Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2105/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh və onun nümayəndəsi vəkil Məmmədov Fazil Bala oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh Bilgəh qəsəbəsi ərazisində 19 dalanda yerləşən 2058 kv.m torpaq sahəsi və onun üzərində yerləşən bağ evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bilgəh qəsəbəsi ərazisində 19 dalanda yerləşən 2058 kv.m torpaq sahəsi cavabdehin adına Bilgəh bələdiyyəsi tərəfindən sənədləşdirilmşidir. Cavabdehin "xxxx" MMC ilə aralarında iş birliyi olmuş və onun 2019-cu ildə həmin MMC-yə borcu yaranmışdır. İddiaçı sözügedən MMC-nin işçisidir və cavabdehin bu borcun daxilində həm də ona da borcu yaranmışdır. 2019-cu ildən cavabdeh ümumilikdə yaranmış 160000 manat borcunu ödəmək niyyətində olmasını bildirirdi. Bunun təminatı kimi əvvəlcə onun adına həmin bağ sahəsinə dair xx.xx.2019-cu ildə özündə geniş səlahiyyətlər əks etdirən 1 il müddətinə etibarnamə vermişdir. Daha sonra cavabdeh borcunu ödəmək üçün 2021-ci ilin yanvar ayının axırına kimi vaxt istəmiş və bu məqsədlə də xx.xx.2021-ci il tarixdə qəbz imzalayıb vermişdir. Buna baxmayaraq cavabdeh qəbzdə göstərdiyi vaxtda borcu qaytara bilməmiş və özünün təşəbbüsü və iştirakı ilə Bilgəh qəsəbəsinə gedərək bağ evini və torpaq sahəsini iddiaçının adına rəsmiləşdirməsinə etiraz etmədiyini rəsmi olaraq bildirmişdir. Bundan sonra Bilgəh bələdiyyəsi cavabdehin adına olan sənədləri (qərar,torpağın alqı-satqısı, torpaq sahəsinin eskiz sxemi, kassa mədaxil orderinin qəbzi) həmin tarixdə iddiaçının adına rəsmiləşdirmişdir. Belə ki, Bakı Şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin “fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə” Qərarından da görünür ki, Bilgəh qəsəbəsi ərazisində 19-cu dalanda yerləşən 2058 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə İddiaçı mülkiyyətinə verilmişdir. Bununla da faktiki olaraq cavabdeh borcun əvəzinə bağ evini və bağ sahəsini ona satmaqla borcunu bağlamışdır. Cavabdeh bağını borc əvəzinə satdıqdan sonra bir müddət orada qalmağını xahiş etmiş və aralarında olan münasibətə görə razılaşmışdır. Cavabdeh artıq xeyli müddətdir ona məxsus olan və mülkiyyəti sayılan bağ sahəsindən və bağ evindən çıxmır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək, Cavabdeh qeyd edilən torpaq sahəsi ilə heç bir bağlılığı olmadığını bildirərək, bağ sahəsindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, İddiaçı adlı şəxsi tanımadığını, Nurəddin və Musa adlı şəxs ilə tanış olduğunu aralarında olan iş birliyi nəticəsində borcu yarandığını və həmin borcu da atasına məxsus olan bağ sahəsini sataraq ödədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X7 iddianı qəbul etməyərək, Cavabdeh "xxxx" MMC-yə borcu olmadığını, iddiaçını ümumiyyətlə tanımadığını onun bu məslədə iddiaçı olmalı olmadığını, cavabdeh borcunu qaytardığını və iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Bilgəh Bələdiyyəsinin 037 nömrəli 22 aprel 2005-ci il tarixli qərarından görünür ki, Bilgəh qəsəbəsi ərazisində 19-cu dalanda yerləşən 2058 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 1 ünvanda yaşayan İddiaçı mülkiyyətinə verilməsi, İddiaçı torpağın satın alınmasına dair müvafiq qaydada akt tərtib olunması və torpağın dəyəri (pulla) Torpaq Məcəlləsinin 96-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq vətəndaş tərəfindən bələdiyyənin xüsusi hesabına keçirilməsi təmin olunması, tikinti işləri xüsusi razılığı olan fiziki və hüquqi şəxslər tərəfindən icra olunması, kommunal xidmətlərin təşkili və icrası məqsədi ilə əlaqədar olaraq vətəndaşla aidiyyatı təşkilatlar ilə ikitərəfli müqavilə bağlanması, bələdiyyənin vergi və ödənişlər şöbəsinə mülkiyyətçinin torpaq və əmlak vergisinə cəlb olunmasını təmin edilməsi, ayrılmış torpaq sahəsində tikintinin layihə üzrə aparılmasına və torpağın məqsədli təyinatına görə istifadə olunmasına nəzarət bələdiyyənin yerli iqtisadi inkişaf komissiyasına tapşırılması Bilgəh bələdiyyəsinin sədri T.K.Rzayeva tərəfindən qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Qaradağ rayonu ərazisində ünvan 1 ünvanda yaşayan İddiaçı Bilgəh bələdiyyəsi tərəfindən verilmiş rayon, şəhər bələdiyyə orqanına 04 aprel 2005-ci il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanın iclasında baxılmış və Bilgəh bələdiyyə ərazisində 2058 m2 ha torpaq sahəsi satılması barədə 2005-ci il 22 aprel tarixli 037 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Sabunçu rayon Bilgəh bələdiyyəsinin Bank hesabına əvvəlcədən 27988800 manat ödənilmişdir. Bu akt Sabunçu rayon bələdiyyəsinin sədri X6, torpaq alan İddiaçı və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə 22 aprel 2005-ci il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. İş materiallarında olan 04 iyul 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu ildən 1 il müddətinə xx.xx.2020-ci il tarixədək İddiaçı etibarnamə vermişdir. Etibarnamə üzrə Cavabdeh tərəfindən verilən səlahiyyətlər Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 037 nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində 19-cu dalanda yerləşən ona ayrılmış 2058 kv metr torpaq sahəsinin istifadəsi ilə bağlı hərəkətləri etibar etmişdir. İş materiallarına əlavə edilən Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin 01 iyul 2020-ci il tarixli 221 nömrəli arayışından görünür ki, həqiqətən Bilgəh bələdiyyəsi tərəfindən 037 nömrəli 22 aprel 2005-ci il tarixli qərarla verilmiş 2058 m2 torpaq sahəsi İddiaçı məxsusdur, Torpaq sahəsi Bilgəh bələdiyyəsinin inzibati ərazisində yerləşir və torpaq sahəsinin ayrılmasına dair qərar hal-hazırda hüquqi qüvvədədir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı Nurəddin Məmmədovun yanında gördüyünü, onunla heç bir iş birliyi olmadığını və ona ev satmadığını bildirmişdir. Onun "xxxx" MMC-yə borcu olmamışdır. "xxxx" MMC-ni işlədən X1, ona hədə-qorxu gələrək, ona şəxsən borcu olmadığı halda, atasına məxsus 12 sot bağ sahəsini orada yerləşən iki mərtəbəli evi, köməkçi-yardımçı tikintilərlə bir yerdə satıb onun borcunu vermişdir. O Nurəddin Məmmədova 170100 manat pul vermişdir. Cavabdeh bildirmişdir ki, mübahisə onunla Nurəddin Məmmədov arasında, axırıncının qeyri-qanuni hərəkətləri nəticəsində, ona göstərdiyi mənəvi, psixi və hədə-qorxunun nəticəsində əmələ gəlmişdir. Ona göstərilən təsirlərin nəticəsində cavabdeh ona 65000 ABŞ dolları olmayan borcu verməyə razılaşmışdır. İddiaçı adına etibarnamə verilməsini də Nurəddin Məmmədov tələb etmiş və 01 iyul 2021-ci ildə Nurəddin Məmmədovun tələbi ilə vermişdir. Cavabdeh qeyd etmişdir ki, onun iddiaçıya heç bir borcu olmamış və onunla birlikdə heç vaxt Bilgəh bələdiyyəsində getməyə təşəbbüs göstərməmiş və onunla birlikdə Bilgəh bələdiyyəsində olmamışdır. Bilgəh bələdiyyəsinə onu Nurəddin Məmmədov çağırmışdır. Nurəddin Məmmədova olan borcu qaytarılması qarantı kimi o cavabdehən bağ evinin sənədlərini almış və demişdir ki “borcu verərsən sənədləri qaytararam”. 2021-ci ilin sentyabr ayında Nurəddin Məmmədova 150000 manat vermişdir. Əvvəldə ona 3000 ABŞ dolları və 15000 manat vermişdir. X2 170100 manat pulu, ona qarşı mənəvi, psixi və hədə-qorxunun təsiri nəticəsində olmayan borc müqabilində vermişdir. Cavabdeh pulu ona verəndən sonra, bir müddət keçəndən sonra Nurəddin Məmmədov ona zəng edib görüşmək istədiyini bildirmişdir. Nurəddin Məmmədov ona demişdir ki “sen mənə qəbz ver ki, mənə 160000 manat borcun var, çünki mən ziyan etmişəm”. Cavabdeh onun bu təklifini rədd etmişdir. Bu söhbətdən sonra İddiaçı onun barəsində Sabunçu Rayon Prokurorluğuna şikayət ərizəsi vermişdir. İş materiallarına əlavə edilən cinayət işi başlanmasının rədd edilməsi haqqında 23 mart 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi polis mayoru X4, icraatında olan İddiaçı ərizəsi əsasında toplanmış “cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında 242 nömrəli materiaları nəzərdən keçirib, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasını rədd edilməsini qərara almışdır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, İddiaçı həqiqətən Cavabdeh adlı şəxsi tanımır, onunla hər-hansı bir formada ticari münasibətləri olmamış, Nurəddin Məmmədov üçün Saratov şəhərində əldə olunmuş gömrük bəyənnamələrinə əsasən xx.xx.2018-ci il tarixdə 272,4 ton, xx.xx.2018-ci il tarixdə 69,1 ton, xx.xx.2018-ci il tarixdə 64,1 ton, xx.xx.2018-ci il tarixdə 69,150 ton, xx.xx.2018-ci il tarixdə 273,5 ton, xx.xx.2018-ci il tarixdə 138 ton buğda məhsulu Saratov şəhərində yerləşən Urojay-S TAP şirkəti vasitəsi ilə Bakı şəhərinə Nurəddin Məmmədovun tanışı Rizvan Əliyevin adına göndərilmiş və həmin mal ambara qəbul edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, (izahatında Nurəddin Məmmədov ödəniş cədvəlinin onun tərəfindən Rizvana Məmmədova təqdim edildiyini bildirmişdir) Cavabdeh 3000 ABŞ dolları, 15000 manat və 150000 manat pulu Nurəddin Məmmədova təqdim etmiş, qalan 160000 manat (yəni əsas borc göstərildiyi kimi 99036 ABŞ dolları olmuş, Nurəddin Məmmədovun banka ödədiyi faizlə birlikdə 168899 ABŞ dolları olmuş) banka ödənilməli olan pulun faizi olmuşdur. İş materiallarında olan məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Bilgəh bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 34 nömrəli məktubunda Bilgəh bələdiyyəsinin 2000-2008-ci illərə aid sənədlərin arxiv idarəsinin 18 fevral 2009-cu il tarixli akta əsasən oxunması mümkün olmadığına görə ləğv edilməsi cavabı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, qeydiyyat nömrəsi ********** olan,xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında olan 012 ha torpaq sahəsi X5 məxsusdur. İş materiallarında olan Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 19-cu dalan hazırda Mehdi Hüseyin küçəsi adlanır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh yaranmış borc müqavilində Bilgəh qəsəbəsi 19-cu dalanda yerləşən 2058 kv.m torpaq sahəsində yerləşən bağ evini 04 iyul 2019-cu il tarixli etibarnamə ilə sənədləşdirilməsini ona etibar etmiş, daha sonra isə 07 yanvar 2020-ci il tarixdə qəbz yazaraq 2021-ci ilin sonuna kimi borcunu ödəyə bilməzsə bağ sahəsini onun adına keçirəcəyini öhdəsinə götürmüşdür. Göstərilən müddətdə borcunu qaytara bilmədiyi üçün bağ sahəsini onun adına keçirməklə borcunu bağlamışdır. Məhkəmə iclasında ifadə verən iddiaçı və onun nümayəndəsi də, Cavabdeh bağ sahəsini 2019-cu ildə sonra İddiaçı satmasını və bağın artıq sonuncunun mülkiyyətinə keçməsini, lakin cavabdehin satdığı bağ sahəsindən çıxmaqdan imtina etdiyi üçün onun bağ sahəsindən çıxarılmasını xahiş etmişlər. Cinayət işini başlanmasını rədd edilməsi haqqında 23 mart 2023-cü il tarixli qərardan müəyyən edilir ki, Sabunçu Rayon Prokurorluğuna müraciət edən İddiaçı Cavabdeh 160000 manat borc müqabilində Bilgəh qəsəbəsi 19-cu dalanda olan torpaq sahəsinin içərisindəki evlə birlikdə ona verəcəyini vədd edərək, sonradan evə aid sənədləri ona versə də evdən çıxmamışdır. Şərh olunanlardan göründüyü kimi İddiaçı bütün hallarda bağ evinin 2019-cu ildə yaranmış borc müqabilində ona satılmasını onun mülkiyyətinə keçməsini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eləcə də Cavabdeh ona borclu olmasına dair sübut təqdim edə bilməmişdir. İddiaçı cavabdehə məxsus bağ evinin 2021-ci ildən sonra onun mülkiyyətinə keçməsinə istinad etməsinə baxmayaraq, mübahisəli bağ evinin Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 037 nömrəli qərarı ilə ona verilməsinə dair sənədəri məhkəmə təqdim etmişdir. Məhkəmə hesab edir ki, həmin sənədlərin həqiqiliyi iş materiallarıyla təkzib olunur. Belə ki, əgər mübahisəli bağ sahəsi Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 037 nömrəli qərarı ilə İddiaçı verilmişdirsə, o zaman həmin bağın cavabdehə məxsus əmlak kimi 2021ci ildən sonra alqı-satqısına zərurət olmazdır. Yəni iddia iddiaçının iddia tələbi ilə təqdim etdiyi həmin sənədlər ziddiyyət təşkil edir. Eləcə də Cavabdeh İddiaçı verdiyi 04 iyul 2019cu il tarixli etibarnamənin məzmunundan aydın olunur ki, Bakı şəhəri Sabunçu Rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 037 nömrəli qərarına əsasən, Bakı şəhəri Sabunçu Rayonu Bilgəh qəsəbəsindəki 19 nömrəli dalanda yerləşən 2058 m2 torpaq sahəsi Cavabdeh tərəfindən idarə olunması, bağ sahəsindən sərəncam verilməsi üçün İddiaçı etibar edilmişdir. Həmin fakt bir daha təsdiq edir ki, bağ torpaq sahəsinin 2005-ci il tarixli qərar ilə Bələdiyyə torpağı kimi İddiaçı verilməsi həqiqəti əks etdirmir. Əgər torpaq sahəsi və bağ evi 2005-ci ildən İddiaçı məxsus olmuşdursa 04 iyul 2019-cu il tarixdə Cavabdeh məxsus bağ sahəsi kimi iddiaçıya onu idarə etmək üçün etibarnamə verilməsinə hansı ehtiyyac varıydı. Həmin faktın həqiqiliyini araşdırılması üçün Bilgəh Bələdiyyəsinə verilmiş sorğuya sonuncu cavab vermişdir ki, Bilgəh Bələdiyyəsinin 2000-2008-ci illərə dair sənədlərin Arxiv İdarəsinin 18 fevral 2009-cu il tarixli aktına əsasən oxunması mümkün olmadığına görə məhf edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində və məhkəmədəki izahatında onun mübahisəli bağ sahəsinə hüququnun Cavabdeh hüququnda yaranmasına iddia olunduğuna iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2005-ci il tarixli Bələdiyyə qərarının əsasları arxiv materialları əsasında aşkar olunmadığından iddiaçı özü də hüququnun 22 aprel 2005-ci il tarixdən yaranmasını deyil, 2019-2021-ci ildən yaranmasını iddia etdiyindən həmin sənədləri məhkəmə sübut kimi qiymətləndirmir. Hazırda iddiaçı Qasımov mübahisəli bağ sahəsinin mülkiyyətçisi kimi iddia tələbi irəli sürməsinə baxmayaraq, iddia tələbinin əsasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı mübahisə etdiyi bağ sahəsinə hər hansı bir hüqunun olmasını təsdiq edən sübut olmadığından onun cavabdehin bağ sahəsindən çıxarılması barədə iddia qaldırmağa subyektiv hüququnun olması müəyyən edilmir. İddiaçı mübahisəli bağ sahəsinə mülkiyyət, icarə, sahiblik, istifadə və yaxud sair hər hansı bir hüquqa malik olmasına dair sübut təqdim edə bilməmişdir. İddiaçının tələb irəli sürməyə subyektiv hüququ olmadığından onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından göründüyü kimi iddiaçı borc əvəzindən Cavabdeh ona məxsus bağ evinin onun adına keçirilməsini göstərsədə ümumiyyətlə cavabdehin adına Bilgəh qəsəbəsində bağ evi olması müəyyən edilməmişdir. İddiaçı mövcud olmayan bağ evinin mübəhisəsini aparmışdır. Belə ki, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədovun xx.xx.2024-cü il tarixli məktubunda müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 144 nömrəli 16 mart 2018-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 19-cu dalan hazırda Mehdi Hüseyin küçəsi adlanır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bilgəh qəsəbəsi, Mehdi Hüseyin küçəsi, 80 nömrəli ev cavabdehin atası - X5 məxsus olmuşdur. Yəni hazırda Cavabdeh məxsus bağ sahəsi yoxdur və əvvəllərdə olmamışdır. İddiaçının boşaldılmasını iddia etdiyi bağ sahəsi belə bir ünvan mövcu deyildir. Ümumiyyətlə Cavabdeh məxsus bağ sahəsi olmamış və iddiaçıya bağ sahəsi satmamışdır. Nəticə olaraq məhkəmə hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2105/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2105/2024
01.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver