Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-214/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Cavabdeh Feyzullayevanın, vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Axundova X1rşı “torpaq sahəsinə yönəldilmiş maneənin aradan qaldırılması, hasarın cavabdehin hesabına sökülərək zəbt olunmuş torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Axundova X1rşı “torpaq sahəsinə yönəldilmiş maneənin aradan qaldırılması, hasarın cavabdehin hesabına sökülərək zəbt olunmuş torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh Feyzullayevna və vəkili X3 isə ayrılıqda olmaqla, iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirmişlər. Belə olan halda, məhkəmə cavabdehin iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Axundova X1rşı “torpaq sahəsinə yönəldilmiş maneənin aradan qaldırılması, hasarın cavabdehin hesabına sökülərək zəbt olunmuş torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-214/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-214/2023
04.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver