Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1650/2025 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsinin yol tərəfə olan hissəsində quraşdırılmış darvaza və hasarın dibində inşa edilmiş bulağın cavabdehin hesabına sökülməsi, darvaza quraşdırılmış torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi nümayəndə2, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsinin yol tərəfə olan hissəsində quraşdırılmış darvaza və hasarın dibində inşa edilmiş bulağın cavabdehin hesabına sökülməsi, darvaza quraşdırılmış torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı ünvanda yerləşməklə onun mülkiyyətində olan torpaq sahəsinin yol (küçə) tərəfə olan hissəsində cavabdeh Cavabdeh tərəfindən quraşdırılmış darvazanın və həmin şəxs tərəfindən onun həyətyanı torpaq sahəsinin hasarının dibində inşa edilmiş bulağın həmin şəxsin öz vəsaiti hesabına sökülməsi, darvaza quraşdırılmış torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 saylı ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmaqla ##.##.2009- cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmçinin, həmin fərdi yaşayış evinə dair 301013004143-***** reyestr nömrəli ##.##.2009-cu il tarixli texniki pasport tərtib edilmişdir. Cavabdeh Cavabdeh onunla qonşu olmaqla həmin şəxsin evi ilə onun evi yanaşı yerləşir. Xeyli müddət bundan əvvəl Cavabdeh ona məxsus həyətyanı torpaq sahəsinin yol tərəfdən olan hissəsində özünün evi üçün darvaza quraşdırmışdır. Ona məxsus fərdi yaşayış evinə aid tərtib edilmiş texniki pasporta nəzər saldıqda aydın şəkildə görmək olar ki, cavabdehin quraşdırdığı darvaza bütövlükdə ona məxsus torpaq sahəsində yerləşir. Bundan başqa, cavabdeh Cavabdeh darvazanın yanında onun evinin və həyətyanı torpaq sahəsinin hasarının dibində bulaq inşa etmiş və həmin bulağın suları hasarının dibinə tökülür. Dəfələrlə cavabdeh Cavabdeh müraciət edərək həmin darvazanın onun torpaq sahəsindən götürüb özünün torpaq sahəsində quraşdırmasını, o cümlədən hasarının dibində inşa etdiyi bulağın sökülməsini tələb etsə də, həmin şəxs buna məhəl qoymamış, onun tələblərinin təmin olunmasından qəti şəkildə imtina etmişdir. Bu səbəbdən də, məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Cavabdeh Cavabdeh onun qanunla qorunan mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun icazəsi və razılığı olmadan ona məxsus torpaq sahəsini özbaşına tutub orada darvaza quraşdırmış, həmçinin onun evinin hasarının dibində bulaq inşa etmişdir. Ona görə də, hesab edir ki, onun mülkiyyət hüququ müdafiə olunmaqla cavabdeh Cavabdeh tərəfindən onun torpaq sahəsində quraşdırılmış darvaza və onun evinin hasarının dibində inşa edilmiş bulaq həmin şəxsin öz hesabına sökülməlidir. Həmçinin, darvaza qoyulan torpaq sahəsi onun qanuni sahibliyinə qaytarılmalıdır.
3. Qusar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Qasımov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsinin buraxılması, darvazanın sökülməsi tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərclərinin iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XIIS) hesabı, adı X3, Kodu 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ01360100000000003944, SFIFT BIKCTREAZ22) hesabına keçirilməsi qət edilmişdir.
4. Iddia tələbini təmin etməyən aşağı instansiya məhkəməsi gəldiyi nəticəni iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə cavabdeh Cavabdeh tərəfindən quraşdırılmış darvaza və bulağın iddiaçıya məxsus torpaq sahəsində yerləşmədiyi və bununla da iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulması, onun həmin hüququna əsassız müdaxilənin baş verməsi halının müəyyən olunmaması ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. Iddiaçı İddiaçı Qusar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin qətnaməsi ədalətsiz, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və fakt və sübutlara əsasən ləğv edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, cavabdeh Cavabdeh Xıdır oğlunun əsassız mülahizələri əsasında Qusar Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Onun tərəfindən təqdim olunmuş sənədlərə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermiş, tərəfindən məhkəməyə təqdim olunan sübutlar qiymətləndirilməmişdir. Iş materiallarından da göründüyü kimi cavabdeh öz iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Onun tərəfindən maddi sübut kimi təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa və ona əlavə olunmuş digər sənədlərə hüquqi qiymət verilməmişdir. Təqdim olunan sübutlar naməlum səbəbdən işə əlavə olunmamış və iş materiallarında yer alan sübutlar qiymətləndirilməmiş, cavabdeh Cavabdeh əsassız mülahizələri əsasında Qusar Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi Idarəsinin nümayəndəsi nümayəndə1 izahatında mübahisəli bulaq və darvazanın iddiaçı İddiaçı çıxarışla mülkiyyət hüququ tanınmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin xxxx publik hüquqi şəxsi tərəfindən təsdiq edilmiş koordinatları daxilində yerləşdiyini bildirmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Iş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.
16. Iddia tələbini təmin etməyən aşağı instansiya məhkəməsi gəldiyi nəticəni iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə cavabdeh Cavabdeh tərəfindən quraşdırılmış darvaza və bulağın iddiaçıya məxsus torpaq sahəsində yerləşmədiyi və bununla da iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulması, onun həmin hüququna əsassız müdaxilənin baş verməsi halının müəyyən olunmaması ilə əsaslandırmışdır.
17. Aşağı instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Işdən göründüyü kimi MH seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən ünvan 1 saylı ünvanda yerləşən 0,04 ha torpaq sahəsində yerləşən ** nömrəli fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır.
20. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsində quraşdırılmış darvaz və bulağın sökülməsi və torpaq sahəsinin onun sahibliyinə qaytarılması barədədir. Iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər.
21. Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır.
22. Qeyd olunduğu kimi torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir.
23. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin edilmiş, “xxxx” Publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin ## ##### 2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə yerində baxış keçirilmiş, sahənin mövqeyi, ölçüləri və koordinatları naturadan plana alınaraq kameral şəraitdə dəqiqləşdirilmiş və nəticədə müəyyən edilmişdir ki, mübahisəli bulaq və darvaza iddiaçı İddiaçı çıxarışla mülkiyyət hüququ tanınmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin xxxx pubiik hüquqi şəxsi tərəfindən təsdiq edilmiş koordinatları daxilində yerləşir.
24. Məhkəmə kollegiyası həm birinci və apellyasiya instansiya məhkəməsinin icraatı zamanı mütəxəssis tərəfindən verilmiş rəylərə aydınlıq gətirilməsi məqsədilə rəyi vermiş mütəxəssis nümayəndə1 məhkəmə iclasına dəvət edilmiş və məhkəmə iclasında dindirilən mütəxəss nümayəndə1 əvvəlki rəydə 2009-cu ildə tərtib olunmuş “Fərdi yaşayış evinin texniki paspotru”nda qeyd edilən faktiki 0,034 ha torpaq sahəsinin ölçüsünun əsas götürüldüyü üçün darvaza və bulağın iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində yerləşmədiyi bildirilsədə, Apellyasiya Məhkəməsinin qərardadı əsasında tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə yerində baxış keçirilmiş, sahənin mövqeyi, ölçüləri və kordinatları naturada plana alınaraq kameral şəraitdə dəqiqləşdirilmiş və nəticədə mübahisəli bulaq və darvazanın iddiaçıya çıxarışla mülkiyyət hüququ tanınmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin xxxx publik hüquqi şəxs tərəfindən təsdiq edilmiş koordinatlar daxilində yerləşdiyi müəyyən edilmiş və bu barədə ortofoto görüntüdə rəyə əlavə edilmişdir.
25. O, həmçinin iddiaçının adına tərtib olunmuş texniki pasport və çıxarışda torpaq sahəsinin sənəd üzrə 0.04 ha olduğu halda, faktiki olaraq iddiaçının istifadəsində 0,034 ha olmaqla azalma olduğunu, buna baxmayaraq cavabdehin faktiki olaraq 0,037 ha ölçüdə torpaq sahəsindən istifadə etsədə, onun adına hər hansı çıxarış və plan-ölçü sənədi tərtib edilməmişdir. Mübahisəli bulaq və darvazanın isə İddiaçı fərdi yaşayış evinin yerləşdiyi torpağın koordinatları daxilində yerləşdiyini bildirmişdir. Belə ki, Ərazi Idarəsi tərəfindən rəyə əlavə edilmiş sxemə əsasən ağ qalın haşiyələnmiş zolaq Cavabdeh istifadəsində olan torpaq sahəsi, qara xəttlə haşiyələnmiş torpaq sahəsi isə İddiaçı faktiki istifadəsində olan yer olduğu, ağ parsel isə Cavabdeh inşa etdiyi talvar, bulaq və darvazanın olduğunu göstərir.
26. Göründüyü kimi mübahisəli bulaq və darvaza iddiaçı İddiaçı çıxarışla mülkiyyət hüququ tanınmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin xxxx publik hüquqi şəxsi tərəfindən təsdiq edilmiş koordinatları daxilində yerləşməsi öz təsdiqini tapmışdır.
27. Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Mövcud vəziyyətdə iddiaçı onun sahibliyində olmuş, tələbində göstərdiyi əmlakına cavabdeh tərəfindən törədilən mülkiyyət hüququna müdaxilənin aradan qaldırılmasından ötrü hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddianı rədd edən birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələbinin cavabdeh tərəfindən mülkiyyətinə olunmuş müdaxilənin aradan qaldırılmalı olmasına əhəmiyyət vermədən iş üzrə keçirilmiş əvvəlki ekspert rəyinə istinadən cavabdeh tərəfindən quraşdırılmış darvaza və bulağın iddiaçıya məxsus torpaq sahəsində yerləşmədiyi və bununla da iddiaçının mülkiyyət hüququnun pozulmadığı və hər hansı müdaxilənin olunduğunun mötəbər sübutlarla təsdiq olunmamasına əsaslanmışdır.
28. Göründüyü kimi cavabdeh tərəfindən tikilmiş bulaq və darvaza iddiaçıya məxsus torpaq sahəsində yerləşir və mülkiyyət hüququnu pozur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tərəfindən istifadə edilməsi məhkəmə kollegiyasında işin araşdırılmış hallarında da öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində quraşdırılmış darvaza və onun həyətyanı torpaq sahəsinə məxsus hasarının dibində inşa edilmiş bulaq cavabdehin öz vəsaiti hesabına sökülməli və darvaza quraşdırılmış torpaq sahəsi iddiaçının sahibliyinə qaytarılmalıdır.
29. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
30. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.
32. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza xərci olaraq 100 (bir yüz) manat cavabdeh Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
33. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi).
34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilsin. Iddiaçı İddiaçı məxsus ünvan 1 saylı ünvanda yerləşən torpaq sahəsinin yol (küçə) tərəfə olan hissəsində cavabdeh Cavabdeh tərəfindən quraşdırılmış darvaza, iddiaçının həyətyanı torpaq sahəsinə məxsus hasarın dibində inşa edilmiş bulaq cavabdehin öz vəsaiti hesabına sökülsün və darvaza quraşdırılmış torpaq sahəsi iddiaçının sahibliyinə geri qaytarılsın. Cavabdeh Cavabdeh ekspertiza xərci olaraq 100 (bir yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.