ərazisində Əli və Toğrul adlı şəxslər tərəfindən Yeni Yaşayış massivində yolun zəbt edilməsi və aparılan qeyri-qanuni tikinti işləri barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətlərə baxılmışdır. Sözügedən ünvanda aparılan tikinti işlərinə dair Abşeron RIH tərəfindən heç bir icazə sənədi verilməmişdir. Məktubda qeyd olunan ünvana baxış keçirilmiş, tikinti işləri dayandırılmış, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərarlıq edilmiş, qanunsuzluğun təkrarlanmasına yol verilməməsi üçün ünvanlar nəzarətə götürülmüş, aparılan qeyri-qanuni tikinti işləri barəsində hüquq-mühafizə orqanlarına məlumat verilmişdir.

4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cü il tarixli RX ******* saylı çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Onun adına ##.##.2013-cü il tarixli AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.

5. Azərbaycan Respublikası ƏMDX DƏDKR PHŞ-i tərəfindən verilmiş ##.##.2023cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən 0,04 ha torpaq sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 mülkiyyətindədir. Onun adına ##.##.2013-cü il tarixli AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.

6. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2016-cı il tarixli RX ******* saylı çıxarışdan görünür ki, ünvan 1ndə yerləşən ümumi sahəsi 122,2 kv.m olan ev və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi Ələmşahov Əli Məhəmməd oğlunun mülkiyyətindədir. Onun adına ##.##.2018-ci il tarixli 202 inventar nömrəli texniki pasport tərtib olunmuşdur.

7. Azərbaycan Respublikası ƏMDX DƏDKR PHŞ-nin * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-***-**/*-****/**** saylı məktubundan görünür ki, elektron məlumat bazasında torpaq sahəsinə gedən yol barəsində heç bir məlumat aşkar olunmadığından sualın cavablandırılması mümkün olmamışdır. Torpaq sahəsinə girişçıxış yolunun müəyyən edilməsi ilə bağlı * saylı Abşeron Ərazi Idarəsinə dair hər hansı qanunvericilik aktı öhdəlik qoyulmamışdır. Apellyasiya icraatı zamanı iddiaçı tərəfin təqdim etdiyi;

8. “X13 və Ekspertiza Mərkəzi” MMC-nin ##.##.2026-cı il tarixli, ** nömrəli mütəxəssis rəyindən müəyyən edilir ki, X5 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsinə və qonşular X9 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsinə, X1 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsinə, Hüquqların dövlət qeydiyyatı haqqında ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,04 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun cənub tərəfdən girişi mövcuddur, şimal-qərb tərəfdən çıxış isə bağlanmışdır, yəni yol bağalanaraq dalana çevrilmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi həyətyanı sahələrinin bölgü layihəsinə əsasən Ələmşahov Əli Məhəmməd oğlu və digərləri (X4 və X8) tərəfindən zəbt olunmuş ərazi ümumi istifadədə olan yoldur. Həmin yolun 240 kv.metri Ələmşahov Əli Məhəmməd oğlu, 70 kv.metri X4 və 160 kv.metri isə X8 tərəfindən bağlanmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçılar X19, iddiaçı4 Rasim oğlu, X1 və X5 cavabdeh Abşeron Rayon Icra Hakimiyyəti, Abşeron Rayonu Masazır Bələdiyyəsi və Ələmşahov Əli Məhəmməd oğluna qarşı “hüquqi sənədlərin etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Abşeron rayon Icra Hakimiyyəti və Masazır Bələdiyyəsi tərəfindən cavabdeh Ələmşahov Əli Məhəmməd oğluna qeyd olunan tikintinin aparılması üçün verilmiş hüquqi sənədlərin (sərancamın, alqı-satqı müqaviləsinin və sair) etibarsız hesab edilməsi, mülkiyyətində olan torpaq sahələrini ümumi yolla birləşdirən yolun zəbt olunmuş hissəsində Ələmşahov Əli Məhəmməd oğlunun inşa etdiyi özbaşına tikilinin Ələmşahov Əli Məhəmməd oğlu tərəfindən sökülməsi və yolun həmin cavabdeh tərəfindən bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Iddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində Yeni Yaşayış massivində yerləşən torpaq sahələri fərdi evlərinin tikintisi üçün iddiaçılara ayrılmışdır. Həmin torpaq sahələri, iddiaçıların, mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin * saylı Abşeron Rayon Ərazi Idarəsi tərəfindən müvafiq hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarışlara əsasən verilmişdir. Torpaq sahələri iddiaçının mülkiyyətinə verilərkən ərazinin koordinatları müəyyənləşdirilmiş, torpaq sahələrinin plan-ölçü sxemi tərtib olunmuşdur. Həmin yaşayış massivində olan torpaq sahələri iddiaçıların istifadəsinə və mülkiyyətinə verilərkən torpaq sahələrinin kadastr planı, torpaq sahələrinin koordinatları, torpaq sahələrinə gedən yollar və magistral yola çıxışlar tərtib olunmuş, ərazinin yolları müəyyənləşdirilmişdir. Iddiaçılara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılarkən baş plan tərtib olunmuşdur. Baş plana əsasən sakinlərin istifadəsi üçün geniş yol ayrılmışdır və uzun müddətdir ki, iddiaçılar həmin yoldan istifadə etməklə evlərinə gediş-gəlişlərini etmişlər. Abşeron rayon Icra Hakimiyyətinin və Masazır Bələdiyyasinin qanunsuz icazəsi ilə cavabdeh Ələmşahov Əli Məhəmməd oğlu iddiaçıların va digər sakinlərin baş yolunu zəbt etmiş və həmin yolda tikinti işləri aparmağa başlamışdır. Cavabdeh Ələmşahov Əli Məhəmməd oğlundan zəbt etdiyi yolu boşaltmağı, tikinti işlərini dayandırmağı xahiş etdikdə, Ələmşahov Əli Məhəmməd oğlu bildirmişdir ki, Masazır Bələdiyyəsi həmin yolu ona cavabdeh Abşeron rayon Icra Hakimiyyətinin razılığı ilə satıb və tikintinin aparılması üçün ona digər cavabdehlər tərəfindən ümumi yolda tikinti işlərinin aparılması üçün hüquqi sənədlər verilmişdir. Bununla əlaqədar hazırkı iddiaçılar və digər sakinlər Abşeron rayon Icra Hakimiyyətinə, Masazır Bələdiyyəsinə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Abşeron Rayon Icra Hakimiyyətinə və Masazır Bələdiyyəsinə iddiaçının müraciətlərinin heç bir nəticəsi olmadığından, özbaşına tikintinin dayandırılması və sökülməsi üçün qanuna müvafiq heç bir tədbir görülmədiyindən məcbur olub aidiyyəti orqanlara (Azərbaycan Respublikasının Prezident Adminstrasiyasına, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə, Abşeron rayon Icra Hakimiyyətinin Başçısına, Dövlət Arxitektura va Tikinti Komitəsinə və sair orqanlara) yazılı müraciətlər etmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilən##.##.2024-cü il tarixli cavabda bildirilir ki, əraziyə keçirilmiş baxış zamanı ərazidə özbaşına tikinti işləri aparıldığı müşahidə olunmuşdur. Abşeron Rayon Icra Hakimiyyətindən şəhərsalma və tikinti qanunvericiliyinə əsasən 3 iş günü ərzində tikintisinə icazə verilmiş və ya özbaşına tikinti barəda məlumatların Agentliyə verilməsi xahiş olunmuşdur. Cavabdeh Ələmşahov Əli Məhəmməd oğlu bildirmişdir ki, yolun içərisində olan tikintinin yerləşdiyi torpaq sahəsini cavabdeh Abşeron rayon Icra Hakimiyyəti və Masazır Bələdiyyəsi ona satmış və ona həmin tikinti işlərinin aparılması üçün hüquqi sənədlər vermişdir. Dəfələrlə cavabdeh Ələmşahov Əli Məhəmməd oğlundan qanunsuz hərəkətlərinə son qoymağı, özbaşına tikilinin sökülməsi, qanunsuz olaraq zəbt edərək - bağladığı ümumi yolu açmağı, yolu ümumi istifadə üçün öz hesabına bərpa etməyi tələb etsə də, cavabdeh könüllü olaraq yolu boşaltmır, gediş-gəlişinə maneləri aradan qaldırmır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 və X7 cavabdeh Ələmşahov Əli Məhəmməd oğluna qarşı “qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan torpaq sahələrinin ümumi yolla birləşdirən yolun zəbt olunmuş hissəsində cavabdeh Ələmşahov Əli Məhəmməd oğlu tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdeh tərəfindən sökülməsi və yolun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbi də iddia ərizəsi ilə analoji qaydada tərtib edilmişdir.

13. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddia tələbləri təmin edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların sökülməsini tələb etdikləri tikilinin yerləşdiyi ərazinin onların mülkiyyətində olmasına, habelə onların mülkiyyətlərində olan torpaq sahələrinə gedən yol barəsində elektron məlumat bazasında hər hansı məlumatın aşkar olunmasına dair sübutlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddiaçıların həmin cavabdehlərə münasibətdə sözügedən predmetlə bağlı məhkəmədə iddia qaldırmaqda subyektiv hüquqları olmamış, iddia tələbləri hüququ olmayan şəxslər tərəfindən verilmişdir. Ona görə də hazırkı icraatda iddiaçıların iddia tələblərində qeyd etdikləri tikilinin onların sahiblik və istifadələrində olan yaşayış sahələri üzərində hüquqlarını pozub-pozmadığını, bunun hansı qaydada baş verdiyini müəyyən etmək mümkün deyildir. Iddiaçılar X19, iddiaçı4 Rasim oğlu, X1, X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 və X7 mülkiyyətlərində olan torpaq sahələrini ümumi yolla birləşdirən yolun zəbt olunmuş hissəsində aparılmış tikilinin sökülməsini tələb etmək barədə iddiaları tələb hüququ olmayan şəxslər olaraq vermişlər. Bu səbəbdən məhkəmə həm iddiaçıların, həm də müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir.

15. Məhkəmə öz mövqeyini Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin Irlandiyaya qarşı iş üzrə” qərarı, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarı, “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 77.1, 119.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə kifayət qədər araşdırma aparmayıb. Birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan qətnamə çıxarmışdır. Məhkəmə yalnız təyin edilmiş məhkəmə ekspertinin rəyinə istinad etmiş, digər mühüm sübutları – xüsusilə aidiyyəti dövlət orqanlarının təqdim etdiyi rəsmi məktubları, iddiaçıların təqdim etdiyi sənədlərifaktiki olaraq nəzərə almamış, iş üzrə araşdırma aparılmasına şərait yaratmamış, iş üçün əhəmiyyətli halların müəyyən edilməsi üçün verilmiş vəsatətləri rədd etmişdir. Halbuki, cavabdeh tərəfindən uzun müddətdir ki, istifadə olunan ümumi yol zəbt olunmuşdur. Ümumi yolun zəbt olunması onların həyat şəraitini çox pisləşdirmişdir. Həmin ərazidə yanğın baş versə, yanğının söndürülməsi, eyni zamanda təcili tibbi yardım maşını gələrsə onun giriş-çıxışı çox çətin olar. Bu isə vətəndaş olaraq onların həyatı üçün təhlükəlidir. Həmin yolun zəbt olunması hamının həyat şəraitini pisləşdirmişdir. Qeyd edir ki, öncədən əraziyə dair plan-layihə tərtib olunur. Baş plana əsasən sakinlərin istifadəsi üçün geniş yol ayrılmışdır və uzun müddətdir ki, iddiaçılar həmin yoldan istifadə etməklə evlərinə gediş-gəliş etmişlər. Onlarla paralel olan məhəllələrdə həmin magistral yola gedən yol açıqdır. Sadəcə bu tərəfdə olan ümumi yol zəbt olunmuşdur. Bu da onu təsdiq edir ki, cavabdehin qanunsuz olaraq tutduğu ərazi ümumi yoldur. Məhkəmə, ümumi yolun qanunsuz zəbt olunduğunu təsdiqləyən yazılı sübutlar mövcud olduğu halda, bunları dəyərləndirmədən fərqli nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün halların aydınlaşdırılmaması və qətnamədəki nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi apellyasiya qaydasında qətnamənin ləğvi üçün əsasdır. Qətnamədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı rəyindən müəyyən olunur ki, * saylı Abşeron Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq məlumata əsasən mübahisə predmeti olan torpaq sahələrinə gedən yol barəsində elektron məlumat bazasında heç bir məlumat aşkar olunmadığından qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə tədqiq aparılması mümkün olmamışdır. Məhkəmə mübahisəli yol barədə yalnız təyin edilmiş ekspert rəyinə əsaslanmış, lakin həmin rəyi tənqidi qiymətləndirməmiş və eksperti məhkəmə iclasında dindirməmişdir. Təqdim edilmiş ekspert rəyi tamamilə əsasızdır. Ekspert rəyindən də göründüyü kimi mütəxəsis tərəfindən vəzifə borcu layiqincə yerinə yetirilməmiş, məhkəməyə həqiqəti əks etdirməyən, natamam və əsassız məlumat verilmişdir. Halbuki, əraziyə baxış keçirilməsi, faktiki vəziyyətin yerində müəyyən edilməsi və torpaq sahəsinin faktiki giriş-çıxış imkanlarının araşdırılması ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün kifayət edərdi. Ekspertiza faktiki olaraq heç bir real araşdırma aparmadan, sadəcə “məlumat bazasında heç nə tapılmadı” əsasına istinad edərək formallıqla rəy verib. Ekspert mütəxəssis rəyini öz rəyinə kopyalamaqla kifayənərək öz vəzifəsinə səhlənkar yanaşmış, araşdırılması zəruri olan halları araşdırmamışdır. Rəydə heç bir texniki və ya hüquqi əsaslandırma yoxdur, yalnız “məlumat tapılmadı, mümkün olmadı” kimi ümumi cavab verilib. Bu səbəbdən DƏDRX-in * saylı Ərazi Idarəsinin mütəxəssisi və ekspert Ziya Tağıyev tərəfindən verilmiş rəylər etibarsızdır və iş üzrə mötəbər sübut ola bilməz. Iddiaçı tərəf olaraq təkrar ekspertizanın keçirilməsi və ekspert rəyi ilə bağlı əlavə araşdırma aparılması barədə vəsatət qaldırmışlar, lakin birinci instansiya məhkəməsi bu vəsatəti heç bir əsaslı səbəb göstərmədən, ehtiyac olmadığını, prosessual müddətin keçdiyini bəhanə gətirərək bu vəsatəti təmin etməmişdir. Əgər həmin əraziyə dair məlumat elektron bazada yoxdursa bu rəyi necə sübut kimi qəbul etmək olar. Heçekspertin özünün dəvət edilməsinə təşəbbüs belə göstərilməmişdir. Işə bu dərəcədə formal yanaşmaq sadəcə vətəndaşın hüquqlarının pozulmasına gətirib çıxara bilər. Həmin əraziyə dair elektron bazada məlumatın olmaması qanunsuz tikilinin olmaması, ümumi yolun zəbt edilməməsi demək deyildir. Halbuki, həmin əraziyə baxış keçirilsə, hər şey öz təsdiqini tapardı. Ekspertin dindirilməməsi və təkrar ekspertizadan imtina olunması nəticəsində işin hallarının tam araşdırılması təmin edilməmiş, məhkəmə mümkün prosessual vasitədən istifadə etmədən qərar qəbul etmişdir. Vəsatətin rədd edilməsi qərarında isə qeyd olunmuşdur ki, təkrar ekspertizanın keçirilməsinə zərurət yoxdur. Qətnamədə isə qeyd olunur ki, iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Bu ifadələr tamamilə ziddiyyət təşkil edir. Bu hallar da bir daha təsdiq edir ki, iş üzrə araşdırma aparılmayıb. Məhkəmənin bütün araşdırma üsullarından imtina etdiyi halda, eyni zamanda aidiyyəti orqanların məktublarına münasibət bildirmədən formal əsasla iddianı rədd etməsi işə obyektiv baxılmasını bir daha şübhə altına alır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən əlavə araşdırma hərəkətlərini aparmaqdan imtina edərkən prosessual müddətin bitməsini bəhanə göstərmişdir. Lakin bu əsasla işin obyektiv araşdırılmasından imtina etmək MPM-in tələblərinə uyğun deyil. Qanunvericilikdə işə baxılma müddətlərinin pozulması halında belə, ən ümdə vəzifə ədalət mühakiməsinin tam həyata keçirilməsi, yəni işin hərtərəfli araşdırılıb düzgün həll edilməsidir. Birinci instansiya məhkəməsi mövcud faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, təqdim olunmuş sübutlar ümumi yol sahəsinin qanunsuz zəbt olunduğunu təsdiq etdiyi halda, məhkəmə bu hallara aid qanun normalarını tətbiq etmədən iddianı təmin etməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edilmədikdə, o, qanuni sayıla bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı Rasim Hüseynov izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, cavabdeh tərəfindən ümumi istifadədə olan yolun bir hissəsi zəbt edilmiş və həmin hissədə cavabdeh darvaza ilə yolu bağlamışdır. Ona görə də həmin sahənin boşaldılmasını və torpaq sahəsinin ümumi yola qaytarılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı Aqşin Fətullayev izahatında bildirdi ki, mübahisəli ərazinin yaxınlığında yerləşən fərdi yaşayış evində yaşayır. Evinə rahat gediş-gəliş üçün cavabdeh tərəfindən ümumi istifadədə olan yolun zəbt edilmiş hissəsinin boşaldılması və yolun açılmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Rövşən Əliyev izahatında bildirdi ki, o, da həmin ərazidə yaşayır. Evinə rahat gediş-gəliş üçün cavabdehin zəbt etdiyi yolun açılmasını və torpaq sahəsinin ümumi yola qaytarılmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Rasim Hüseynovun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, təqdim edilmiş mütəxəssis rəyindən və mübahisəli əraziyə yerində baxış zamanı müəyyən olundu ki, həmin ərazi ümumi istifadədə olan yoldur. Hər hansı alternativ yolun olması o demək deyil ki, ümumi istifadədə olan yol kimsə tərəfindən zəbt oluna bilər. Bir nəfər şəxs tərəfindən qanunsuz, özbaşına şəkildə bir ərazinin zəbt olunması digərləri üçün də zəmin yaradır, eləcə də ətrafda yaşayan insanların hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ələmşahov Əli Məhəmməd oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, qanuni əsaslarla 0.06 ha torpaq sahəsi almış və fərdi yaşayış evi tikmişdir. 0.06 ha torpaq sahəsinin də, evin də sənədi var. Lakin mülkiyyətində olan torpaq sahəsindən əlavə faktiki istifadəsində 2- 3 sot torpaq sahəsi vardır ki, köhnə bələdiyyə sədri ilə razılaşma əsasında həmin ərazini də faktiki olaraq istifadə edir. Həmin ərazidə meyvə ağacları əkmişdir. Hazırkı iddia tələbini məhz Rasim Hüseynov qaldırmışdır və digər iddiaçıları da bu işə o cəlb etmişdir. Iddiaçının tələb etdiyi yola çıxması üçün başqa tərəfdən yol var. Zəbt etdiyi torpağın altından su və qaz turbaları keçdiyi üçün tikinti aparılmasına icazə verilmir, ancaq yol kimi istifadə olunur. Iddiaçı tərəf onunla ədavət aparır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçılar iddiaçı4 Rasim oğlu, X1, cavabdehlər Abşeron Rayon Icra Hakimiyyətinin, Abşeron Rayonu Masazır Bələdiyyəsinin nümayəndələri və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 və X7 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 18.2. Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir. Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Maddə 47. Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 49 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 110. Torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

29. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 2. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

34. Ilk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün işin mübahisəli və mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.

35. Hazırkı iddia tələbi ümumi istifadədə olan yolun açılması və qanunsuz tikilinin sökülməsi barədədir.

36. Daha konkret ifadə edilsə, iddiaçılar mülkiyyətlərində olan fərdi yaşayış evlərinə gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən quraşdırılmış maneələrin (hasarın, dəmir darvazanın sökülməsi) aradan qaldırılmasını tələb edirlər.

37. Birinci instansiya məhkəməsi iddia tələbinin əsasının sübut edilməməsi qənaətinə gələrək iddianı təmin etməmişdir.

38. Əlavə olaraq işə baxan məhkəmə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, iddiaçıların sökülməsini tələb etdikləri tikilinin yerləşdiyi ərazinin onların mülkiyyətində olmasına, habelə onların mülkiyyətlərində olan torpaq sahələrinə gedən yol barəsində elektron məlumat bazasında hər hansı məlumatın aşkar olunmasına dair sübutlarməhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddiaçıların həmin cavabdehlərə münasibətdə sözügedən predmetlə bağlı məhkəmədə iddia qaldırmaqda subyektiv hüquqları olmamış, iddia tələbləri hüququ olmayan şəxslər tərəfindən verilmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Narazı qalan iddiaçı Rasim Hüseynov qətnamədən apellyasiya şikayəti vermişdir.

39. Birinci instansiya məhkəməsinin qətnaməsində şərh olunanları işin hallarına uyğun olmayan hesab edən apellyasiya kollegiyası mübahisənin həllinə dair aşağıdakı mövqeyi bəyan edir.

40. Belə ki, işin mübahisə olunmayan hallarından aydın olur ki, mübahisəsi gedən ərazidə 0,03 ha torpaq sahəsi iddiaçı X5 mülkiyyətindədir. Onun adına ##.##.2014- cü il tarixli AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.

41. Yenə işin mübahisəsiz halıdır ki, həmin ərazidə ümumi sahəsi 122,2 kv.m olan ev və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi Ələmşahov Əli Məhəmməd oğlunun mülkiyyətindədir. Onun adına ##.##.2018-ci il tarixli 202 inventar nömrəli texniki pasport tərtib olunmuşdur.

42. Eləcə də digər iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxslərin də mülkiyyətlərində həmin ərazidə yerləşən torpaq sahəsi və ya fərdi yaşayış evləri mövcuddur.

43. Apellyasiya icraatı zamanı iş üzrə iddiaçı tərəf (iddiaçı Rasim Hüseynov tərəfindən məhkəməyə təqdim edilmiş) X10 və Ekspertiza Mərkəzi MMC-nin ## ###### 2026-cı il tarixli mütəxəssis rəyində qeyd olunub ki, X5 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsinə və qonşular X9 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsinə, X1 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsinə, Hüquqların dövlət qeydiyyatı haqqında ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,04 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun cənub tərəfdən girişi mövcuddur, şimal-qərb tərəfdən çıxış isə bağlanmışdır, yəni yol bağalanaraq dalana çevrilmişdir.

44. Abşeron rayonu, Masazır qəsəbəsi həyətyanı sahələrinin bölgü layihəsinə əsasən Ələmşahov Əli Məhəmməd oğlu və digərləri (X4 və X8) tərəfindən zəbt olunmuş ərazi ümumi istifadədə olan yoldur. Həmin yolun 240.kv.metri Ələmşahov Əli Məhəmməd oğlu, 70.kv.metri X4 və160 kv.metri isə X8 tərəfindən bağlanmışdır.

45. Bundan başqa apellyasiya kollegiyası mövcud vəziyyəti yerində müşahidə etmək üçün mübahisəli əraziyə tərəflərin iştirakı ilə yerli baxış təşkil etmişdir (i/m 198- 201).

46. Yerli baxış zamanı müəyyən edilmişdir ki, apellyatorun mübahisələndirdiyi ərazi, yəni yol kimi istifadə etmək istədikləri ərazi şimal-qərb hissədən hasara alınaraq, dəmir darvaza ilə bağlanaraq sona qədər gediş (keçid) mümkün deyildir. Yəni iddiaçıların yaşadıqları evin qarşısındakı yol həmin dəmir darvaza ilə sonlanır.

47. Baxış zamanı həmçinin cavabdeh Əli Ələmşahova məxsus həyətyanı torpaq sahəsinə də baxış keçirilmiş və müəyyən edilmişdir ki, sonuncuya məxsus torpaq sahəsində iki ayrı-ayrı fərdi yaşayış evi inşa edilmiş və cavabdehin özünün də etiraf etdiyi kimi, həyətyanı torpaq sahəsi mülkiyyət sənədində qeyd olunmuş ölçüdən böyükdür. Faktiki istifadə edilən torpaq sahəsində bir neçə illik meyvə ağacları mövcuddur.

48. Cavabdehin faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin bir hissəsi iddiaçıların iddia etdikləri yolun davamına düşür. Yəni yolun bir hissəsi cavabdeh tərəfindən bağlanmışdır.

49. Yerli baxış zamanı zəbt olunan sahəyə dair cavabdehin rəsmi sənədinin olubolmaması aydınlaşdırılmış, lakin sonuncu yalnız 0.06 ha torpaq sahəsinə dair sənədinin olduğunu, qalan hissəni isə keçmiş bələdiyyə sədrinin razılığı ilə hasara aldığını və rəsmi mülkiyyətində olmadığını bildirmişdir (i/m səh. 204-205).

50. Başqa sözlə, yerli baxış zamanı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən əlavə faktiki istifadəyə yönəltdiyi torpaq sahəsinin bir hissəsinin iddiaçıların ümumi istifadəsində olan yola düşməsi bir daha öz təsdiqini tapmışdır.

51. Beləliklə, apelyasiya icraatı zamanı müəyyən edilmişdir ki, mübahisəli yolun mövcud olması və həmin yolun cavabdeh tərəfindən istifadə edilməsi faktı təsdiq edilir, üstəlik, cavabdehin özü də bu faktı etiraf etmişdir. Həmin sahə ilə bağlı cavabdehin heç bir rəsmi sənədi yoxdur. Işin bu halı tərəflərin izahatı (həmçinin cavabdehin özünün etirafı), işə əlavə edilmiş sənədlər, fotoşəkillər, mütəxəssis rəyi, habelə kollegiya tərəfindən keçirilmiş yerli baxış zamanı öz təsdiqini tapmış və görünən də odur ki, iddiaçının əsas magistral yola avtomobil və piyada çıxışı mübahisələndirilən hissədən (şimal-qərb tərəfdən) tam bağlıdır, həmin hissədən yol cavabdeh tərəfdən tutularaq zəbt edilmiş və digər maneələr mövcuddur.

52. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

53. Sadalanan halları məcmulaşdıraraq apellyasiya kollegiyası bir daha diqqəti ona yönəldir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisələndirilən torpaq sahəsinə dair məhz iddiaçıların hüquqmüəyyənedici sənədinin olmaması, habelə həmin torpaq sahəsinə dair elektron bazada məlumatın olmaması halına istinad edərək, hesab edib ki, iddiaçıların hazırkı iddia tələbini qaldırmağa subyektiv hüquqları olmamışdır.

54. Işin araşdırılan hallarına əsasən kollegiya qeyd edir ki, subyektiv hüquq şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir.

55. Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: · öz iradəsinə uyğun hərəkət etmək; · digər şəxslərdən müəyyən davranışı tələb etmək; · hüquq pozuntusu halında müdafiə olunmaq.

56. Yəni öz mülkiyyətindən normal istifadə etmək məqsədi ilə (fərdi yaşayış evinə gediş-gəliş yolu) mübahisələndirilən torpaq sahəsinin boşaldılması və ümumi yolun açılmasına dair iddia tələbi ilə çıxış etmək üçün iddiaçı mütləq şəkildə həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədə malik olmalı deyil. Əks təqdirdə bu, mülkiyyətdən sərbəst istifadə, belə hüquqa qanunsuz müdaxilədən məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər.

57. Digər tərəfdən, həmin torpaq sahəsinə dair cavabdehin də hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. Ən əsası həmin ərazidən əvvəllər ictimai yol (gediş-gəliş yolu) mövcud olmuş və hazırda yaranmış vəziyyət ictimai mənafeyə zidd olduğundan qonşuluqda yaşayan şəxslər analoji qaydada iddia ərizəsi verməklə hazırkı iddia tələbinə münasibətdə birgə məqsəddən çıxış etmişlər.

58. Beləliklə, yuxarıda qeyd olunan halları ümumiləşdirən kollegiya belə qənaətə gəlir ki, hazırkı halda apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın “yolun cavabdeh tərəfindən bərpa olunması və qanunsuz tikilinin sökülməsinin” təmin olunmaması hissələrində ləğv edilməli, həmin hissələrədə iş üzrə yeni qətnamə qəbul edilməklə, bu hissələrdə iddia təmin edilməli və ümumi (ictimai) yolun cavabdeh Ələmşahov Əli Məhəmməd oğlu tərəfindən zəbt edilmiş 240 kv.m. hissəsi (##.##.2016-cı il tarixli RX ******* saylı çıxarışa əsasən 0,06 ha torpaq sahəsinə bitişik) və həmin hissədə inşa edilmiş daş hasar (hər iki tərəfdən) və darvaza sökülərək ümumi yol bərpa edilməlidir. Qətnamə mübahisələndirilən qalan (hüquqi sənədlərin etibarsız hesab edilməsi) hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

59. Iş üzrə iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumları cavabdehə aid edilməli, həmçinin 100 manat məbləğində ekspertiza xərci cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın “yolun cavabdeh tərəfindən bərpa olunması və qanunsuz tikilinin sökülməsinin” təmin olunmaması hissələrində ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilməklə, iddia bu hissələrdə təmin edilsin. Cavabdeh Ələmşahov Əli Məhəmməd oğlu tərəfindən ümumi (ictimai) yolun zəbt edilmiş 240 kv.m. hissəsi, (##.##.2016-cı il tarixli RX ******* saylı çıxarışa əsasən 0,06 ha torpaq sahəsinə bitişik) həmin hissədə inşa edilmiş daş hasar (hər iki tərəfdən) və darvaza sökülərək ümumi yol bərpa edilsin. Qətnamə mübahisələndirilən qalan (hüquqi sənədlərin etibarsız hesab edilməsi) hissələrdə dəyişdirilmədən saxlanılsın. Iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdeh Ələmşahov Əli Məhəmməd oğlundan alınaraq iddiaçı X5 qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdeh Ələmşahov Əli Məhəmməd oğlundan alınıb AZ.MEM, VÖEN 1700326621, X26, KOD 210005 VÖEN 1401555071 müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar