Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2111/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022- ci il tarixli, ******* saylı akta əsasən dəymiş zərər kimi müəyyən olunan 1036,80 manat borcun silinməsi və həmin borca görə tutulan pulların hesablanaraq, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (Anaşkin) küçəsində yerləşən evinə quraşdırılmış qaz sayğacı xx.xx.2022-ci il tarixdə dəyişdirilmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. Bir müddət əvvəl müəyyən etmişdir ki, onun adına olan **********00013 saylı abonent hesabında 1036,80 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edilmişdir. Təqdim edilmiş MSK-29/1710-04087-1 nömrəli, 28 noyabr 2022-ci il tarixli sayğacın laboratoriyada yoxlanması aktına əsasən evindən çıxarılan sayğac yoxlamadan keçmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacın gövdəsinin üst hissədən korroziyaya uğradığı qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan və xx.xx.2022-ci il tarixli tələbnamədən ona aydın oldu ki, Cavabdeh əməkdaşları evindən çıxarılan qaz sayğacının istismara yararsız olması səbəbindən 8640 kubmetr qaz itkisini dəymiş ziyan kimi hesablamışlar. Göründüyü kimi Cavabdeh əməkdaşları ona heç bir məlumat vermədən, qaz sayağını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirini sübut etmədən, 8640 kubmetr qaz itkisi hesablamış və onun hesabına 1036,80 manat borc yazmışlar. Evindən çıxarılmış qaz sayğacında baş verən nasazlığ onun müdaxiləsi və ya səhvi ucbatından baş verməmişdir. Cavabdeh aktlarında sayğacda aşkarlanan qüsur kimi sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacın gövdəsinin üst hissədən karroziyaya uğradığı qeyd olunub. Sayğacın küçədə yerləşdiyini nəzərə alsa, istənilən bir şəxs sayğaca zərər vura bilər. Həmçinin sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda Cavabdeh əməkdaşları bunu da etməmişlər. Belə olan halda sayğac yoxlamaya aparılarkən də müəyyən zədələrə məruz qala bilərdi. Hesab edir ki, həmin sayğacda olan qüsurlara görə o məsuliyyət daşımır. Onun sayğacın çıxış plastmas borusunu deşməyi üçün heç bir əsas, sübut da yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 29/1710-04087-1 nömrəli rəyə əsasən 1202AQ**********27 zavod nömrəli sayğacın keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfinin 4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 günqəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin 4x24x90=8640 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli ******* saylı akt olmuşdur. **********00013 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2022-cü ilin dekabr ayında qalıq və aktlar üzrə 1036.80 manat borc yazılmışdır. **********00013 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2022-cü ilin dekabr ayında qalıq və aktlar üzrə yazılmış 1036.80 manat borcdan 2023-cü ilin sentyabr ayında 4 manat, oktyabr ayında 14.50 manat, noyabr ayında 33 manat və dekabr ayında isə 67 manat, 2024-cü ilin yanvar ayında 43.50 manat cəmi 162 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00013 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacda nasazlıq qeyd edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 8640 kub metr hesablanaraq dəymiş zərər 1036.8 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacda yaranmış nasazlıq məhz iddiaçının təqsiri səbəbindən olması öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehliyinin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən **********00013 saylı abonentə hesablanmış 1036.80 manat borc silinməlidir. Bundan başqa məhkəmə iddia tələbinin borca görə qaz kartına iddiaçı tərəfindən yüklədiyi pul məbləğlərindən tutulan pulların hesablanaraq, iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərk qeyd edir ki, nə qədər ki ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən yazılmış cərimə əsassız hesab edilmişdir, həmin cərimədən tutulan məbləğ iddiaçıya qaytarılmalıdır. Beləki, iddiaçının təqdim etmiş olduğu saldodan görünür ki, ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış cərimədən 2024-cü ilin yanvar ayının sonunadək 162 manat məbləğində ödəniş oldmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlii iddiaçı tətəfindən ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış cərimədən ödənilmiş 162 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinıə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən **********00013 saylı abonent İddiaçı hesablanmış 1036.8 manat borc silinsin. İddiaçı tərəfindən ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən ödənilmiş 162 manat pul vəsaiti cavabdeh Azəriqaz İB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2111/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2111/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver