Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2091/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi1 və Ərizəçi2 və onların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 Mart 1990-cı ildə doğulmuş qızımız X4 1990-cı il avqust ayının sonlarında və 16 Mart 1990-cı ildə doğulmuş qızımız X5 1990-cı il oktyabr ayının ortalarında, 06 dekabr 1992-ci ildə doğulmuş X8 1993-cü il avqust ayında vəfat etmələri faktlarının qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, onlar 20 dekabr 1988-ci il tarixdən nikahdadır, nikahıları həmin tarixdə Nərimanov Rayon VVADQ-da İV-ЖГ №496662 sayla qeydə alınıb. Bigrə nikahlarından 16 Mart 1990-cı ildə əkizləri X10 və X11 doğulmuşlar. X3 1990-cı il Avqust ayının sonlarında, X11 isə 1990-cı il Oktyabr ayının ortalarında vəfat ediblər. Bundan əlavə birgə nikahlarından 06 Dekabr 1992-ci ildə X14 doğulub. Həmin oğul övladları da heç bir yaşı tamam olmamış 1993-cü il Avqust ayında vəfat edib. Vəfat edən övladlarının üçü də Tovuz rayonu Pələkli kənd qəbirstanlığında basdırılıblar. Uşaqlarının hər biri doğulduqdan az müddət sonra vəfat etdikləri üçün onların ölümü barədə ölüm şəhadətnamələri almamışdırlar. Hazırda yaşadıqları mənzilin özəlləşdirmələri üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə vəfat etmiş övladlarının ölüm faktları barədə zəruri sənədləri də təqdim etməlidirlər. Lakin ölüm şəhadətnamələri olmadığından həmin sənədləri reyestr xidmətinə təqdim edə bilmirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 izahat verərək bildirmişdir ki, onun üç uşağıda “sepsif” vürüsündən vəfat etmişdir. Ekizlərdən biri Aytən 5 aylıq olarakən, digəri isə doqquz aylıq olarkən vəfat etmişdir. Oğlu Naibdə həmin xəstəlikdən beş aylıq olarakən vəfat etmişdir. uşağların hər üçü körpə olduğundan ancaq öz aralarında yas vermişdirlər, uşağların hər üçü Tovuz rayonunda dəfn olunmuşdur. Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı şəhəri Nərimanovskiy rayon ZAKS idarəsi tərəfindən xx.xx.1988-ci il tarixdə İV- ЖГ seriyalı 496662 nömrəli verilmiş nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 ilə X2 arasında xx.xx.1988-ci il tarixdə 1344 akt qeydi ilə nikah bağlanılmışdır. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə XV-ЖГ seriyalı 333017 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə XV-ЖГ seriyalı 333016 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə XVİİ-ЖГ seriyalı 292900 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X9 izahat verərək bildirmişdir ki, Ərizəçi1 onun qardaşıdır, Ərizəçi2 isə həm gəlinləri, həmdə xalası qızıdır. Hazırda ərizəçilərin iki qız övladı vardır, ondan əvvəl 1990-cı ildə əkiz qızları və 1992-ci ildə isə bir oğulları olmuşdur. Hər üç uşaq vəfat etmiş və Tovuz rayonunda dəfn edilmişdirlər. Ekizlərdən biri yay ayında, digəri isə ondan 2-3 ay sonra vəfat etmişdir. Oğlu isə doğulandan üç-dört ay sonra vəfat etmişdir. onların hər üçünün ölüm yeri Bakı şəhəri olmuşdur. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X6 izahat verərək bildirmişdir ki, Ərizəçi2 qardaşı olduğunu qeyd etmiş, hazırda tərəflərin iki uşağı vardır. Lakin əvvəlcə onların ekiz qızları olmuşdur, onlar doğulandan müalicəsə olsalarda əvvəlcə ekizlərin biri daha sonra iki-üç aydan sonra digər ekiz uşağ vəfat etmişdir. Daha sonra onların 1992-cı ilin axırında oğulları olmuşdur. Uşağ doğulandan mikrobu olduğundan daimi müalicələrdə olmuş və sonra vəfat etmişdir. uşağların hər üçü ərizəçilərin yaşadığı yerdə yəni razində yaşadığları evdə vəfat etmişdir. Məhkəmə ərizəçlərin, o cümlədən şahidlərin izahatını dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, onların tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X10, X11 və X14 ərizəçilərin övladları olmuşdurlar. X1 1990-cı il avqust ayının sonlarında və X11 1990-cı il oktyabr ayının ortalarında, oğlu X14 isə 1993-cü il avqust ayında vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçilər şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçilərə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı ildə doğulmuş X4 1990-cı il avqust ayında Bakı şəhərində, xx.xx.1990cı ildə doğulmuş X5 1990-cı il oktyabr ayında Bakı şəhərində, xx.xx.1992-ci ildə doğulmuş X8 1993-cü il avqust ayında Bakı şəhərində vəfat etmələri faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2091/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2091/2025
08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver