Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-207/2025 31.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "təbii qazdan istifadəyə görə əsassız hesablanmış 4748,77 manat məbləğində borcun silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "təbii qazdan istifadəyə görə əsassız hesablanmış 4748,77 manat məbləğində borcun silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X9 Kərim küşəsi ev 95B nömrəli ev onun istifadəsindədir. Cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Çıxarılmış G- 4 markalı 40012877 nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin verdiyi rəydə sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi müəyyən edilmişdir. Ona görə də ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib olunmuşdur. O, qazdan qeyri-qanuni istifadə etməmiş, 4747,77 manat borcu qərəzli şəkildə yazılmışdır. Cavabdehin əməkdaşları tərəfindən ******* nömrəli akta qardaşı X2 imza çəkdirilmişdir. Yoxlamanın nəticəsi ilə razı deyil. Sayğac yararsız hesab edilə bilər, lakin sayğacın çıxış plastmas borusunun deşilməsi mümkün deyil. Həmin qüsur əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər. Bundan başqa bildirir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə baxışı zamanı İddiaçı bildirmişdir ki, 2018-ci ildə sayğac dəyişdirildikdən sonra 1500 manat borc yaranmışdır. xx.xx.2020-ci ildə sayğac sökülmüş, aparıldıqdan sonra müdaxilə ilə bağlı akt tərtib olunmuşdur. Qardaşına məxsus sayğacın borcu onun sayğac borcu kimi qeyd olunmuşdur. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiyini, 3702,50 manat akt üzrə borc hesablandığını bildirmişdir. Bundan başqa, iddiaçı ilə "Azəriqaz" İB arasında müqavilənin olub-olmaması barədə məlumatı olmamışdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı Kamıl oğlu Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X9 Kərim küşəsi ev 95B nömrəli evdə yaşayır. Həmin evə **********20000 abonent kodu verilmişdir. Cavabdeh işçiləri tərəfindən iddiaçı barəsində çoxsaylı aktlar tərtib edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********20000) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********20000) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, sayğacdan kənar qeyri-qanuni xətti aşkar olunmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********20000) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********20000) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********20000) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, sayğacdan kənar istifadə edildiyi aşkar olunmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********20000) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********20000) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********20000) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********20000) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********20000) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İşdə olan, İddiaçı adına olan "Abonentin saldosu"ndan görünür ki, onun akt üzrə 2018-ci ilin aprel ayına borcu 1166,40 manat, 2019-cu illin fevral ayına görə 853,20 manat, aprel ayına görə 266,40 manat, may ayına görə 32,40 manat, noyabr ayına görə 165,60 manat, dekabr ayına görə 252 manat, 2020-ci ilin yanvar ayına görə 252, fevral ayına 252 manat, mart ayına görə 295,20 manat, aprel ayına görə 167,30 manat təşkil edir. İddiaçının silinməsini tələb etdiyi 4748,77 manat borcun 3702,50 manat hissəsi xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmışdır. İlk növbədə məhkəmə xx.xx.2018-ci il tarixli ******* nömrəli akt üzrə 1166,40 manat hesablanmış borca münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci və 4.9-cu bəndlərinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh daşıyır. İddiçıya 1166,40 manat borc xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında sayğacın çıxış plastmas borusunun deşilməsi səbəbi ilə hesablanmışdır, halbuki həmin qüsura görə istehlakçı məsuliyyət daşımır. Ona görə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, 1166,40 manat borc silinməlidir. Daha sonra məhkəmə xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli aktlara münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydalarının 6.5-4-cü maddəsinə görə, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin aktlardan görünür ki, cavabdehin əməkdaşları iddiaçının ünvanı üzrə sayğaca baxış keçirilərkən sadəcə "qazdan qeyri-qanuni istifadə edildiyi" göstərilmiş, həmin istifadənin tam olaraq nədən ibarət olduğu, müdaxilənin olubolması, olduğu təqdirdə hansı üsulla edildiyi, ümumiyyətlə, istifadənin hansı səbəbdən qeyri-qanuni hesab edildiyi göstərilməmişdir. Bundan başqa, həmin aktlar iddiaçı tərəfindən imzalanmamış, onun aktı imzalamaqdan imtina etməsi göstərilsə də, imtinanın səbəbi göstərilməmişdir. Əlavə edilmiş fotoşəkillərdə qeydəalma tarixi, vaxtı, ünvanı öz əksini tapmamışdır. Beləliklə, göstərilənlər aktların əsassız olduğunu göstərir, bu səbəbdən məhkəmə həmin aktlar əsasında hesablanmış (266,40+252+252) 770,40 manat borcun silinməli olması qənaətinə gəlir. "Azəriqaz" İB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli və xx.xx.2019-cu il tarixli ******* nömrəli aktlara fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkillərdə olan sayğac iddiaçının izahatına görə qardaşına məxsus sayğacdır. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi şəkillərdəki sayğacın iddiaçıya aid olmasını təsdiq edən sübut təqdim etməmişdir. Bundan başqa, sözügedən aktlar İddiaçı tərəfindən imzalanmamışdır. Beləliklə, bu aktlar əsasında olan borclar da (853,20+266,40) silinməlidir. Təqdim edilmiş aktlardan eyni zamanda görünür ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli aktlara əlavə edilmiş fotoşəkillər xx.xx.2019-cu il tarixli ******* nömrəli və xx.xx.2019-cu il tarixli ******* nömrəli aktlara əlavə edilmiş fotoşəkillərin eynisidir. Məhkəmə belə nəticəyə gəlir ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən iddiaçının sayğacına baxış keçirilmədən aktlar tərtib olunmuş və eyni fotoşəkillər bütün aktlara əlavə edilmişdir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli aktlar da əsassızdır, bu səbəbdən həmin aktlar əsasında hesablanmış borclar silinməlidir. "Azəriqaz" İB tərəfindən xx.xx.2019-cu il tarixli ******* nömrəli akt İddiaçı qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş, ona müvafiq fotoşəkillər əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı şəkildə əks olunan sayğacın ona məxsus olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın tarixi "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddənin əlavə edilməsindən əvvələ aiddir. "Qaz təchizatı haqqında" Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt onun sayğacı üzrə hesablandığını, həmin sayğacın akta əlavə edilmiş fotoşəkildəki sayğac olduğunu etiraf etmişdir. Bu etirafın qanuna zidd olması və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması aşkar edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, akt qanuni olaraq tərtib edilmiş, onun əsasında hesablanmış 32,40 manat hissəsi silinməməlidir. Qeyd olunduğu kimi, cəmi 4748,77 manat borcun 3702,50 manat hissəsi aktlar əsasında hesablanmış borcdur. Borcun qalan 1046,27 manat hissəsi iddiaçı tərəfindən hansı əsasla mübahisələndirdiyini göstərməmiş, həmin borcun qanunsuz olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası "Dövlət rüsumu haqqında" Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Hazırki iddianın qiyməti 4748,77 manatdır, 67,48 manatdır. İddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Cəmi 4748,77 manat iddianın məbləğində iddianın 3670,10 manat hissəsi (77,28 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 77,28 faizi, yəni 52.14 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməli, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə qalan 15,34 manat məbləğ ona aid edilməməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********20000 nömrəli abonent koduna xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 1166,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə 853,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə 266,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə 165,60 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə 252 manat, 30.01,2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə 252 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə 167,30 manat, cəmi 3670,10 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 52,14 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X7.
Məhkəmə qərarları › İş №2(008)-207/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-207/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver