Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2132/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh 01 noyabr 2022-ci il tarixli 2300/453Ş nömrəli əmrinin birinci bəndinin (gömrük əməkdaşına yaraşmayan hərəkətə yol verərək əmək vəzifələrini təkrarən kobud şəkildə pozduğuna görə Cavabdeh gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz «Samur» şöbəsinin inspektoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilsin) ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və 01 noyabr 2022-ci il tarixdən başlayaraq məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 21 iyun 2018-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Biriliyinin Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz «Samur» şöbəsinin inspektoru vəzifəsinə işə qəbul edilmişdir. 29 sentyabr 2022-ci il tarixdən 29 oktyabr 2022ci il tarixədək məzuniyyətə çıxmışdır. Məzuniyyətdə olan zaman X3 Dubay şəhərinə getmişdir. Məzuniyyətdən qayıdan zaman Heydər Əliyev adına hava limanından keçərkən hamı kimi özünə məxsus olan əşyaları bəyan etmişdir. Gətirdiyi əşyalar arasında bəyan edəcək mal olmadığından keçib getmişdir. Heydər Əliyev adına hava limanından çıxdıqda bir nəfər yaxınlaşıb gətirdiyi mallarla maraqlanmış, onları yenidən monitordan keçirməsini xahiş etmişdir. O, burda bir problem olmadığını deyib gətirdiyi əşyaları monitordan keçirib evə getmişdir. 30 oktyabr 2022-ci il tarixdə işə qayıtdıqda onun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal 1 X12 Gömrük postunda 6 ədəd İphone markalı telefonu ölkəyə gətirməyə cəhd etdiyinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Biriliyinin 01 noyabr 2022-ci il tarixli 2300/453Ş nömrəli əmri ilə işdən azad olunduğunu öyrənmişdir. Onun yuxarıda qeyd edilən əsaslara görə işdən azad olunması aşağıdakı səbəblərə tamamilə qanunsuz və əsassızdır. O, Respublikamya 6 ədəd İphone markalı telefon gətirməmişdir. Baqajında yalnız 3 ədəd İphone markalı mobil telefonun korpusu olmuşdur. Onları da gördükdən sonra özünə qaytarıblar. Telefonu gətirsə belə bu heç bir halda onun Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin tələblərini pozması demək deyil. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;AR Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, Birliyin Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı barəsində yazılmış Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun 07 oktyabr 2022-ci il tarixli 1900-001/0xxxx/004018 və 13 oktyabr 2022- ci il tarixli 1900-001/0xx-xx/004139 nömrəli raportlarının Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsində araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məzuniyyətdə olduğu dövrdə 07 oktyabr 2022-ci il tarixdə TK 339 saylı İstanbul-Bakı aviareysi ilə sərnişin qismində ölkə ərazisinə gələrkən 3 ədəd “İphone 13 PRO” və 3 ədəd “İphone 14 PRO” markalı mobil telefonları gömrük orqanına bəyan etmədən ölkə ərazisinə gətirməyə cəhd göstərmiş, Cavabdeh Kommersiya şöbəsinin inspektoru, gömrük xidməti kiçik leytenantı X6 07 oktyabr 2022-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbətçi hissəsində xidmət apararkən Azərbaycan Respublikasının vətəndaşı X2 inzibati binanı tərk etdiyini müşahidə edərkən bu barədə həmkarına aidiyyəti üzrə məlumat verməmiş, Cavabdeh Analtik şöbəsinin inspektoru, gömrük xidməti baş leytenantı X9 xidməti zərurətlə əlaqədar 07 oktyabr 2022-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X12” gömrük postunda xidmət aparan gömrük orqanı əməkdaşlarından ibarət təşkil olunmuş növbəyə nəzarət etməmiş, bununla da həmin əməkdaşlar xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq, xidnəti intizam qaydalarının tələblərini pozmuşdur. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 saylı qərarının 1.5-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir. Göründüyü kimi, İddiaçı üzərində ölkə ərazisinə gətirdiyi 3 ədəd “İphone 13 PRO” və 3 ədəd “İphone 14 PRO” markalı mobil telefonları gömrük orqanına bəyan etməli olduğunu bildiyi halda, bəyan etmədən ölkə ərazisinə gətirməyə cəhd göstərmişdir. Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin İddiaçı dəfələrlə ünvanladıqları araşdırmada iştirakla bağlı çağırışları cavabsız qalmış və İddiaçı araşdırmada iştirak etməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının “30" yanvar 2012-ci il tarixli 01/03 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X8 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X14 (burdan sonra “X14”) gömrük orqanı əməkdaşının xidmətdə və xidmətdənkənar, gündəlik həyatda davranış qaydalarının norma və müddəalarını, əxlaq prinsiplərini müəyyən edir. Həmçinin, 1.3-cü bəndə əsasən bu Kodeks bütün gömrük orqanı əməkdaşlarına, o cümlədən, gömrük orqan və təşkilatlarında çalışan xüsusi rütbəsi olmayan işçilərə şamil edilir. Həmin Kodeksin 3.2-ci bəndinə əsasən hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunun əliliyini, insanların hüquq və azadlıqlarını, demokratik prinsipləri, mənəvi və əxlaqi dəyərləri, etik normaları rəhbər tutmalıdır. Sözügedən Kodeksin 12-ci maddəsi məsuliyyət məsələlərini tənzimləyir. Həmin bəndə əsasən Kodeksdə təsbit olunmuş prinsip və qaydalara gömrük orqanı əməkdaşı tərəfindən əməl edilməməsi, həmçinin, digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə nəzərdə tutulmuş intizam məsuliyyəti doğurur. Bundan başqa, 12.2-ci bəndə əsasən isə intizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş pozuntu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qoruran mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, İddiaçı törətdiyi əməl dövlətin iqtisadi maraqlarına ziyan vurmağa yönəlməklə yanaşı işəgötürənin də qanunla qorunan mənafələrinə ziyan vurmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” yarımbəndinə əsasən əmək funksiyasını pozdığuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifə ərinin kobud şəkildə pozulması hesab edilən hallardandır. İddiaçı Cavabdeh 29 iyun 2022-oi il tarixli 2300/281ş nömrəli əmri ilə 17 iyun 2022-ci il tarixdə saat 16:00-da xidmət yerini özbaşına tərk etdiyinə, təqribən 1 saat ərzində xidmət yerində olmadığına və bununla da xidməti vəzifələrinin icrasına laqeyd yanaşdığına görə töhmət elan edilmişdir. Həmçinin, Cavabdeh 06 iyul 2022-ci il tarixli 2300/287ş nömrəli əmri ilə Cavabdeh direktorunun 24 may 2021-ci il tarixli 2300/150ş nömrəli əmri ilə həmin Birliyin müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili üzrə Bakı Hava Limanı bölməsinə təhkim edilmiş Cavabdeh Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı 21 iyun 2022-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X13” gömrük postunda xidmət apararkən öz xidməti vəzifələrinin icrası ilə bağlı olmayaraq bəzi vətəndaşlara məxsus yüklərə özbaşına gömrük baxışı həyata keçirmiş, əvvəlcədən özü üçün vətəndaşlardan birindən 1 ədəd elektron siqaretin gətirilməsini sifariş etmiş, gömrük baxışı zamanı həmin vətəndaşa məxsus yüklərin arasından elektron siqaretlərin olduğu qutudan sifariş etdiyi 1 ədəd elektron siqareti öz istifadəsi üçün götürmüş, bunla da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X14”nin prinsip və normalarının tələblərini pozduğu və xidməti vəzifəsinin icrasına laqeyd yanaşdığı üçün İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-cu maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət nəsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: irad; töhmət; sonurıcu xəbərdarlıqla şiddətli töhmət vermək; aşağı vəzifəyə keçirilmə; xüsusi rütbənin bir pillə aşağı salınması; vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); gömrük orqanlarından xaric etmə; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. Bu Əsasnamənin 69-1-ci maddəsinə əsasən Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Həmin Əsasnamənin Ümumi müddəalarının 2-ci maddəsinəəsasən əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Əmək Məcəlləsinin 188-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. İddiaçı onun barəsində çıxarılmış 29 iyun 2022-ci il tarixli 2300/281ş və 06 iyul 2022-ci il tarixli 2300/287ş nömrəli əmrləri ilə tətbiq olunmuş intizam tənbeh tədbirlərindən nəticə çıxarmayaraq xidməti vəzifələrinin icrasına laqeyd yanaşmış, xidməti intizam qaydalarının tələblərini pozmuşdur. O cümlədən rəhbərliyin göstərişlərinə tabe olmayaraq açıq-aşkar hörmətsizlik etmişdir. Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin keçirdiyi xidməti araşdırmada iştirak etməyərək, “Azərbaycan Respublikası gömrük oqanlarının vəzifəli şəxslərinin X14”nin prinsip və qaydalarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun 24 oktyabr 2022-ci il tarixli “Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun 07 oktyabr 2022-ci il tarixli 1900-001/0xx-xx/004018 və 13 oktyabr 2022-ci il tarixli 1900- 001/0xx-xx/004139 nömrəli raportlarının araşdırılmasına dair arayışın 3-cü bəndində və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 oktyabr 2022-ci il tarixli 1000/878ş nömrəli əmrinin 3-cü bəndində Cavabdeh direktorunun müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurluya Cavabdeh Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı intizam məsuliyyətinə cəlb edilməsini, nəticəsi barədə Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik idarəsinə və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məlumat verilməsini təmin etməsi tapşırılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 01 noyabr 2022-ci il tarixli 2300/453ş nömrəli əmri ilə Birliyin Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı əmək vəzifələrini təkrarən kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Strukturu”na daxil olan digər qurumların “2.4.6. Cavabdeh” sırasına aiddir. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh haqqında Əsasnamə" Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/01/004 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş və xx.xx.2013-cü il tarixdə **********1004 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2013-cü il tarixli 100/01/004 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2013-cü il tarixdə **********1004 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət reyestrində qeydiyyata alınmış “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh haqqında Əsasnamə”nin 5.9.15-ci yarımbəndinə əsasən “Azərterminalkompleks" Birliyinin direktoru Birlikdə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması ilə bağlı fəaliyyəti həyata keçirir. İddiaçı barəsində 01 noyaor 2022-ci il tarixdə Cavabdeh tərəfindən 2300/453ş nömrəli əmr qəbul ec ilərkən, qanunvericilik aktlarının tələblərinə əməl olunmuşdur. Beləliklə, yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/11-01357 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurlunun 2300/453Ş nömrəli xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, gömrük orqanı əməkdaşına yaraşmayan hərəkətə yol verərək əmək vəzifələrini təkrarən kobud şəkildə pozduğuna görə Cavabdeh Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, İddiaçılə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sistemində elektron imzadan istifadə barədə bağlanmış müqavilənin dayandırılması, elektron imza sertifikatının ləğv edilməsi və ona məxsus olan elektron imza kartının balansdan silinməsi, xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduqlarına görə Cavabdeh Analitik şöbəsinin inspektoru, gömrük xidməti baş leytenantı X7 və Cavabdeh Kommersiya şöbəsinin inspektoru, gömrük xidməti kiçik leytenantı X5 “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 1-ci bəndinə əsasən irad tutulması əmr edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh direktor vəzifəsini müvəqqəti icra edən Hüseyn Məsumovun 2300/281Ş nömrəli xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Cavabdeh Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh direktor vəzifəsini müvəqqəti icra edən Hüseyn Məsumovun 2300/287Ş nömrəli xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Cavabdeh Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən X15 Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun 07 oktyabr 2022-ci il tarixli 1900-001/0xx-xx/004018 və 13 oktyabr 2022-ci il tarixli 1900-001/0xx-xx/004139 nömrəli raportlarının araşdırılmasının nəticəsi haqqında 1000/878Ş nömrəli xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, Cavabdeh Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi, nəticəsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə məlumat verilməsinin təmin edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin 1000-190/1xx-xx/018443 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, barəsində aparılan xidməti araşdırma ilə əlaqədar İddiaçı 18 oktyabr 2022-ci il tarixdə saat 09:00-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə gəlməsi tələb olunmuşdur. - cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı və X1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusatla bağlı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət işi başlanmasının rədd edilməsi, İddiaçı və X1 əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin zəruri sənədlər və inzibati xətanın predmeti olmuş əşyalarla birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilməsi qərara alınmışdır. - inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 00800/00073 nömrəli xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, İddiaçı barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun və digər materialların baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinə əsasən a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırkı mübahisə üzrə iddiaçının işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurlunun 2300/453Ş nömrəli xx.xx.2022-ci il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı işdən azad edilməsi qanunun tələblərinə riayət edilməklə həyata keçirilmişdir. Belə ki, iddiaçı işlədiyi müddətdə dəfələrlə əmək funksiyalarını pozmuş və vicdanla yerinə yetirməmiş, xidməti vəzifəsinin icrasına laqeyd yanaşmış, xidməti intizam qaydalarının tələblərini pozmuşdur. Qeyd olunan hallar iş materiallarındakı sənədlərlə tam təsdiq olunur. Bununla əlaqədar olaraq, işəgötürənin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əmrləri ilə iddiaçıya töhmət və sonuncu xəbərdarlıqla töhmət elan edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 190-cı maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə verilmiş töhmətdən nəticə çıxarmamış, həmin intizam tənbehinin qüvvədə olduğu müddətdə əmək funksiyalarını, xidməti intizam qaydalarının tələblərini pozmaqda davam etmiş, bununla da əmək qanunvericiliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 01/03 nömrəli 30 yanvar 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X14”nin tələblərini kobud şəkildə pozmuşdur. Həmin Kodeksin: 2.4-cü bəndinə əsasən xidməti vəzifəsinin icrası zamanı qərar qəbul edərkən ona verilmiş xidməti səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, səlahiyyət həddini aşmamalı, obyektiv, prinsipial, qərəzsiz, ədalətli olmalıdır. 3.3.4-cü bəndinə əsasən gündəlik iş və ya növbə qrafikinə, o cümlədən, xidməti zərurətlə əlaqədar tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürlü səbəbdən xidmət yerinə gələ bilməyəcəyi və ya gecikəcəyi hallarda dərhal bu barədə rəisini məlumatlandırmalı, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməli, birbaşa rəislərin ilk çağırışı ilə, fövqəladə hallar baş verdikdə isə çağırışsız xidmət yerinə gəlməlidir. 3.12-ci bəndinə əsasən müəyyən edilmiş qaydada icazə almadan ölkəni, o cümlədən, yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyəti keçirəcəyi yeri bildirməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qanuni və əsaslı olmuşdur, odur ki, iddia əmrin ləğv edilməsi və işə bərpa edilmə hissəsində rədd edilməlidir. Belə olan halda məhkəmə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də iddianın əsassız olması qənaətinə gəlir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2132/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2132/2023
27.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver