Məhkəmə qərarları › İş №2(1-8)-1869/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1869/2026

11.09.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1869/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar iddiaçı3, iddiaçı4, iddiaçı2, iddiaçı1 cavabdehlər cavabdeh2, Abşeron Rayon İcra Hakimiyyətinə və Abşeron Rayonu Masazır Bələdiyyəsinə qarşı birinci iddiası, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs2 cavabdeh cavabdeh2 qarşı ikinci iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: hüquqi sənədlərin etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması; qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, iddiaçılar iddiaçı3, iddiaçı4, iddiaçı2, iddiaçı1 cavabdehlər cavabdeh2, Abşeron Rayon İcra Hakimiyyətinə və Abşeron Rayonu Masazır Bələdiyyəsinə qarşı “hüquqi sənədlərin etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması” tələbinə dair birinci iddiası, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs2 cavabdeh cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və yolun cavabdeh tərəfindən bərpa olunması” tələbinə dair ikinci iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2014-cü il tarixli RX ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi iddiaçı1 mülkiyyətindədir. Onun adına ##.##.2014-cü il tarixli AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.

2. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2014-cü il tarixli RX ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 mülkiyyətindədir. Onun adına ##.##.2014cü il tarixli, AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.

3. Abşeron Rayon İcra Hakimiyyətinin iddiaçı1 ünvanladığı ##.##.2024-cü il tarixli məktuba əsasən, ünvan 1li və Toğrul adlı şəxslər tərəfindən Yeni Yaşayış massivində yolun zəbt edilməsi və aparılan qeyri-qanuni tikinti işləri barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətlərə baxılmışdır. Sözügedən ünvanda aparılan tikinti işlərinə dair Abşeron RİH tərəfindən heç bir icazə sənədi verilməmişdir. Məktubda qeyd olunan ünvana baxış keçirilmiş, tikinti işləri dayandırılmış, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərdarlıq edilmiş, qanunsuzluğun təkrarlanmasına yol verilməməsi üçün ünvanlar nəzarətə götürülmüş, aparılan qeyri-qanuni tikinti işləri barəsində hüquq-mühafizə orqanlarına məlumat verilmişdir.

4. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi iddiaçı2 mülkiyyətindədir. Onun adına ##.##.2013-cü il tarixli AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.

5. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2016-cı il tarixli RX ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 122,2 kv.m olan ev və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi cavabdeh2 mülkiyyətindədir. Onun adına ##.##.2018-ci il tarixli 202 inventar nömrəli texniki pasport tərtib olunmuşdur.

6. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,04 ha torpaq sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 mülkiyyətindədir. Onun adına ##.##.2013-cü il tarixli AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçılar iddiaçı3, iddiaçı4, iddiaçı2 və iddiaçı1 (bundan sonra birinci iddia üzrə iddiaçılar, yaxud ad, soyadı) cavabdehlər cavabdeh2, Abşeron Rayon İcra Hakimiyyətinə və Abşeron Rayonu Masazır Bələdiyyəsinə (bundan sonra birinci iddia üzrə cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə qeyd olunan tikintinin aparılması üçün verilmiş hüquqi sənədlərin (sərəncamın, alğı-satqı müqaviləsinin və sair) etibarsız hesab edilməsi, mülkiyyətində olan torpaq sahələrini ümumi yolla birləşdirən yolun zəbt olunmuş hissəsində cavabdeh2 inşa etdiyi özbaşına tikilinin cavabdeh2 tərəfindən sökülməsi və yolun həmin cavabdeh tərəfindən bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində Yeni Yaşayış massivində yerləşən torpaq sahələri fərdi evlərinin tikintisi üçün iddiaçılara ayrılmışdır. Həmin torpaq sahələri, iddiaçıların, mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Abşeron Rayon Ərazi İdarəsi tərəfindən müvafiq hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarışlara əsasən verilmişdir. Torpaq sahələri iddiaçının mülkiyyətinə verilərkən ərazinin koordinatları müəyyənləşdirilmiş, torpaq sahələrinin plan-ölçü sxemi tərtib olunmuşdur. Həmin yaşayış massivində olan torpaq sahələri iddiaçıların istifadəsinə və mülkiyyətinə verilərkən torpaq sahələrinin kadastr planı, torpaq sahələrinin koordinatları, torpaq sahələrinə gedən yollar və magistral yola çıxışlar tərtib olunmuş, ərazinin yolları müəyyənləşdirilmişdir. İddiaçılara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılarkən baş plan tərtib olunmuşdur. Baş plana əsasən sakinlərin istifadəsi üçün geniş yol ayrılmışdır və uzun müddətdir ki, iddiaçılar həmin yoldan istifadə etməklə evlərinə gediş-gəlişlərini etmişlər. Abşeron rayon İcra Hakimiyyətinin və Masazır Bələdiyyəsinin qanunsuz icazəsi ilə cavabdeh cavabdeh2 iddiaçıların və digər sakinlərin baş yolunu zəbt etmiş və həmin yolda tikinti işləri aparmağa başlamışdır. Cavabdeh cavabdeh2 zəbt etdiyi yolu boşaltmağı, tikinti işlərini dayandırmağı xahiş etdikdə, cavabdeh2 bildirmişdir ki, Masazır Bələdiyyəsi həmin yolu ona cavabdeh Abşeron rayon İcra Hakimiyyətinin razılığı ilə satıb və tikintinin aparılması üçün ona digər cavabdehlər tərəfindən ümumi yolda tikinti işlərinin aparılması üçün hüquqi sənədlər verilmişdir. Bununla əlaqədar hazırkı iddiaçılar və digər sakinlər Abşeron rayon İcra Hakimiyyətinə, Masazır Bələdiyyəsinə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Abşeron Rayon İcra Hakimiyyətinə və Masazır Bələdiyyəsinə iddiaçının müraciətlərinin heç bir nəticəsi olmadığından, özbaşına tikintinin dayandırılması və sökülməsi üçün qanuna müvafiq heç bir tədbir görülmədiyindən məcbur olub aidiyyəti orqanlara (Azərbaycan Respublikasının Prezident Adminstrasiyasına, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə, Abşeron rayon İcra Hakimiyyətinin Başçısına, Dövlət Arxitektura və Tikinti Komitəsinə və sair orqanlara) yazılı müraciətlər etmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyi tərəfindən verilən ##.##.2024-cü il tarixli cavabda bildirilir ki, əraziyə keçirilmiş baxış zamanı ərazidə özbaşına tikinti işləri aparıldığı müşahidə olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyətindən şəhərsalma və tikinti qanunvericiliyinə əsasən 3 iş günü ərzində tikintisinə icazə verilmiş və ya özbaşına tikinti barədə məlumatların Agentliyə verilməsi xahiş olunmuşdur. Cavabdeh cavabdeh2 bildirmişdir ki, yolun içərisində olan tikintinin yerləşdiyi torpaq sahəsini cavabdeh Abşeron rayon İcra Hakimiyyəti və Masazır Bələdiyyəsi ona satmış və ona həmin tikinti işlərinin aparılması üçün hüquqi sənədlər vermişdir. Dəfələrlə cavabdeh cavabdeh2 qanunsuz hərəkətlərinə son qoymağı, özbaşına tikilinin sökülməsi, qanunsuz olaraq zəbt edərək - bağladığı ümumi yolu açmağı, yolu ümumi istifadə üçün öz hesabına bərpa etməyi tələb etsə də, cavabdeh könüllü olaraq yolu boşaltmır, gediş-gəlişinə maneələri aradan qaldırmır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs2 cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan torpaq sahələrinin ümumi yolla birləşdirən yolun zəbt olunmuş hissəsində cavabdeh cavabdeh2 tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdeh tərəfindən sökülməsi və yolun bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində Yeni Yaşayış massivində yerləşən torpaq sahələri fərdi yaşayış evlərinin tikintisi üçün iddiaçılara ayrılmışdır. İddiaçılara fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahələri hazırda iddiaçıların mülkiyyətində olan xüsusi əmlaklarıdır. Torpaq sahələri iddiaçıların mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Abşeron rayon Ərazi İdarəsi tərəfindən hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarışa əsasən verilmişdir. Belə ki, fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri mülkiyyətlərinə verilərkən ərazinin koordinatları müəyyənləşdirilmiş, torpaq sahələrinin plan - ölçü sxemi tərtib olunmuşdur. Həmin yaşayış massivində olan torpaq sahələri iddiaçıların istifadəsinə və mülkiyyətinə verilərkən torpaq sahələrinin kadastr planı, torpaq sahələrinin koordinatları, torpaq sahələrinə gedən yollar və magistral yola çıxışlar tərtib olunmuş, ərazinin yolları müəyyənləşdirilmişdir. İddiaçılara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılarkən baş plan tərtib olunmuşdur. Qeyd etdikləri kimi baş plana əsasən sakinlərin istifadəsi üçün geniş yol ayrılmış və uzun müddətdir ki, iddiaçılar həmin yoldan istifadə etməklə evlərinə gediş- gəlişlərini etmişlər. Cavabdeh cavabdeh2 iddiaçıların və digər sakinlərin baş yolunu zəbt etmiş və həmin yolda tikinti işləri aparmağa başlamışdır. Bununla əlaqədar hazırkı iddiaçılar və digər sakinlər Abşeron rayon İcra Hakimiyyətinə, Masazır Bələdiyyəsinə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Cavabdehlər Abşeron rayon İcra Hakimiyyətinə və Masazır Bələdiyyəsinə müraciətlərinin heç bir nəticəsi olmadığından, özbaşına tikintinin dayandırılması və sökülməsi üçün qanuna müvafiq heç bir tədbir görülmədiyindən məcbur olub aidiyyəti orqanlara (Azərbaycan Respublikasının Prezident Adminstrasiyasına,, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə, Abşeron rayon İcra Hakimiyyətinin Başçısına, Dövlət Arxitektura və Tikinti Komitəsinə və sair orqanlara) yazılı müraciətlər etmişlər. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyi tərəfindən verilən ##.##.2024-cii il tarixli cavabda bildirilir ki, əraziyə keçirilmiş baxış zamanı ərazidə özbaşına tikinti işləri aparıldığı müşahidə olunmuşdur. Abşeron rayon İcra Hakimiyyətindən şəhərsalma və tikinti qanunvericiliyinə əsasən 3 iş günü ərzində tikintisinə icazə verilmiş və ya özbaşına tikinti barədə məlumatların Agentliyə verilməsi xahiş olunmuşdur.” Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilən ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, “müraciətdə qeyd olunan məsələ ilə bağlı Xidmətin Abşeron Ərazi Şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılmış, müəyyən olunmuşdur ki, sözügedən ünvanda vətəndaş cavabdeh2 tərəfindən xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı istifadə və ya icarə hüququ olmadan bələdiyyə mülkiyyətinə aid 0,0657 ha ümumi istifadədə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun tərəfindən hasarlanma işlərinin aparıldığı müəyyən olunmuşdur. Faktla bağlı səlahiyyətlərinə aid tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X6, Abşeron rayon İcra Hakimiyyətinə və Masazır Bələdiyyəsinə məktubla müraciət edilmişdir. Cavabdeh Abşeron rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Prezident Adminstrasiyasına ünvanlanmış kollektiv müraciətlə əlaqədar ünvana baxış keçirilmiş, aparılan qanunsuz tikinti işləri dayandırılmış tikinti sahibinə xəbərdarlıq olunmuş, qanunsuzluğun təkrarlanmaması üçün ərazi nəzarətə götrülmüşdür. Aparılan qeyri-qanuni tikinti işləri barəsində Əmlak Məsələləri Dövlət Xidmətinə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X6 məlumat verilmişdir.” Müraciətlərə cavab məktublarından da görünür ki, iddiaçıların yolunun (baş yol) cavabdeh cavabdeh2 tərəfindən zəbt olunması, həmin yolda özbaşına tikinti aparılması öz təsdiqini tapır. Cavabdeh Abşeron rayon İcra Hakimiyyətinin cavab məktubunda qeyd olunur ki, ”əraziyə baxış keçirilmiş, tikinti sahibinə xəbərdarlıq olunmuş, qanunsuzluğun təkrarlanmaması üçün ərazi nəzarətə götürülmüşdür.” Göründüyü kimi cavabdeh Abşeron rayon İcra Hakimiyyəti və cavabdeh Masazır Bələdiyyəsi qanunsuz tikintinin aparılmasına icazə verdiyindən qanunsuz tikili aparan, yollarını zəbt etmiş cavabdeh cavabdeh2 barəsində qanunun tələbinə uyğun heç bir tədbir görülməmiş, tikintinin sökülərək yolun açılması üçün qanuna müvafiq hərəkətlər edilməmişdir. Onların Azərbaycan Respublikası Prezident Adminstrasiyasına və digər aidiyyəti orqanlara ünvanladıqları kollektiv müraciətlərdən sonra Masazır Bələdiyyəsinin nəzarəti ilə cavabdeh cavabdeh2 tərəfindən tikinti işləri tələsik tamamlanmış ümumi yolları tam zəbt olunmuşdur. Cavabdeh cavabdeh2 özbaşına, heç bir əsası olmadan onların evinə gedən yolu qanunsuz zəbt edərək bağlaması barədə aidiyyəti üzrə cavabdeh Abşeron rayon İcra Hakimiyyətinə və cavabdeh Masazır Bələdiyyəsinə müraciət etsələrdə, heç bir tədbir görülməmiş, mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi onlara tövsiyə etmişlər. Təkrar cavabdeh cavabdeh2 ilə əlaqə saxlayıb mübahisəni məhkəmədən kənar həll etmək istəmişlər. Cavabdeh cavabdeh2 onlara yolun içərisində olan tikintinin yerləşdiyi torpaq sahəsini cavabdeh Abşeron rayon İcra Hakimiyyəti və Masazır Bələdiyyəsi tərəfindən ona satıldığını və ona həmin tikinti işlərinin aparılması üçün hüquqi sənədlər verildiyini bildirmişlər. Dəfələrlə cavabdeh cavabdeh2 qanunsuz hərəkətlərinə son qoymağı, özbaşına tikilinin sökülməsi, qanunsuz olaraq zəbt edərək - bağladığı ümumi yolu açmağı, yolu ümumi istifadə üçün öz hesabına bərpa etməyi tələb etsələr də, cavabdeh könüllü olaraq yolu boşaltmamış, gediş- gəlişə maneələri aradan qaldırmamışdır. Bu səbəbdən də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşlar.

11. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı rəyindən müəyyən olunur ki, Məhkəmə Ekspertiza Mərkəzinə ##.##.2025-ci il tarixdə təqdim edilmiş, ƏMDX DƏDKR PHŞ-nin * saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq məlumata əsasən mübahisə predmeti olan torpaq sahələrinə gedən yol barəsində elektron məlumat bazasında heç bir məlumat aşkar olunmadığından qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə tədqiq aparılması mümkün olmamışdır.

12. Məhkəmə iclasında iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil2 Nazim qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiaçı1 həmçinin qeyd etmişdir ki, ekspert rəyi və mütəxəssis rəyi ilə razı deyillər. Cavabdehə əvvəldə bu barədə təklif edilmişdir. ## #### 2024-də cinayət işinin başlanması rədd edilmiş, Bələdiyyə tərəfindən heç bir iddia qaldırılmamışdır.

13. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, ona məxsus evin və evin yerləşdiyi torpaq sahəsinin dövlət reyestrindən çıxarışı var və həmin çıxarışla əmlak ona məxsusdur. O, həmin ərazidə əlavə torpaq sahəsi götürmüşdür. Ona torpaq sahəsini Ramin Allahverdiyev adlı şəxs vermiş və həmin ərazidə tikinti aparmamaqla, yalnız ağac əkilməsinin mümkün olduğunu bildirmişdir. Həmin ərazidə 2013-cü ildə 130 ədəd ağac əkmiş və həmin ağaclar da iddiaçılara heç bir zaman maneə törətmir. Əlavə torpaq sahəsi həyətinin yanındadır, ağac əkdiyi torpaq sahəsinin yarı hissəsinin sənədləri var, yarı hissəsinin isə sənədləri yoxdur. Həmin ərazi boş olduğu üçün ağac əkmişdir. Mübahisələndirilən yol əvvəl necə olubsa, hazırda da həmin vəziyyətdədir. İddiaçıların istədikləri bütün yollara çıxışları vardır. Hazırda aralarında razılıq yoxdur.

14. Məhkəmə iclasında iddiaçı iddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən yol 8 metrlikdir. Cavabdeh həmin yolda ağac əkərək yolu kəsmişdir.

15. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddia tələbləri təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların sökülməsini tələb etdikləri tikilinin yerləşdiyi ərazinin onların mülkiyyətində olmasına, habelə onların mülkiyyətlərində olan torpaq sahələrinə gedən yol barəsində elektron məlumat bazasında hər hansı məlumatın aşkar olunmasına dair sübutlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddiaçıların həmin cavabdehlərə münasibətdə sözügedən predmetlə bağlı məhkəmədə iddia qaldırmaqda subyektiv hüquqları olmamış, iddia tələbləri hüququ olmayan şəxslər tərəfindən verilmişdir. Ona görə də hazırkı icraatda iddiaçıların iddia tələblərində qeyd etdikləri tikilinin onların sahiblik və istifadələrində olan yaşayış sahələri üzərində hüquqlarını pozub-pozmadığını, bunun hansı qaydada baş verdiyini müəyyən etmək mümkün deyildir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılar iddiaçı3, iddiaçı4, iddiaçı2, iddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs2 mülkiyyətlərində olan torpaq sahələrini ümumi yolla birləşdirən yolun zəbt olunmuş hissəsində aparılmış tikilinin sökülməsini tələb etmək barədə iddiaları tələb hüququ olmayan şəxslər olaraq vermişlər.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələblərində sökülməsini tələb etdikləri sahənin onların mülkiyyətlərinə aid olması, həmçinin mübahisələndirilən yolun onların torpaq sahələrinə gedən yol olması barədə hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edə bilməmişlər. Bununla da həmin iddia tələblərinə münasibətdə iddiaçılar iddiaçı3, iddiaçı4, iddiaçı2, iddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs2 subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüquqları yaranmadığına görə, iddia tələbləri təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsi mövqeyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarı, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarı, “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının # ###### 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 77.1, 88, 124.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

20. Qətnamədən iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə kifayət qədər araşdırma aparmayıb. Birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan qətnamə çıxarmışdır. Məhkəmə yalnız təyin edilmiş məhkəmə ekspertinin rəyinə istinad etmiş, digər mühüm sübutları – xüsusilə aidiyyəti dövlət orqanlarının təqdim etdiyi rəsmi məktubları, iddiaçıların təqdim etdiyi sənədləri faktiki olaraq nəzərə almamış, iş üzrə araşdırma aparılmasına şərait yaratmamış, iş üçün əhəmiyyətli halların müəyyən edilməsi üçün verilmiş vəsatətləri rədd etmişdir. Halbuki, cavabdeh tərəfindən uzun müddətdir ki, istifadə olunan ümumi yol zəbt olunmuşdur. Ümumi yolun zəbt olunması onların həyat şəraitini çox pisləşdirmişdir. Həmin ərazidə yanğın baş versə, yanğının söndürülməsi, eyni zamanda təcili tibbi yardım maşını gələrsə onun giriş-çıxışı çox çətin olar. Bu isə vətəndaş olaraq onların həyatı üçün təhlükəlidir. Həmin yolun zəbt olunması hamının həyat şəraitini pisləşdirmişdir. Qeyd edir ki, öncədən əraziyə dair plan-layihə tərtib olunur. Baş plana əsasən sakinlərin istifadəsi üçün geniş yol ayrılmışdır və uzun müddətdir ki, iddiaçılar həmin yoldan istifadə etməklə evlərinə gediş-gəliş etmişlər. Onlarla paralel olan məhəllələrdə həmin magistral yola gedən yol açıqdır. Sadəcə bu tərəfdə olan ümumi yol zəbt olunmuşdur. Bu da onu təsdiq edir ki, cavabdehin qanunsuz olaraq tutduğu ərazi ümumi yoldur. Məhkəmə, ümumi yolun qanunsuz zəbt olunduğunu təsdiqləyən yazılı sübutlar mövcud olduğu halda, bunları dəyərləndirmədən fərqli nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün halların aydınlaşdırılmaması və qətnamədəki nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi apellyasiya qaydasında qətnamənin ləğvi üçün əsasdır. Qətnamədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı rəyindən müəyyən olunur ki, * saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq məlumata əsasən mübahisə predmeti olan torpaq sahələrinə gedən yol barəsində elektron məlumat bazasında heç bir məlumat aşkar olunmadığından qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə tədqiq aparılması mümkün olmamışdır. Məhkəmə mübahisəli yol barədə yalnız təyin edilmiş ekspert rəyinə əsaslanmış, lakin həmin rəyi tənqidi qiymətləndirməmiş və eksperti məhkəmə iclasında dindirməmişdir. Təqdim edilmiş ekspert rəyi tamamilə əsasızdır. Ekspert rəyindən də göründüyü kimi mütəxəsis tərəfindən vəzifə borcu layiqincə yerinə yetirilməmiş, məhkəməyə həqiqəti əks etdirməyən, natamam və əsassız məlumat verilmişdir. Halbuki, əraziyə baxış keçirilməsi, faktiki vəziyyətin yerində müəyyən edilməsi və torpaq sahəsinin faktiki giriş-çıxış imkanlarının araşdırılması ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün kifayət edərdi. Ekspertiza faktiki olaraq heç bir real araşdırma aparmadan, sadəcə “məlumat bazasında heç nə tapılmadı” əsasına istinad edərək formallıqla rəy verib. Ekspert mütəxəssis rəyini öz rəyinə kopyalamaqla kifayənərək öz vəzifəsinə səhlənkar yanaşmış, araşdırılması zəruri olan halları araşdırmamışdır. Rəydə heç bir texniki və ya hüquqi əsaslandırma yoxdur, yalnız “məlumat tapılmadı, mümkün olmadı” kimi ümumi cavab verilib. Bu səbəbdən DƏDRXin * saylı Ərazi İdarəsinin mütəxəssisi və ekspert Ziya Tağıyev tərəfindən verilmiş rəylər etibarsızdır və iş üzrə mötəbər sübut ola bilməz. İddiaçı tərəf olaraq təkrar ekspertizanın keçirilməsi və ekspert rəyi ilə bağlı əlavə araşdırma aparılması barədə vəsatət qaldırmışlar, lakin birinci instansiya məhkəməsi bu vəsatəti heç bir əsaslı səbəb göstərmədən, ehtiyac olmadığını, prosessual müddətin keçdiyini bəhanə gətirərək bu vəsatəti təmin etməmişdir. Əgər həmin əraziyə dair məlumat elektron bazada yoxdursa bu rəyi necə sübut kimi qəbul etmək olar. Heç ekspertin özünün dəvət edilməsinə təşəbbüs belə göstərilməmişdir. İşə bu dərəcədə formal yanaşmaq sadəcə vətəndaşın hüquqlarının pozulmasına gətirib çıxara bilər. Həmin əraziyə dair elektron bazada məlumatın olmaması qanunsuz tikilinin olmaması, ümumi yolun zəbt edilməməsi demək deyildir. Halbuki, həmin əraziyə baxış keçirilsə, hər şey öz təsdiqini tapardı. Ekspertin dindirilməməsi və təkrar ekspertizadan imtina olunması nəticəsində işin hallarının tam araşdırılması təmin edilməmiş, məhkəmə mümkün prosessual vasitədən istifadə etmədən qərar qəbul etmişdir. Vəsatətin rədd edilməsi qərarında isə qeyd olunmuşdur ki, təkrar ekspertizanın keçirilməsinə zərurət yoxdur. Qətnamədə isə qeyd olunur ki, iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Bu ifadələr tamamilə ziddiyyət təşkil edir. Bu hallar da bir daha təsdiq edir ki, iş üzrə araşdırma aparılmayıb. Məhkəmənin bütün araşdırma üsullarından imtina etdiyi halda, eyni zamanda aidiyyəti orqanların məktublarına münasibət bildirmədən formal əsasla iddianı rədd etməsi işə obyektiv baxılmasını bir daha şübhə altına alır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən əlavə araşdırma hərəkətlərini aparmaqdan imtina edərkən prosessual müddətin bitməsini bəhanə göstərmişdir. Lakin bu əsasla işin obyektiv araşdırılmasından imtina etmək MPM-in tələblərinə uyğun deyil. Qanunvericilikdə işə baxılma müddətlərinin pozulması halında belə, ən ümdə vəzifə ədalət mühakiməsinin tam həyata keçirilməsi, yəni işin hərtərəfli araşdırılıb düzgün həll edilməsidir. Birinci instansiya məhkəməsi mövcud faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, təqdim olunmuş sübutlar ümumi yol sahəsinin qanunsuz zəbt olunduğunu təsdiq etdiyi halda, məhkəmə bu hallara aid qanun normalarını tətbiq etmədən iddianı təmin etməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edilmədikdə, o, qanuni sayıla bilməz.

22. Apellyasiya icraatı zamanı iddiaçı iddiaçı1 tərəfindən məhkəməyə təqdim edilmiş X4 və Ekspertiza Mərkəzi MMC-nin ## ###### 2026-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçı1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinə və qonşular mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinə, iddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinə, Hüquqların dövlət qeydiyyatı haqqında ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,04 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun cənub tərəfdən girişi mövcuddur, şimal-qərb tərəfdən çıxış isə bağlanmışdır, yəni yol bağalanaraq dalana çevrilmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi həyətyanı sahələrinin bölgü layihəsinə əsasən cavabdeh2 və digərləri (X1 və X2) tərəfindən zəbt olunmuş ərazi ümumi istifadədə olan yoldur. Həmin yolun 240.kv. metri cavabdeh2, 70.kv. metri X1 və160 kv. metri isə X2 tərəfindən bağlanmışdır.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Lalə Rəhimli) iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın “yolun cavabdeh tərəfindən bərpa olunması və qanunsuz tikilinin sökülməsinin” təmin olunmaması hissələrində ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməklə, iddia bu hissələrdə təmin edilmiş, cavabdeh cavabdeh2 tərəfindən ümumi (ictimai) yolun zəbt edilmiş 240 kv.m. hissəsi, (##.##.2016-cı il tarixli RX ******* saylı çıxarışa əsasən 0,06 ha torpaq sahəsinə bitişik) həmin hissədə inşa edilmiş daş hasar (hər iki tərəfdən) və darvaza sökülərək ümumi yol bərpa edilmiş, qətnamə mübahisələndirilən qalan (hüquqi sənədlərin etibarsız hesab edilməsi) hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi mövcud vəziyyəti yerində müşahidə etmək üçün mübahisəli əraziyə tərəflərin iştirakı ilə yerli baxış təşkil etmişdir.

25. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı iddiaçı1 mübahisələndirdiyi ərazi, yəni yol kimi istifadə etmək istədikləri ərazi şimal-qərb hissədən hasara alınaraq, dəmir darvaza ilə bağlanaraq sona qədər gediş (keçid) mümkün deyildir. Yəni iddiaçıların yaşadıqları evin qarşısındakı yol həmin dəmir darvaza ilə sonlanır.

26. Baxış zamanı həmçinin cavabdeh cavabdeh2 məxsus həyətyanı torpaq sahəsinə də baxış keçirilmiş və müəyyən edilmişdir ki, sonuncuya məxsus torpaq sahəsində iki ayrı-ayrı fərdi yaşayış evi inşa edilmiş və cavabdehin özünün də etiraf etdiyi kimi, həyətyanı torpaq sahəsi mülkiyyət sənədində qeyd olunmuş ölçüdən böyükdür. Faktiki istifadə edilən torpaq sahəsində bir neçə illik meyvə ağacları mövcuddur.

27. Cavabdehin faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin bir hissəsi iddiaçıların iddia etdikləri yolun davamına düşür. Yəni yolun bir hissəsi cavabdeh tərəfindən bağlanmışdır.

28. Yerli baxış zamanı zəbt olunan sahəyə dair cavabdehin rəsmi sənədinin olubolmaması aydınlaşdırılmış, lakin sonuncu yalnız 0,06 ha torpaq sahəsinə dair sənədinin olduğunu, qalan hissəni isə keçmiş bələdiyyə sədrinin razılığı ilə hasara aldığını və rəsmi mülkiyyətində olmadığını bildirmişdir (cild 2. i.v. 204-205).

29. Başqa sözlə, yerli baxış zamanı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən əlavə faktiki istifadəyə yönəltdiyi torpaq sahəsinin bir hissəsinin iddiaçıların ümumi istifadəsində olan yola düşməsi bir daha öz təsdiqini tapmışdır.

30. Beləliklə, apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, mübahisəli yolun mövcud olması və həmin yolun cavabdeh tərəfindən istifadə edilməsi faktı təsdiq edilir, üstəlik, cavabdehin özü də bu faktı etiraf etmişdir. Həmin sahə ilə bağlı cavabdehin heç bir rəsmi sənədi yoxdur. İşin bu halı tərəflərin izahatı (həmçinin cavabdehin özünün etirafı), işə əlavə edilmiş sənədlər, fotoşəkillər, mütəxəssis rəyi, habelə kollegiya tərəfindən keçirilmiş yerli baxış zamanı öz təsdiqini tapmış və görünən də odur ki, iddiaçının əsas magistral yola avtomobil və piyada çıxışı mübahisələndirilən hissədən (şimal-qərb tərəfdən) tam bağlıdır, həmin hissədən yol cavabdeh tərəfdən tutularaq zəbt edilmiş və digər maneələr mövcuddur.

31. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisələndirilən torpaq sahəsinə dair məhz iddiaçıların hüquqmüəyyənedici sənədinin olmaması, habelə həmin torpaq sahəsinə dair elektron bazada məlumatın olmaması halına istinad edərək, hesab edib ki, iddiaçıların hazırkı iddia tələbini qaldırmağa subyektiv hüquqları olmamışdır.

32. Yəni öz mülkiyyətindən normal istifadə etmək məqsədi ilə (fərdi yaşayış evinə gedişgəliş yolu) mübahisələndirilən torpaq sahəsinin boşaldılması və ümumi yolun açılmasına dair iddia tələbi ilə çıxış etmək üçün iddiaçı mütləq şəkildə həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədə malik olmalı deyil. Əks təqdirdə bu, mülkiyyətdən sərbəst istifadə, belə hüquqa qanunsuz müdaxilədən məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər.

33. Digər tərəfdən, həmin torpaq sahəsinə dair cavabdehin də hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. Ən əsası həmin ərazidən əvvəllər ictimai yol (gediş-gəliş yolu) mövcud olmuş və hazırda yaranmış vəziyyət ictimai mənafeyə zidd olduğundan qonşuluqda yaşayan şəxslər analoji qaydada iddia ərizəsi verməklə hazırkı iddia tələbinə münasibətdə birgə məqsəddən çıxış etmişlər.

34. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 170.1, 170.2, 175.1-ci, Torpaq Məcəlləsinin 18.2, 20, 47, 49, 110, 111-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.2, 217.3, 384.0.1, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

35. Qətnamədən cavabdeh cavabdeh2 (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası gəldiyi nəticəni cavabdehin həmin əraziyə dair hüquqmüəyyənedici sənədinin olmaması və ərazinin əvvəllər ictimai yol kimi istifadə edilməsi ilə əsaslandırmışdır. Halbuki, mübahisəli hissə təxminən 10 il əvvəl hasarlanmış, həmin ərazidə çoxsaylı meyvə ağacları əkilmişdir. Bundan əlavə, hazırda həmin ərazidə 6 yaşayış evi mövcuddur və cavabdehin evi ortada yerləşir. Əraziyə baxış zamanı aydın görünür ki, iddiaçıların istifadə edə biləcəyi və giriş-çıxışı tam təmin edən ən azı 5 alternativ yol mövcuddur. İddiaçı həmin yollardan maneəsiz istifadə edə bildiyi halda, cavabdehlə şəxsi ədavəti səbəbindən israrla məhz mübahisəli hissənin sökülməsini tələb edir. Halbuki iddiaçının yaşayış yerindən əsas yola çıxış üçün təxminən 40 metr məsafə mövcuddur və mübahisələndirilən hissənin açılması onun hüquqi və ya faktiki vəziyyətində hər hansı dəyişiklik yaratmır. Çünki həmin hissə ilə iddiaçının istifadə etdiyi yol arasında birbaşa əlaqə yoxdur. Bundan başqa, mübahisəli ərazidə yalnız ağaclar və hasarlar deyil, həm işıq dirəkləri, həm də 6 yaşayış evi yerləşir. Bu səbəbdən yolun bərpası adı altında yalnız hasar və darvazanın sökülməsi faktiki olaraq mümkün deyil. Əksinə, qətnamənin icrası üçün həmin yaşayış evlərinin və işıq dirəklərinin də sökülməsi zərurəti yaranacaq ki, bu da işin faktiki halları ilə uzlaşmır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində həmçinin göstərilmişdir ki, kollegiya tərəfindən keçirilmiş yerində baxış zamanı ərazinin zəbt edildiyi müəyyən olunmuşdur. Lakin əslində məhkəmə kollegiyası tərəfindən belə bir yerində baxış keçirilməmişdir. Buna baxmayaraq, keçirilməmiş baxışın nəticələri qətnamədə əks etdirilmiş və həmin hallara istinad olunmuşdur ki, bu da qətnamənin əsaslandırılmışlığına ciddi şübhələr yaradır. Qətnamədə mübahisəli hissənin əvvəllər ictimai yol olduğu da qeyd edilmişdir. Bununla bağlı bildirir ki, sözügedən hissə təxminən 10 il əvvəl ümumi istifadədə olan yol olmuş, lakin uzun illərdir ki, ictimai yol kimi istifadə edilmir. Hazırda həmin ərazi tamamilə fərqli faktiki vəziyyətdədir və ətrafda alternativ yollar mövcuddur. Eyni zamanda, iş üzrə 4 nəfər iddiaçı qismində çıxış etsə də, onlardan biri – iddiaçı3 iddiaçı qismində iştirakı formal xarakter daşıyır. Belə ki, o, yalnız ərizəyə imza atmış, hətta həmin ərazidə yaşamayan şəxsdir. Onun iddiaçı qismində iştirakı əsas iddiaçı iddiaçı1 təsiri və təzyiqi nəticəsində baş vermişdir. O özü apellyasiya instansiyasına şikayətinin olmaması ilə bağlı ərizə versədə nəzərə alınmamışdır. Digər iddiaçılar – iddiaçı2 və iddiaçı4 isə hədə-qorxu gəlmişdir ki, onların əmlakı kanalizasiya yolu üzərində yerləşir, əgər şikayətdə iştirak etməsələr kanalizasiya yolunu bağlayacaqdır. Ona görədə onlar məhz iddiaçı1 təsiri nəticəsində şikayətçi olmuşlar. Açıq-aydın görünür ki, iddiaçı1 cavabdehlə şəxsi ədavətdə olduğundan, digər şəxsləri də bu mübahisəyə cəlb etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

37. İddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil2 cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin əsassız olduğundan təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

38. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

39. Maddə 29 (hissə IV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

40. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

41. Maddə 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

42. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

43. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

46. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

47. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

48. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

49. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

50. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

51. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

52. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

53. Maddə 18.2. Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir.

54. Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

55. Maddə 47. Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

56. Maddə 49 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

57. Maddə 68. Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

58. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

59. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

60. Maddə 86.2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alğı-satqı obyekti ola bilməz.

61. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

64. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

68. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

69. Hakim. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

72. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

73. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

75. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

79. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyasının da qeyd etdiyi kimi, öz mülkiyyətindən normal istifadə etmək məqsədi ilə (fərdi yaşayış evinə gediş-gəliş yolu) mübahisələndirilən torpaq sahəsinin boşaldılması və ümumi yolun açılmasına dair iddia tələbi ilə çıxış etmək üçün iddiaçı mütləq şəkildə həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədə malik olmalı deyil. Əks təqdirdə bu, mülkiyyətdən sərbəst istifadə, belə hüquqa qanunsuz müdaxilədən məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər.

80. Digər tərəfdən, həmin torpaq sahəsinə dair cavabdehin də hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. Ən əsası həmin ərazidən əvvəllər ictimai yol (gediş-gəliş yolu) mövcud olmuş və hazırda yaranmış vəziyyət ictimai mənafeyə zidd olduğundan qonşuluqda yaşayan şəxslər analoji qaydada iddia ərizəsi verməklə hazırkı iddia tələbinə münasibətdə birgə məqsəddən çıxış etmişlər.

81. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

82. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində istinad etdiyi yerli baxışın əslində keçirilməməsi və faktiki keçirilməmiş yerli baxış protokoluna məhkəmənin istinad etməsinin iş üzrə qəbul edilmiş qətnamənin qanunsuzluğuna dəlalət etməsi barədə dəlilini əsassız hesab edir. Belə ki mülki iş materiallarında (cild 2, i.v.204-205) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli yerli baxışın keçirilməsi haqqında protokolu mövcuddur. Həmin protokola dair isə nə cavabdeh cavabdeh2, nə də onun nümayəndəsi və vəkili tərəfindən qeyd verilməmişdir.

83. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

84. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

85. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

86. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

87. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

88. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

89. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

90. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

91. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar