Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-208/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı İsgəndər qızının, Cavabdeh iştirakı ilə İddiaçı İsgəndər qızının Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsgəndər qızı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, ev 10 ünvanında yerləşən hər iki özbaşına tikilinin həyətlərinin bir-birindən ayrılması məqsədi ilə hasarın çəkilməsi üçün yaranan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildə Vəliyev Tural ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan bir qız övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Sabunçu rayon Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ev 10 ünvanına özbaşına tikiliyə köçmüş və evliliklərinin ilk vaxtlarında məhz həmin evdə yaşamışlar. Həmin ev həm şəraitsiz olduğundan həm də, qayınanası ilə münasibətləri normal olmadığı səbəbindən orada yaşamaq mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçının və onun anasının maddi köməkliyi ilə 2014-cü ildə həmin həyət yerləşən evdən çox da aralıda olmayan ayrıca bir ev tikmişdirlər. Sonradan həyat yoldaşı və qaynanasının ona qarşı olan münasibətləri kəskin surətdə pisləşməyə başlamışdır. Onlar iddiaçıya nalayiq sözlərlə təhqir edir və həyat yoldaşı isə onu mütəmadi olaraq döyürdü. 2016-cı ildə onu döyərək yeni tikdirdikləri evdən qovdu və bu hadisədən sonra onun bir daha həmin evə getməyi qeyri-mümkün oldu. Bundan əlavə həyat yoldaşı X8 iddiaçıya bədən xəsarəti yetirdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Sabunçu rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 1(008)-122/2017 saylı hökmü ilə barəsində 600 manat cərimə cəzası tətbiq edilmiş və bu əsaslada məhkum olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin xx.xx.2018-ci il tarixli məktubuna da əsasən onlar gələcəkdə baş verə biləcək hər hansı cinayət faktının qarşısının alınması məqsədi ilə “münaqişəli ailə” kimi həmin polis bölməsində qeydiyyata alınmışdırlar. Bütün bu faktlar sübüt edir ki, onların bir yerdə yaşamaqları qeyri-mümkündür və həyətdə yerləşən hər iki evin bir-birindən hasarın çəkilməsi vasitəsi ilə ayrılmasına dəlalət edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı İsgəndər qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş gəlinidir və o məhkəmə qətnaməsi ilə evə köçürülmüşdür. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. Ona görə ki, sözügedən torpaq sahəsi başqa şəxsə məxsusdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sabunçu rayon Maştağa Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 4937 saylı yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı İsgəndər qızı vergi ödəyicisi kimi qeydə alınmışdır. Sabunçu rayon Məhkəməsinin 2(008)-2268/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı İsgəndər qızının övladı xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh Tural qızı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 10 saylı ünvanda yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(013)-8822/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X5 apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1951/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, X1 şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sabunçu rayon Məhkəməsinin 2(008)-5745/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı İsgəndər qızının, X6, X4 və X5 Bakı şəhəri, Maştağa qəsəbəsindəki 0,12 ha torpaq sahəsi olan 340 e saylı bağ sahəsinə istifadə hüquqlarının olmaması müəyyən edilmiş və onların həmin bağ sahəsindən çıxarılmaları qət edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 01/263 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış evləri arasında sahədə heç bir tikili və digər qurğu olmadığı üçün hasarın tikilməsinə hər hansı maneə mövcud deyil. xx.xx.2002-ci il tarixli, 29298 saylı bağın icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Bağlar təsərrüfat birliyi ilə X3 arasında bağlanmış icarə müqaviləsi bağlanmış, və həmin müqaviləyə əsasən Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi X2 icarəyə verilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 2 ünvanda yerləşən yaşayış evləri özbaşına tikilidir. İddiaçının qeyd olunan evlərdən birinə köçürülməsi qət edilsə də, faktiki olaraq oraya köçə bilməmişdir. Belə ki, cavabdeh ilə münasibətləri pisdir və eyni həyətdə yaşamaları qeyri-mümkündür. İddiaçı qeyd olunan evin həyətində iki evin ortasından hasar çəkilçəsini çıxış yolu hesab edir. Məhkəmə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, ev 10 ünvanında yerləşən iki ev arasında hasarın tikilməsinə maneələrin aradan qaldırılması tələbinə münasibət bildirirərək qeyd edir ki, sözügedən evlər özbaşına tikilidir. Belə olan halda şəhərsalma və tikinti normalarına əməl olunmadan, layihəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan tikilmiş evlərin ortasında hasar çəkilməsinə maneələrin aradan qaldırılmasına, dolayısı ilə həmin hasarın çəkilməsinə icazə verilməsi qanuni ola bilməz. Bundan başqa, keçirilmiş ekspertiza rəyində qeyd olunan hasarın texniki cəhətdən mümkün olması onun qanuni əsaslarla tikilməsinə icazə verilməsinə dəlalət etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bundan başqa,iddiaçının istinad etdiyi halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi də çıxış edir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçı “maneələrin aradan qaldırılması” tələbi ilə məhkəməyə müraciət etsə də, qeyd olunan maddənin tələblərinə görə neqator iddia irəli sürülməsi üçün iddiaçı ilk öncə mülkiyyətçi olmalıdır. Lakin, iddiaçının nə qeyd olunan evə, nə də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. Odur ki, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyi üçün məhkəmə xərclərinə aid edilən məhkəmə ekspertizasının xərci olaraq hesablanmış 100 manat məbləğində pul İddiaçı İsgəndər qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İsgəndər qızının Cavabdeh qarşı “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, ev 10 ünvanında yerləşən hər iki özbaşına tikilinin həyətlərinin bir-birindən ayrılması məqsədi ilə hasarın çəkilməsi üçün yaranan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı İsgəndər qızından məhkəmə ekspertizasının xərci olaraq hesablanmış 100 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-208/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-208/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver