Məhkəmə qərarları › İş №2(008)-2102/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2102/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2102/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbimi təmin edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda təbii qazdan istifadəyə görə abonent istifadəçisidir. Abonent kodu **********030000-dir. Abonent kodu mərhum atası X2 adınadır. Atası xx.xx.2003-cü ildə vəfat etmişdir. Sayğac isə küçədə quraşdırılıb və xüsusi mühafizə olunmur. xx.xx.2022-ci ildə cavabdeh təşkilatın əməkdaşları ünvanına quraşdırılmış sayğacı çıxarmış əvəzində yeni sayğac quraşdırmışlar. Bununla bağlı həmin tarixdə akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın qulaqcığı qırılıb, sayğacın giriş klapanı yerindən oynayır, yəni yerindən tərpənir. Bu yaxınlarda cavabdeh tərəfindən qəbz təqdim edilən zaman ona əsassız olaraq borc yazıldığı məlum olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edildi. Belə ki, xx.xx.2023-cü il tarixli, akt № MSK-14-2-2/3-5- 4509/Q001 saylı aktla müəyyən edilir ki, ünvanından çıxarılmış sayğac 21 iyun 2023-cü il tarixdə dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Daxilində göstərəici çarxların ötürücülüyünü təmin edən çarxlardan biri kənar təsir nəticəsində zədələnib və rəngi fərqli digər ötürücü çarxla əvəzlənib. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda xx.xx.2022, xx.xx.2022 və xx.xx.2021 -ci il tarixlərdədə Alarm-1 rejimi aşkar olunmayıb. Sayğac istismara yararsızdır. Tərtib edilmiş əsassız akt ucbatından mərhum atası barəsində 777,60 manat borc yazılmışdır. Sayğac xüsusi mühafizə altında olmayıb, küçədə quraşdırılıb. Bəlkə, elə sayğacda göstərilən qüsurlar sayğacı çıxaran zaman Cavabdeh İB-nin əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir), istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş X3 məxsus **********30000 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə istehlakçıya 2023-cü ilin sentyabr ayı üçün qalıq və aktlar üzrə 777.60 manat borcu yaranmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt surətindən görünür ki, 14-2-2/3-5-4509 saylı rəyə əsasən daxilində göstərici çarxlarının ötürücülüyünü təmin edən çarxlardan biri kənar təsir nəticəsində zədələnib və rəngi fərqli digər ötürücü çarxla əvəzlənib. xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair təəbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, 6480 kub metr qar sərfi olmuşdur. Bakı şəhər Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Az İ-060280 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2003-cü il tarixdə ölmüşdür. АЗ 101191 nömrəli doğum haqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1961-ci il tarixdə doğulmuşdur. X1r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abonent kodu X11 adının adına qeyd edilsə də, abonent öldüyündən sayğac onun oğlu İddiaçı istifadəsindədir. Sayğaca keçirilmiş baxış zamanı **********30000 nömrəli abonent X5 istifadəsinə verilmiş sayğacın daxilində göstərici çarxlarının ötürücülüyünü təmin edən çarxlardan biri kənar təsir nəticəsində zədələnib və rəngi fərqli digər ötürücü çarxla əvəzləndiyi və bunun əsasında itirilmiş qazın həcmi 6480 kub metr hesablanaraq dəymiş zərər 777.60 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacda yaranmış nasazlıq məhz iddiaçının təqsiri səbəbindən olması öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehliyinin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən **********30000 saylı abonentə hesablanmış 777.60 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən **********30000 saylı abonentə qanunsuz olaraq hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar