Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-214/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən ona məxsus evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ev onun xüsusi mülkiyyətindədir. Həmin ev əvvəllər iddiaçının atasına məxsus olmuş, atasının vəfatından sonra evin yarısı vərəsəlik qaydasında ona keçmişdir. Anası da öz növbəsində həmin evin ona məxsus 1/2 hissəsini bağışlanma müqaviləsi ilə ona bağışlanmışdır. Hazırda ev tam olaraq onun mülkiyyətindədir. Cavabdeh əmisinin həyat yoldaşı olub, təxminən doqquz il olar ki, göstərilən ünvanda yaşayır. Əmisinin vəfatından sonra evin mülkiyyətçisi olmuş atası dəfələrlə cavabdehə evdən çıxması barədə xəbərdarlıq etsə də, o könüllü olaraq evdən çıxmamamışdır. Cavabdeh Zeynalabdin qızının mülkiyyəti olan evə heç bir hüququ yoxdur. Onun həmin evdə yaşamaqda davam etməsi mülkiyyətçi kimi hüququnu pozur. Hazırda Balaxanı qəsəbəsi, Sarabski küçəsində yerləşən 2 nömrəli ev onun tam mülkiyyətində oğlduğundan evdən çıxması barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Hacəli oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə olunan xx.xx.2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 18 yanvar 2008-ci ildə vəfat etmiş X1 vərəsələri Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsi, ev 2-də yaşayanlar – X2 və İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsi, ev 2-də. Ümumi sahəsi 266,5 kv.m və yaşayış sahəsi 68.2 kv.m olan yeddi otaqdan (Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş reyestr kitabı 02, səhifə 190, qeydə alma 30/1077 olan qeydiyyat vəsiqəsi və 29.10.08-ci il tarixli, 11/30133 çıxarış nömrəli arayışdan) –ibarətdir. Reyestrdə 2 “V” -1/77 nömrə ilə qeyd edilib. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, X2 ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 68.2 kv/m, yardımçı sahəsi 144.4 kv/m olan 7 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ½ hissəsini İddiaçı hədiyyə etmişdir. İş materiallarına əlavə olunan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət **********95-10301 reyestr nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsi, ev 2 İddiaçı tam payla xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 10/8233 nömrəli, 26 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş «B» literli fərdi yaşayış evinin Texniki Pasport sənədində göstərilən ümumi sahəsi 14,2 və 14,7 kv.m olan 2 və 3 saylı yaşayış otağı tikilisinin, ümumi sahəsi 16,8 kv.m olan mətbəx tikilisinin, eləcə də, «l» literli ayaqyolu tikilisinin və «lll» literli anbar tikilisinin Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasportda göstərilən tikilələrin («A», «B», və «V» literli fərdi yaşayış evləri, «l» literli ayaqyolu və «lll» literli anbar) ümumi sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********95-10301 reyestr nömrəli Çıxarışda göstərilən sahəyə uyğun olmadığından, eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********95-10301 reyestr nömrəli Çıxarışda hansı tikililərin İddiaçı mülkiyyətinə verildiyi göstərilmədiyindən, Cavabdeh faktiki yaşadığı sahənin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan sahə ilə üst-üstə düşüb-düşməməsini, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsi, 2 ünvanında yerləşən “B” tikilisi mülkiyyət hüququ əsasında İddiaçı Hacəli oğluna məxsus 212,6 kv.m daxilinə aid olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6074 nömrəli, 09 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş «B» literli fərdi yaşayış evinin Texniki Pasport sənədində göstərilən ümumi sahəsi 14,2 və 14,7 kv.m olan 2 və 3 saylı yaşayış otağı tikilisinin, ümumi sahəsi 16,8 kv.m olan mətbəx tikilisinin, eləcə də, «l» literli ayaqyolu tikilisinin və «lll» literli anbar tikilisinin Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasportda göstərilən tikilələrin («A», «B», və «V» literli fərdi yaşayış evləri, «l» literli ayaqyolu və «lll» literli anbar) ümumi sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********95-10301 reyestr nömrəli Çıxarışda göstərilən sahəyə uyğun olmadığından, eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********95-10301 reyestr nömrəli Çıxarışda hansı tikililərin İddiaçı mülkiyyətinə verildiyi göstərilmədiyindən, Cavabdeh faktiki yaşadığı sahənin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan sahə ilə üst-üstə düşüb-düşməməsini, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsi, 2 ünvanında yerləşən “B” tikilisi mülkiyyət hüququ əsasında İddiaçı Hacəli oğluna məxsus 212,6 kv.m daxilinə aid olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********95-10301 reyestr nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsində yerləşən 2 nömrəli ev 212,6 kv İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 10/8233 nömrəli, 26 aprel 2024-cü il tarixli, 10/6074 nömrəli, 09 oktyabr 2024-cü il tarixli ekspert rəylərindən göründüyü kimi, mülki iş materiallarında olan Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən tərtib edilmiş texniki pasportda məlumatlar araşdırılarkən, Texniki Pasport sənədində göstərilən tikililərin («A», «B» və «V» literli fərdi yaşayış evindən, «l» literli ayaqyolundan, «ll» literli baseyndən, «lll» literli anbar) ümumi sahəsinin 277,51 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Baxış zamanı fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasport sənədilə faktiki vəziyyət arasında müqayisəli tədqiqat aparılan zaman, «A» və «V» literli fərdi yaşayış evinin, «B» literli fərdi yaşayış evinin Texniki Pasport sənədində göstərilən ümumi sahəsi 9,6 kv.m olan 5 nömrəli yaşayış otağı tikilisinin İddiaçı istifadəsində olduğu, «B» literli fərdi yaşayış evinin Texniki Pasport sənədində göstərilən ümumi sahəsi 14,2 və 14,7 kv.m olan 2 və 3 nömrəli yaşayış otağı tikilisinin, ümumi sahəsi 16,8 kv.m olan mətbəx tikilisinin, eləcə də, «l» literli ayaqyolu tikilisinin və «lll» literli anbar tikilisinin Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasportda göstərilən tikililərin («A», «B» və «V» literli fərdi vasavıs evləri. «l» literli ayaqyolu və «lll» literli anbar} ümumi sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışda göstərilən sahəyə uyğun olmadığından, eyni zamanda Çıxarışda hansı tikililərin İddiaçı mülkiyyətinə verildiyi göstərilmədiyindən, Cavabdeh faktiki yaşadığı sahənin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan sahə ilə üst-üstə düşübdüşməməsini, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsi, 2 ünvanında yerləşən “B” tikilisi mülkiyyət hüququ əsasında İddiaçı Hacəli oğluna məxsus 212,6 kv.m daxilinə aid olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı xx.xx.2023-cü il tarixdə yerli baxış təyin olunaraq qeyd olunan ünvana baxış keçirilmiş, müəyyən olunmuşdur ki, ünvan 4 nömrəli ev “A”, “B” və “V” tikililəri olmaqla üç tikilidən ibarətdir. Müəyyən olunmuşdur ki, həyətdə ayrıca yerləşən “A” tikilisi yaşayışa yararlı sahə deyil, “B” tikilisi ortadan kərpiclə hörülməklə tam ayrılmış şəkilldə bir hissəsi idaçının bir hissəsi isə cavabdehin istifadəsində olması müəyyən edildi. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yerli baxış zamanı və məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ünvan 4 nömrəli ev “A”, “B” və “V” tikililəri olmaqla üç tikilidən ibarətdir. Həmin tikililərin cəmi faktiki sahə 277,51 kv təşkil etdiyi halda, iddiaçının mülkiyyətində 212,6 kv olduğunu müəyyən edilir. Eyni zamnda “B” literli fərdi yaşayış evinin Texniki Pasport sənədində göstərilən ümumi sahəsi 14,2 və 14,7 kv.m olan 2 və 3 nömrəli yaşayış otağı tikilisinin, ümumi sahəsi 16,8 kv.m olan mətbəx tikilisinin, eləcə də, «l» literli ayaqyolu tikilisinin və «lll» literli anbar tikilisinin Cavabdeh istifadəsində olan sahənin məhz iddiaçıya məxsus 212,6 kv sahə daxilinə düşməsi öz təstiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən halları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərci olaraq 100 (yüz) manat İddiaçı Hacəli oğlundan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzaliyev.