Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2093/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Nizami Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Nizami Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il təvəllüdlü Ermənistan Respublikasında doğulmuş X2 ərizəçinin qardaşı olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan doğma qardaşı X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra onun doğum haqqında şəhadətnaməsini tapmaq mümkün olmamışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 4 saylı Bakı Asan Xidmət X4 müraciət edəndə ona bildirilib ki, vərəsə kimi tanınması üçün X6 ilə qardaş olmasını təsdiq edən sənəd təqdim etməlidir. Mərhum qardaşından miras qalmış əmlakı sənədləşdirmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili X3 ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X5 ərizəçinin bacısı olduğunu bildirmişdir. Həmçinin Kamandarın da onunqardaşı olduğunu, Kalinino rayonunda doğulduğunu, evli olduğu şəxslə cəmi 15 gün yaşadığını və 52 yaşında vəfat etdiyini ifadəsində bildirmişdir. Həmçinin o bildirmişdir ki, mərhum Kamandardan mirs qalan avtomobilə onun heç bir iddiası yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində onun əriəzəçinin qonşusu olduğunu bildirmiş, Kamandarın uşaqlarının yox, amma həyat yoldaşının olduğunu bildirmişdir. Maraqlı şəxs Nizami Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət X7 tərəfindən verilmiş AZ-İİ seriyalı 341518 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. -AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş şahid ifadələri və sənədlərlə müəyyən edilmişdir ki, ərizəçi X6 ilə qardaşdır. Qardaşı xx.xx.2023-cü il tarixdə rəhmətə gedib. Vərəsəlik hüququnun həyata keçirilməsi üçün qardaş olmaları faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə müəyyən olunur ki, bu faktın müəyyən olunması ərizəçiyə vərəsəlik hüquqlarını həyata keçirməsi məqsədilə lazım olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü Ermənistan Respublikasında anadan olmuş X6 ilə Ərizəçi qardaş olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2093/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2093/2024
24.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver