Məhkəmə qərarları › İş №2(3-8)-149/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-149/2026

04.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-149/2026 04.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı qanunsuz tikililərin sökülməklə gediş-gəliş yolunun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-92/2025 nömrəli qərardadından cavabdehin vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B- 4840B saylı torpaq sahələrinə sağ tərəfdən Cavabdeh1 tərəfindən zəbt edilmiş 110 kv.m, sol tərəfdən Cavabdeh2 tərəfindən zəbt edilmiş 313 kv.m giriş-çıxış yolunun qanunsuz inşa edilmiş tikililər və hasar sökülməklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-2572/2023 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində və həmin rəyə əlavə edilmiş sxemdə əks edilmiş elektron baza məlumatları əsas götürülməklə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı, iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh2 cavabdehlər sırasından çıxarmış, iddiasını həmin cavabdehə qarşı yönələn tələb hissəsində azaltmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-92/2025 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B-4840B saylı torpaq sahələrinə sağ tərəfdən Cavabdeh1 tərəfindən zəbt edilmiş 110 kv.m giriş-çıxış yolu qanunsuz inşa edilmiş tikililər və hasar sökülməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-2572/2023 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində və həmin rəyə əlavə edilmiş sxemdə əks edilmiş elektron baza məlumatları əsas götürülməklə bərpa edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iş üzrə məhkəmətikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-92/2025 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 münasibətdə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda apellyasiya şikayəti ilə yanaşı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-92/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının üzürlü hesab edilərək onun bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-92/2025 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-92/2025 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin rədd edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)- 92/2025 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan xx.xx.2006-cı il tarixdə şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 92/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(060)-92/2025 saylı qərardadının ləğv edilərək prosessual müddətin bərpası barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(060)-92/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Mülki Prosessual Məcəllə: Maddə 68.3. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 363.1.1 və 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşdən görünür ki, iş üzrə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə qərardad qəbul edilmiş, Cavabdeh1 nümayəndəsi və vəkili kimi Nümayəndə həmin qərardaddan xx.xx.2026-cı il tarixdə şikayət vermişdir. Lakin Cavabdeh1 vəkili Nümayəndə şikayət verilən tarixə şikayəti vermək hüququnu ehtiva edən notarial qaydasında təsdiq edilmiş etibarnaməsi olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin göstərilən tələbinə əməl etməmiş, şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-92/2025 nömrəli qərardadından cavabdehin vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-92/2025 nömrəli qərardadından cavabdehin vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar