Məhkəmə qərarları › İş №2(102)-2612/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2612/2025

03.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2612/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti publik hüquqi şəxsi və Abşeron Rayon İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (tikilinin sökülməsi, çıxarışın ləğv edilməsi və s.) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiy ar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti publik hüquqi şəxsi və Abşeron Rayon İcra Hakimiyyəti) qarşı tikilinin sökülməsi, tikinti işlərinin aparılmasının qadağan edilməsi, çıxarışın ləğv edilməsi, icazənin qanunsuz hesab edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2(105)379/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi, **********73-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,01125 ha torpaq sahəsi xüs usi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi, **********89 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh1 qarşı tikilinin sökülməsi, tikinti işlərinin aparılmasının qadağan edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sol hissəsində tikilən tikilinin sökülməsi və cavabdehə ona məxsus olan torpaq sahəsində tikdiyi tikilinin divarının hündürlüyünün 0.3 hissəsi ölçüsündə ara məsafəsi gözləmədən tikinti işlərinin aparılmasının qadağan edilməsi və 100 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarıl masını məhkəmədən xahiş etmişdir.

4. Daha sonra, İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin, "xxxx" MMC-nin cavabdeh qismində, "xxxx" ASC-nin isə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmiş, vəsatət qismən təmin edilərək, Abşeron Rayon İcra Hakimiyyəti və "xxxx" ASC üçüncü şəxs qismində, 4 saylı Abşeron Ərazi İdarəsi isə cavabdeh qismində mülki işə cəlb olunmuşdur.

5. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, cavabdehin adına verilmiş torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə tikinti ilə bağlı verilmiş icazənin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sol hissəsində tikilən tikilinin sökülməsi, Cavabdeh1 ona məxsus olan torpaq sahəsi ilə sol qonşuluqda tikinti işlərinin aparılmasının qadağan edilməsi, cavabdehin adına verilmiş torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə tikinti ilə bağlı verilmiş icazənin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində Abşeron rayonu, Masazır qəsəbəsində 0.016926 ha torpaq sahəsi və həmin torpaq sahəsində İlyas Bayramov küçəsi, ev 40 ünvanında yerləşən 124.2 kvadrat metr sahəsi olan iki mərtəbəli fərdi yaşayış evi var. Həmin torpaq sahəsi və fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin fərdi yaşayış evinin sağ hissəsində olan qonşu Cavabdeh1 qanunsuz olaraq ona məxsus həyətin hasarına bitişik onun fərdi yaşayış evi ilə ara məsafəsi gözləmədən tikinti işləri aparır. Hazırda həmin tikilinin hündürlüyü 3 metrdən çoxdur və tikinti işləri davam edir. O, dəfələrlə cavabdehə onun evi ilə ara məsafəsi gözləmədən apardığı tikinti işlərini n qanunsuz olduğunu bildirmiş və bu tikinti işlərini qanuni həyata keçirməsini təklif etmişdir. Lakin cavabdeh onun qanuni tələblərinə riayət etmədən öz qanunsuz hərəkətlərini davam etdirərək tikinti işlərini yerinə yetirir. Nəticədə onun evinin pəncərələrinin qarşısı bağlanır, tikintinin ikinci mərtəbəsi tikiləcəyi halda eyvan tamamilə bağlanacaqdır. Bundan əlavə ara hasar nəm çəkir və nəm vəziyyətdə olur, bünövrəsinin çökməsinə səbəb olur. Bundan başqa cavabdehin tikdiyi həmin tikili "xxxx" ASC-yə məxsus olan su borusunun üzərində tikilmişdir. Bundan əlavə cavabdehin tikdiyi tikili ona məxsus evin qoşulduğu kanalizasiya xətlərinin borularının üzərində həmin borular sementlənərək tikilmişdir. Həmin tikililər yüksək gərginlikli elektrik xəstlərinin altında tikilmişdir. Tikilinin tikinti qa ydalarına riayət edilmədən tikilməsi ondan başqa digər qonşularda da narazılıq yaratmışdır. Bu barədə dəfələrlə Masazır Bələdiyyəsinə və digər dövlət qurumlarına rəsmi şəkildə müraciət edilmişdir. Cavabdeh belə qanunsuz tikili tikməsi gələcəkdə baş verə bilən fövqəladə hadisə zamanı daha da təhlükəli vəziyyətin yaranmasına səbəb olacaqdır. Bundan əlavə bildirir ki, iddia ərizəsində göstərdiyi kimi Cavabdeh1 "xxxx" ASC-nin tabeliyində olan 1200 mm diametrli su xəttinin üzərində tikili tikmişdir. Su xəttləri 82-ci Masazır su anbarına məxsus olub, istismar müddəti bitməmişdir və mütəmadi olaraq su anbarlarını yuyulmasında istifadə olunur. Bununla bağlı ASC-yə tərəfindən müraciət edilmiş, yaxın vaxtlarda rəsmi cavab veriləcəkdir. Bundan başqa, Abşeron rayonunda fərdi yaşayış evlərinin tikilməs i üçün Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən razılığı alınmalıdır. Lakin cavabdeh Xəlilovun tikdiyi tikili qanunvericiliyin tələblərinə uyğun gəlmir, yanğından mühafizə qaydalarına, qonşuluq qaydalarına və sanitar qaydalara cavab vermir. Belə bir qanunsuz tikili tikiləcəyi halda Memarlıq və Tikinti şöbəsi tikilinin dayandırılması və sökülməsi üçün zəruri tədbirlər görməlidir. Lakin orqan tərəfindən heç bir hərəkət edilmir, əksinə qanunsuz olaraq cavabdehin ev tikintisinə icazə verilmişdir. Bundan başqa, ona məxsus olan evin yerləşdiyi yer mərkəzi yoldan 60 metr məsafədə yerləşir. Cavabdeh1 tərəfindən orada tikili tikilib, hasar çəkilib darvaza qoyulacağı halda o və digər 5 qonşunun mərkəzi yola çıxışı avtomobillə hərəkəti məhdudlaşdırılır. Orada hər hansı fövqəla də hal olacağı təqdirdə orada heç bir operativ nəqliyyat vasitəsindən istifadə etmək mümkün olmayacaqdır. Bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Beləliklə cavabdehə icazənin verilməsi şəhərsalma qaydalarına da zidd olmuşdur. Cavabdeh həmin torpaq sahəsini "xxxx" MMCdən almışdır. Lakin MMC-nin sənədləri qanunsuz sənədlər olmuşdur. Torpaq sahəsi qanuni əsaslarla əldə edilməmişdir. X8 şirkəti həmin torpaq sahəsində tikinti işləri aparır. O, dəfələrlə müraciət etsə də ona hədə qorxu gəlirlər. Heç bir nəticə əldə edə bilməcəyini bildirdilər. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən şəxsə qanunsuz olaraq çıxarış verilmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən qanun pozuntuları olduğu halda torpaq sahəsi üz ərində mülkiyyət hüququnun tanınması barədə çıxarış verilə bilməz.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,01125 ha torpaq sahəsini çıxarış əsasında almışdır. Torpağı alan zaman isə oradan su borusunun keçib-keçmədiyini bilməli deyildir. Bundan sonra o, 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və ona həmin ərazidən su borusunun keçmədiyi bildirilmişdir. O həmin torpaq sahəsində ev də tikmişdir, yalnız evin üstü hazırlanmaqdadır. Onun evinin hündürlüyü 4 metrdir. Həmin hündürlüyün 1/3 isə 1,3 metrə bərabərdir. Hətta onun evi ilə iddiaçının evi arasında qanunun tələbində göstəriləndən daha çox yəni, 1,5 metr məsafə vardır. Bundan əlavə bir çox evlərdə olduğu kimi iddiaçının evində də bu məsafə gözlənilməmi şdir. 9. 26.10.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, söküntü işləri İcra Hakimiyyətinin səlahiyyətinə daxil deyil, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə məxsusdur. İcra nümayəndəliyi tərəfindən tikinti işləri dayandırılmış və bu barədə inzibati aktın tərtib edilib-edilməməsi ilə bağlı məlumat yoxdur, lakin həmin sənədi icra nümayəndəliyindən tələb etmək mümkündür. 10. 26.10.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi ərazidən "xxxx" ASC-yə məxsus təxliyyə xətti keçir və bu kobud qanun pozuntusu hesab olunur. Bu səbəbdən də, cavabdeh tərəfindən ünvan 3 ünvanından keçən "xxxx" ASC-yə məxsus diametri 1200 mm olan magistral su kəmərinin böyük bir hissəsinin üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikililərin sökülməsi, magistral kəmərin mühafizə zonalarının boşaldılmasını xahiş etmişdir. 11. 30.08.2024-cü il tarixli məhkəmə iclasında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.01125 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin (naturada) ölçüləri ilə üst-üstə düşür. Cavabdehin tikilisi ilə iddiaçının tikilisi arasındakı məsafə 1.5 metr təşkil edir. Cavab deh1 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.01125 ha torpaq sahəsi "xxxx" ASC-yə məxsus su borusunun mühafizə zonası məsafəsinə düşmür. Torpaq sahəsinə yerli baxış zamanı yerüstü su xətti aşkarlanmamış, yeraltı su xətti ilə bağlı məlumatlar idarəyə məxsus elektron məlumat bazasındakı informasiyalara əsasən əldə edilib. Sonuncu Azərsuya aid boru xəttinin olması barədə elektron məlumat bazasında məlumatları olmadığından onlar tərəfindən müəyyən edilməsi mümkün olmayıb, hazırda Cavabdeh1 torpaq ərazisindən keçməsi barədə hər hansı sənədlər yoxdur ki, ona istinad etsinlər. Görünür həmin məlumatlar Azərsu tərəfindən Daşınmaz əmlak bazasına verilməyib. Belə ki, yerüstü su xətti var ki, bu torpaq sahəsindən kənarda - cənub hissəsində yerləşir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3278 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunan tikilinin (yarımçıq fərdi yaşayış evi) Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən olunmuşdur.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubla göndərdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində n xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********89 reyesetr nömrəli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.01125 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin (naturada) ölçüləri ilə üst-üstə düşür. Cavabdehə məxsus tikili ilə İddiaçı məxsus yaşayış evi ilə ara məsafəsi 1.5 metr təşkil edir, ara məsafəsinin tikinti-texniki normalarının müəyyənləşdirilməsi idarənin səlahiyyətlərinə aid deyildir. Elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx. 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********89 reyesetr nömrəli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.01125 ha torpaq sahəsi Azərsuya məxsus yeraltı təxliyyə su borusunun mühafizə zonasında yerləşmir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/88338 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********89 reyestr nömrəli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.01125 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin (naturada) ölçüləri ilə üst-üstə düşür. Cavabdeh tərəfindən inşa olunan tikilinin (yarımçıq fərdi yaşayış evi) Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.21-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olunmuşdur. Elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********89 reyestr nömrəli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,01125 ha torpaq sahəsi Azərsuya məxsus yeraltı təxliyyə su borusunun mühafizə zonasında yerləşmir.

15. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış məktubda göstərilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.01125 ha torpaq sahəsinin ərazisinə vətəndaş Cavabdeh1 məxsus tikilinin magistiral su kəmərinin mühafizə zonasına düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında tərəflərindən qeyd olunan ünvana texniki baxış keçirilmişdir. Qeyd olunan ərazidə mövcud olan 0.01125 ha torpaq sahəsi istismarda olan + 82 “Masazır” su anbarının təxliyyə xəttinin mühafizə zonasında yerləşir.

16. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-53/2024 saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia qismən təmin edilmiş, Cavabdeh1 tərəfindən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sol hissəsində tikilən tikilinin sökülməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyindən və fotoşəkillərdən göründüyü kimi Cavabdeh1 ev inşa etdirərkən iddiaçının inşa etdirdiyi evi ilə ara məsafəni gözləməmiş və nəticədə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozmuşdur. Eyni zamanda işin araşdırılan hallarından görünür ki, cavabdeh evin inşasını "xxxx" ASC-yə məxsus diametri 1200 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa etmişdir. Bu öz təsdiqini "xxxx" ASCnin məhkəməyə ünvanlandığı məktub və vəsatətilə tapmışd ır. Belə ki, ekspert rəyində bu öz təsdiqini tapmasa da, məhkəmə iclasında izahatı alınmış mütəxəssis bildirmişdir ki, onlar elektron məlumat bazasındakı informasiyalara əsasən bunu müəyyən etmişlər, hazırkı zamanda isə onlarda Azərsuyun boru kəmərinin cavabdehin torpaq ərazisindən keçməsi barədə hər hansı sənədlər yoxdur ki, ona istinad etsinlər. Ona görə də, məhkəmə qeyd edir ki, Azərsuyun məlumatı əsasında işə qiymət verilməlidir. Beləliklə Azərsu tərəfindən verilmiş məlumatı məhkəmə əsaslı hesab edir və qeyd edir ki, su borusunun üzərində tikilmiş tikili təhlükəsizlik qaydalarına riayət edilmədən tikilmişdir. Eyni zamanda Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə tikinti ilə bağlı verilmiş icazənin qanunsuz hesab edilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, Abşeron Rayon İcr a Hakimiyyəti tərəfindən verilmiş icazədə torpaq mülkiyyətçisinə kənar təsirlərdən və kommunikasiya xətlərindən kənar təlükəsiz ərazidə evin inşa edilməsi tövsüyyə olunur və məsuliyyət mülkiyyətçinin üzərinə qoyulur. Eyni zamanda Cavabdeh1 məxsus torpağa dair verilmiş çıxarışın ləğv olunmasına hər hansı bir əsaslar yoxdur. Tikilinin qadağan olması hissəsində isə iddiaçı həmin tikilinin Cavabdeh1 tərəfindən davam etdirilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim etməmişdir.

18. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin 152, 180.1, 180.4, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.4, 69.5, 69.5.2-1, Mülki Prosessual Məcəllənin 77.1, 107, 119.1, 124.1, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları ilə tam sübut edilmişdir ki, cavavdeh Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,01125 ha torpaq sahəsi üzərində apardığı tikili onun mülkiyyətində olan torpaq sahəsində yerləşməklə hər hansı kənarlaşma olmamış habelə həmin tikili müvafiq olaraq icra hakimiyyətinin icazəsi əsasında aparılmaqla iddiaçının hər hansı formada mənfaeyini və əmlakdan istifadəsini məhdudlaşdırmamışdır. Belə ki, istər iddiaçının iddia ərizəsindən, istərsə də, məhkəmənin özünün gəldyi nəticədən, istərəsə də əraziə aid olan foto şəkillərdən görünür ki, cavabd eh tərəfindən aparılmış tikinti işləri hər hansı formada iddiaçının hüquqlarını və mülkiyyətində olan mənzildən istifadəsini məhdudlaşdırmır və bununla bağlı iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, eləcədə həmin tikilinin aparılması nəticəsində nəmişliyin yaranması və onun pəncərisinin qarşısının bağlanması, eləcədə eyvanından istifadəsindən məhrum edilməsi iş materialları ilə təsdiq edilməmişdir. Digər tərəfdən məhkəmə isə iddiaçının ara məsaləsi saxlamadığı onun hansı hüququnu pozması barədə sübutlar təqdim edilməmişdir. Belə bir sübut iş materialları ilə müəyyən edilmir. Digər tərəfdən isə mübahisəli tikilini ara məsafəsi faktı özü-özlüyündə həmin tikilinin özbaşına tikili olması kimi qiymətləndirilmə əsası kimi çıxış edə bilməz. Belə ki, həmin ara məsafəsinin gözlənilm əməsi faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün yetərli deyil, bununla yanaşı həmin tikililərin söküntüsünü tələb edən tərəfin mənafeyini konkret olaraq nədən ibarət olması göstərilməli, tikililərin bu mənafeyə hansı formada xələl gətirməsi, yəni iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. sübuta yetirilməlidir. Bundan əlavə mübahisəli tikinin "xxxx" ASC-yə məxsus su borsunun üzərində tikilməsi barədə dəlilləri isə ümumiyyətlə əsassız olmaqla iş materiallarında olan mütəxəssis rəyi və ekspert rəyləri ilə tam təkzib ediimişdir. Belə ki, həmin rəylərlə qeyd edilən tilklinin ehtiyyat su borsunun mühafizə zolağına düşməsi müəyyən edilmir. Digər tərəfdən isə iş üzrə "xxxx" ASC-nin vəsatəti isə həmin hissədə əsaslı ola bilməz. Çünki "xx xx" ASC-nin həmin su borsunun sökülməsi ilə bağlı hər hansı bir iddia tələbi mövud deyildir. Belə bir tələb olmadığı halda iddiaçının hansı ki, bununla bağlı hər hansı bir subyektiv hüququ mövcud deyildir ki, həmin iddia əsasında cavabdehin öz mülkiyyətində apardığı tikilininin sökülməsinə tam qanunsuzdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə miməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasam 2012-ci il 29 iyun tarixli 3921VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəs ində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır (Azərbaycan Respublikası Ali Mhkəməsi Pleunumun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 10.1, 10.2, 10.3 və 10.4-cü bəndləri). Göründüyü kimi ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliy i qaldıra bilər. Hazırkı halda iddianın qeyd edilən müvafiq su borsunun üzərində inşa edilməsi əsası ilə sökülməsi əsası təmin edilməsi üçün iddiaçının subyektiv hüququ mövcud deyildir. Bundan əlavə Abşeron rayonu Masazır kəndində yerləşən 0,01125 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olmaqla cavabdehin adına dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin təyinatı yaşayış məntəqələri üçün nəzərdə tutulan torpaq olaraq qeyd edilmişdir. Cavabdeh yaşayış məntəqələri üçün nəzərdə tutulan mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən reyestrdə qeydiyyata alındığından, mülkiyyət isə dövlət tərəfindən müdafiə olunuğundan, iddiaçı tərəfindən irəli sürülmüş cavabdehə qanunla müəyyən edilmiş qaydada mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi iddiası təmin edilməməlidir. Çünki cavabdeh adına dövlət qeydiyyatına alınmış qeyd edilən torpaq sahəsində inşa edilən tikilinin mülki qanunvericiliyin tələblərinə əsasən özbaşına tikili olması müəyyən edilmədiyindən, mövcud iddia tələbi əsassızdır. Belə ki, cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində tikiləcək tikintilərə “qanuni gözləntisi” var. 21.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3278 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunan tikilinin (yarımçıq fərdi yaşayış evi) Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən olunmuşdur. 22.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkə zinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/88338 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********89 reyestr nömrəli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.01125 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin (naturada) ölçüləri ilə üst-üstə düşür. Cavabdeh tərəfindən inşa olunan tikilinin (yarımçıq fərdi yaşayış evi) Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.21-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olunmuşdur. Elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində **********89 reyestr nömrəli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,01125 ha torpaq sahəsi Azərsuya məxsus yeraltı təxliyyə su borusunun mühafizə zonasında yerləşmir. 23.Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə məhkəmə kollegiyası tərəfindən 14 mart 2025-ci il tarixdə keçirilmiş yerli baxış zamanı cavabdehin torpaq sahəsində yerləşən yarımçıq tikili ilə iddiaçının torpaq sahəsinin sərhəd hasarına qədər məsafənin 40 s m, iddiaçının torpaq sahəsində yerləşən ev ilə torpaq sahəsinin sərhəd hasarına qədər məsafənin 55 sm olması (mişar daşının ölçüsü nəzərə alınmamaqla) müəyyən edilmişdir. Həmçinin, cavabdehin torpaq sahəsində yerüstü su xəttinin keçməsi müəyyən edilməmişdir. 24.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-379/2025 nömrəli qərardadı ilə hazırkı iş üzrə icraata İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı - Cavabdeh1 məxsus torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 tikinti ilə bağlı verilmiş icazənin qanunsuz hesab ed ilməsinə dair hissədə xitam verilmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-379/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Məmmədov-sədrlik edən, A.Süleymanova və L.Rəhimli) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-53/2024 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı tikilinin sökülməsi və tikinti işlərinin aparılmasının qadağan edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nətic ə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

27. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, cavabdehin tikmiş olduğu həmin tikili ilə onun həyətinin hasarının arasında 20 sm məsafə vardır və bununla da ara məsafəsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur.

28. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə məhkəmə kollegiyası tərəfindən 14 mart 2025-ci il tarixdə keçirilmiş yerli baxış zamanı cavabdehin torpaq sahəsində yerləşən yarımçıq tikili ilə iddiaçının torpaq sahəsinin sərhəd hasarına qədər məsafənin 40 sm, iddiaçının torpaq sahəsində yerləşən ev ilə torpaq sahəsinin sərhəd hasarına qədər məsafənin 55 sm olması (mişar daşının ölçüsü nəzərə alınmamaqla) müəyyən edilmişdir. Həmçinin, cavabdehin torpaq sahəsində yerüstü su xəttinin keçməsi müəyyən edilməmişdir.

29. Şəhərsalma və T ikinti Məcəlləsinin 95.7-ci maddəsinə əsasən, tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31. Məhkəmə iclasında iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, mübahisəli tikili Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,01125 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsində inşa edilməyə başlanmış, tikintisi başa çatmamış, tikinti dayandırılmışdır.

32. Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti obyektlərinin sökülməsi adlanan 95-ci maddəsində isə tikintisi başa çatmamış tikinti obyektinin sökülməli olduğu hallar, o cümlədən ti kintiyə dövlət nəzarətinin həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etməli olduğu hallar öz əksini tapmışdır.

33. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların sökülməsini tələb etmək müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir.

34. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, “X4 Xidməti ” publik hüquqi şəxsin X5 Sistemlərinin İstismarı İdarəsi Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi və kəmərin (xəttin) sanitar mühafizə rejiminin təmin edilməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə artıq müraciət etmişdir.

36. Digər tərəfdən, Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

37. Lakin işin araşdırılmış hallarına əsasən mübahisəli tikilinin iddiaçıya məxsus yaşayış evinə maneə törətməsi, iddiaçının mülkiyyət hüquqlarını pozması, onun evinin pəncərələ rinin və eyvanının qarşısını bağlaması, havalandırılmasının və işıqlandırılmasının qarşısını alması işin araşdırılmış halları ilə müəyyən edilməmişdir.

38. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 157.8, 170.1, 170.2, 180.1, 180.4, Torpaq Məcəlləsinin 67.1, 68, 84.1, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.1.1, 69.1.2, 69.2, 69.3, 69.4, 69.5, 69.5.1, 69.5.2, 69.5.2-1, 69.5.3, 69.7, 69.7.1, 69.7.2, 69.7.3, 69.7.4, 69.8, 80, 95, 97, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bütün qeyd olunan faktların cavabdeh tərəfindən tikilməkdə olan tikilinin iddiaçının (qeyd edilən məsələlər həmin ərazidə yerləşən digər 5 evin mülkiyyətçilərinin də maraqlarına toxunur və onlar da aidiyyəti qurumlara cavabdehə məxsus tikilinin sökülməsi ilə bağlı müraciət etmiş, o cümlədən məhkəməyə həmin tikilinin onların maraqlarına toxunduğunu əhatə edən ərizə təqdim etmişlər. Sadəcə məhkəmədə hər birinin iddiaçı qismində çıxış etmələrinə lüzum görmədiklərindən iddiaçı kimi bir nəfər məhkəməyə müraciət etmişdir) maraqlarına hansı formada və həcmdə təsir göstərdiyini əks etdirməyinə baxmayaraq, kollegiya mübahisəli tikilinin iddiaçıya məxsus yaşayış evinə maneə törətməsi, iddiaçının mülkiyyət hüquqlarını pozması, onun evinin pəncərələrinin və eyvanının qarşısını bağlaması, havalandırılmasının və işıqlandırılmasının qarşısını almasının, cavabdehin torpaq sahəsində yerüstü su xəttinin keçməsinin (halbuki tərəflər arasında yerüstü su xətti ilə bağlı deyil, yeraltı magistral su kəmərinin cavabdehin tikdiyi tikilinin altından keçməsi ilə bağlı mübahisə vardır ki, bu da işin halları ilə öz təsdiqini tapır) işin araşdırılmış halları il ə müəyyən edilmədiyi qənaətinə gələrək iddiaçının müvafiq iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmadığını hesab etməklə və mübahisəli evin tikintisinin başa çatmadığını və bunun əsas səbəblərinin tikintinin davam etdirilməsinin məhkəmənin qərarı və aidiyyəti qurumların müdaxiləsi nəticəsində dayandırıldığını nəzərə almamaqla, tamamilə əsassız və qanunsuz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi

43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

45. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

46. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

47. Maddə 170.1 İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

48. Maddə 170.2 Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələr indən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

49. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

50. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surə tdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

51. Maddə 67.1 torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

52. Maddə 68 torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

53. Maddə 84.1 torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Şəh ərsalma və Tikinti Məcəlləsi

54. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1 tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2 tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə.

55. Maddə 69.2 Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur.

56. Maddə 69.3 Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biribirinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur.

57. Maddə 69.4 Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

58. Maddə 69.5 Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1 divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2 xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.

59. Maddə 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1 mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyek tlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2 torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3 layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4 yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü.

60. Maddə 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edil ir.

61. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

62. Maddə 80.2 Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

63. Maddə 80.5 Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

64. Maddə 80.6 Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.

65. Maddə 95.1. Tikintisi b aşa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1 tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2 bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3 bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntul arla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə.

66. Maddə 95.2 Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.

67. Maddə 95.3 Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.

68. Maddə 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulm uş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.

69. Maddə 95.4 Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür.

70. Maddə 95.5 Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür.

71. Maddə 95.6 Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir.

72. Maddə 95.7 Tikinti obyektlərinin sökülmə si qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

73. Maddə 97.1. Tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

80. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

81. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin m övqeyi

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

83. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

84. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayətin cavabdehin ara məsafəsi saxlamadan yaşayış bin ası inşa etməsi barədə dəlili əsassızdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə görə, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır.

85. Kassasiya şikayətinin cavabdehin torpaq sahəsindən su borusunun keçməsi və tikilinin məhz həmin torpaq sahəsinin üzərində tikilməsi, bu baxımdan sökülməsinin labüd olmasına dair dəlillərə münasibətdə qeyd edilmşdir ki, müvafiq olaraq həmin əsaslarla subyektiv hüquqa malik olan şəxs artıq tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, bununla bağlı dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

86. Şikayətin digər dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli tikilinin iddiaçıya məxsus yaşayış e vinə maneə törətməsi, iddiaçının mülkiyyət hüquqlarını pozması, onun evinin pəncərələrinin və eyvanının qarşısını bağlaması, havalandırılmasının və işıqlandırılmasının qarşısını alması işin araşdırılmış halları ilə müəyyən edilməmişdir.

87. Kassasiya şikayətinin digər dəlilləri işin hallarının sübut olunmaması və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparıla və onlara qiymət verilə bilməz.

88. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

89. Göstər ilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-379/2025 nömrəli iş üzrə 29 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar