Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2080/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Pərnavə qızına qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, fərdi yaşayış evinin boşaldılması və xxxx ASC-yə təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Pərnavə qızına qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, fərdi yaşayış evinin boşaldılması və xxxx ASC-yə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Pərvanə qızı və Cavabdeh1 tərəfindən «xxxx» ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X3, 0.12 ha torpaq sahəsində yerləşən 56.6 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 54 nömrəli fərdi yaşayış evinin boşaldılmasını, fərdi yaşayış evi «xxxx» ASC-ə təhvil verilməsini və Cavabdeh1, Cavabdeh2 Pərvanə qızının həmin fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,, İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 Pərvanə qızına qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müarciət etmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(077)-16/17 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 15367.07 manat əsas, 2049.87 manat faiz, 179 manat cərimə borcu və 60 manat dövlət rüsumunun, cəmi 17655.94 manat məbləğində pulun tutulması, tutumanın Cavabdeh2 Pərvanə qızına məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X3 0.12 ha torpaq sahəsi ilə birlikdə, 56.6 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 54 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması, fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi qət edilmişdir. Əmlak Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin 11677-189097/26 saylı,xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən “xxxx” MMC tərəfindən hərraca çıxarıılmış, hərracda satımadığına görə Banka təklif olunmuşdur. İddiaçı ASC tərəfindən fərdi yaşayış evinin alınamsı təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa (Reyestr nömrəsi – **********61-10301,Qeydiyyat nömrəsi-**********) əsasən əmlak mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına rəsmiləşdirilmişdir. Bank tərəfindən fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi üçün əmlakın əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək bankla razılığa gəldiklərini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Bu barədə ərizəni məhkəməyə təqdim etdi. İş üzrə digər Cavabdeh2 Pərvanə qızı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şuşa Rayon Məhkəməsinin 2(077)-16/17 nömrəli, xx xxxxx 2017-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ASC-nin iddiası qismən təmin edilmiş, tələb Cavabdeh2 Pərvanə qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X3 0,119143 ha torpaq sahəsi ilə birlikdə 56,6 kv.m ümumi 46.36 kv.m yaşayış və 10.24 kv.m yardımçı sahəsindən ibarət 1 mərtəbəli, 3 otaqlı 54 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və ev açıq hərraca çıxarılması, yaşayış evinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcu və dövlət rümunun ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışının elektron imza ilə təsdiq edilmiş surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X6 yerləşən 54 saylı evin tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx xxxxxx 2020-ci il tarixli, 260 saylı məktubunun surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Pərvanə qızı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X6 yerləşən 54 saylı yaşayış evini 10 gün müddətində boşaldılaraq könüllü şəkildə banka təhvil verilməsi xahiş edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. - 02/20/1 saylı, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ASC-ə ünvanlanmış məktubun surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Pərvanə qızı barədə məlumat qeydə alınmamışdır. Həmin şəxslərin yaşayış yerləri barədə məlumat əldə etmək üçün qeydiyyatda olduqları rayon İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə edilmişdir. - 02/02 saylı, xx xxxxxx 2019-cu il tarixli Hərracın Yekunları barədə Protokolunun surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin sifarişi ilə hərrac keçirilmişdir və Cavabdeh2 Pərvanə qızı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X6 yerləşən 54 saylı mənzil İddiaçıASC-nin mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdən daşınmaz əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə məxsus olmuşdur. Lakin keçmiş mülkiyyətçi Cavabdeh2 Pərvanə qızı və digər Cavabdeh1 iddiaçının müraciəti olmasına baxmayaraq həmin əmlakı boşaldaraq mülkiyyətçiyə təhvil verməmiş və həmin əmlakdan istifadə hüquqlarını qanuni əsas olmadan davam etdirərək mülkiyətçinin hüquqlarını pozmuşdur. Yuxarda qeyd edilənləri nəzəra alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 Pərvanə qızı və Cavabdeh1 tərəfindən «xxxx» ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X3, 0.12 ha torpaq sahəsində yerləşən 56.6 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 54 nömrəli fərdi yaşayış evinin boşaldılmalı, fərdi yaşayış evi «xxxx» ASC-ə təhvil verilməli və Cavabdeh1, Cavabdeh2 Pərvanə qızının həmin fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 Pərvanə qızı və Cavabdeh1 tərəfindən «xxxx» ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X3, 0.12 ha torpaq sahəsində yerləşən 56.6 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı, 54 nömrəli fərdi yaşayış evinin boşaldılsın, fərdi yaşayış evi «xxxx» ASC-ə təhvil verilsin və Cavabdeh1, Cavabdeh2 Pərvanə qızının həmin fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2080/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2080/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver