Məhkəmə qərarları › İş №2(008)-2140/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2140/2023

13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2140/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə Suriya, Rakka şəhərində Məmmədova Nina X1 doğulması faktının müəyyən edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, bacısı- X14 xx.xx.2015-ci il tarixdə Suriya, Rakka şəhərində - X13 doğulmuşdur. X18 heç vaxt rəsmi nikahda olmamışdır. O, Ərizəçi Bakı şəhəri Sabunçu rayon icra hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 292№li sərəncamına əsasən bacısı - X7- xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 qəyyumu təyin edilmişdir. Doğumun qeydiyyata alınması üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən ona doğumun qeydiyyata alına bilməməsi barədə qanunvericiliyin tələbləri izah edilərək məhkəməyə müraciət etməyini tövsiyə etdilər. Göründüyü kimi doğum faktının müəyyən edilməsi qeydiyyat şöbəsində qeyrimümkündür. Məhkəmə iclasında ərizəçi MPM-nin 53-cü maddəsinə istinad edərək ərizəyə əlavə təqdim etmiş, X8 xx.xx.2015-ci il tarixdə Suriyanın Rakkı şəhərində doğum faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamənin verilməsi, doğum haqqında şəhadətnamədə X2 Məmmədova, adının Rəyyan, ata adının Natiq, doğum tarixinin xx.xx.2015-ci il, doğulduğu yerin Suriyanın Rakka şəhər, ata qrafasında atasının adının Natiq, ana qrafasında anasının adının X22 kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 05/15-130 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Müraciətin qeydiyyat şöbəsində icra edilməsi mümkün olmamışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli, 292 nömrəli Sərəncamdan görünür ki, Ələsgərova X5 Məmmədov və Rayyan Məmmədovanın üzərinə qəyyum təyin edilməsi qərara alınmışdır. Vətəndaşların vəziyyəti barədə X-ЖГ seriyalı, 324541 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə X18 doğulmuş, atası X19, anası isə Zaina İliniçnadır. Bakı şəhəri Maraqlı şəxs AZ-T seriyalı, 231042 nömrəli doğum haqqında şəhaətnamədən görünür ki, X20 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X10, anası isə X12. Azərbaycanın Qayıdış Şəhadətnaməsinin surətindən görünür ki, Məmmədova Rayyan xx.xx.2015-ci il tarixdə Suriyada doğulmuşdur. Tibbi arayışdan görünür ki, X13 xx.xx.2015-ci il tarixdə doğulub, Sağlamdır, dərisi təmizdir, yaşına uyğundur. xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, Suriya Ərəb Respublikasından gətirilmiş, ƏOŞ Peşə-əmək Reablitasiya mərkəzində müvəqqəti yerləşdirilən X20, Məmmədova Rayan Natiq qızı sosial-psixoloji qiymətləndirilmiş 21 saylı polklinikanın həkimləri tərəfindən müayinə olunaraq, qan analizləri müayinələri aparılmış, mərkəz tərəfindən tibbi-sosial xidmətlər göstərilmiş və xx.xx.2022-ci il tarixli, 292 saylı Bakı şəhər İcra Hakimiyyətini başçısının Sərəncamına əsasən xalası Qeydiyyat ünvanı Yeni Yasamal M.Xiyabani 10 C ünvanda yaşayan Ərizəçi sağ-salamat təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, X9 xx.xx.2015-ci il tarixdə Suriyyanın Rakka şəhərində doğum faktı müəyyən edilməli, ona doğum haqqında şəhadətnamələr verilməli, doğum haqqında şəhadətnamədə X3 Məmmədova adı Rəyyan, ata adı Natiq, doğum tarixi xx.xx.2015-ci il, doğulduğu yer Suriyyanın Rakka şəhəri, ata qrafasında atasının adı Natiq, ana qrafasında anasının adı X22 kimi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 xx.xx.2015-ci il tarixdə Suriyanın Rakka şəhərində doğulması faktı müəyyən edilsin. X11 doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamədə X4 Məmmədova, adı Rəyyan, ata adı Natiq, doğum tarixi xx.xx.2015-ci il, doğulduğu yer Suriyyanın Rakka şəhəri, ata qrafasında atasının adı Natiq, ana qrafasında anasının adı X22 kimi qeyd edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar