Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-21/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi ünvanında yerləşən 23 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, sözügedən ev ərindən ona miras qalmışdır və onun mülkiyyətindədir. Həmin mənzilin digər payları – 1/5 hissə qızı X8, 1/5 hissə oğlu X11, 1/5 hissə oğlu X9 və 1/5 hissə X7 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh onun gəlinidir. Hazırda oğlu ilə nikahlarının pozulması barədə Sabunçu Rayon Məhkəməsinin icraatında mülki iş vardır. Cavabdehin evi olmadığından, kirayə haqqı ödəmədən mübahisəli evdə yaşamağa icazə vermişdir. Cavabdeh ona evdə rahat yaşamağa imkan vermir, cavabdehin nalayiq hərəkətləri nəticəsində, dəfələrlə evdə mübahisə düşmüşdür. Nikahın pozulmasının da səbəbi, cavabdehin oğluna dəfələrlə xəyanət etməsidir, artıq qonşular arasında da rüsvay olmuşlar. Cavabdehin evində yaşağa davam etməsi mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında İddiaçı, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, həmçinin bildirmişdir ki, keçmiş saydığı gəlini məhz mübahisəli evdə deyil, evin yerləşdiyi həyətdə inşa edilmiş tikilidə qalmış olsa belə, onunla eyni həyətdə yaşamaq mümkünsüzdür. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 23 saylı evin paylı mülkiyyətçilərindən biridir, evin digər hissələri hər biri 1/5 hissə olmaqla qızı və oğullarının, eləcə də, cavabdehin əri Zöhrabın paylı mülkiyyətindədir. Ona görə də hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Cavabdeh və əri Zöhrab Quliyev arasında boşanma barədə məhkəmənin icraatında iddia ərizəsi olsa da, onların nikahları pozulmamış və məhkəmə barışıq üçün 3 ay vaxt vermişdir. Eyni zamanda, Cavabdeh iddiaçının paylı mülkiyyəti qeydə alınan evdə deyil, həyətyanı sahədə inşa edilmiş özbaşına tikilidə birgə nikahdan doğulmuş 3 uşağı ilə birlikdə yaşayır. Göstərilənlərə əsasən, nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh, iddia tələbini qəbul etməyərək, nümayəndəsinin izahatında göstərilənlərə uyğun izahat verib həmçinin bildirmişdir ki, hazırda qaldığı evdən başqa yaşamağa yeri yoxdur. Həmin evin isə sənədli evə aidiyyəti olmamaqla, özbaşına tikilidir. Odur ki, cavabdeh üç azyaşlı uşağının olmasını da nəzərə alaraq, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, 015359 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evinin 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi X2, 1/5 hissəsi X5, 1/5 hissəsi X3 və 1/5 hissəsi X7 adına xüsusi mülkiyyət kimi xx.xx.2022-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. -Elektron-məhkəmə İnformasiya Sistemi məlumatlarından görünür ki, X1 Sevinc Fəxrəddin qızına qarşı nikahın pozulması barədə iddia ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, hazırda iş məhkəmənin icraatında olmaqla, onlara barışıq üçün vaxt verilmiş və məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. -Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, X10 və Cavabdeh xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və cavabdeh qayınana-gəlin münasibətlərindədir. İddiaçının oğlu X10 məhkəmədə nikahın pozulması barədə iddia qaldırsa da, iş üzrə yekun məhkəmə qərarı qəbul edilməmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evi isə iddiaçı ilə yanaşı, onun dörd övladının paylı (hər birinə münasibətdə 1/5 hissə olmaqla) mülkiyyətindədir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyətçilərdən X4 arvadı Cavabdeh ünvan 1 ünvanında yerləşən 23 saylı evdən çıxarılmasını xahiş edir. Cavabdeh mübahisəli evdə deyil, sözügedən ünvanda inşa edilmiş özbaşına tikilidə yaşadığını bildirmiş, iddiaçı isə bu faktı məhkəmə iclasında verdiyi izahatı zamanı təsdiq etmişdir. Beləliklə, iddiaçı tərəfindən mübahisə predmeti Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi ünvanında yerləşən 23 saylı ev göstərilsə də, məhkəmə araşdırması zamanı caabdehin həmin evdə deyil, başqa – sözügedən ünvanda inşa edilmiş özbaşına tikildə yaşadığı müəyyən edilmiş və bu, işin mübahisəsiz halıdır. Bununla belə, iddiaçı məhkəmədə, özünün də bildirdiyi kimi cavabdehin faktiki yaşamadığı evdən çıxarılması barədə iddia qaldırmışdır, iddia tələbinin dəqiqləşdirilməsi (yaxud dəyişdirilməsi) barədə məhkəməyə ərizə təqdim etməmişdir. Belə olan halda, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə, (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, lakin qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər), hazırkı iddiaya mövcud tələb çərçivəsində baxılıb hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cavabdehin Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi ünvanında yerləşən, çıxarılması xahiş olunan 23 saylı evdə yaşadığı faktı sübutların məhkəmə araşdırması zamanı təkzib olunduğundan və cavabdehin orada yaşadığına dair sübut məhkəməyə təqdim edilmədiyindən (hətta əksinə, iddiaçı belə cavabdeh gəlininin digər özbaşına tikilidə yaşadığını məhkəməyə bildirmişdir) hazırkı iddianın nə faktiki, nə də hüquqi əsasları vardır. Ona görə də, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” barədə iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-21/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-21/2023
13.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver