Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2145/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» Mebel Şirkətinə qarşı “ maddi və mənəvi ziyanın ödənilməsi ” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» Mebel Şirkətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi və mənəvi ziyanı nəzərə alaraq “xxxx” Mebel Şirkətindən 20.000 manat təzminatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, İddiaçı “Saloglu” fərdi firmasına qarşı sair öhdəliklər üzrə mübahisələr tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində 2005-ci ildən 2018-ci ilin fevral ayına kimi Saloglu fərdi firmasında işlədiyini, işlədiyi müddət ərzində məzuniyyətə çıxmadığını, buna görə hüquqlarının pozulduğunu əsas gətirərək maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. İddiaçı qanunla qorunan mənafelərinin pozulduğunu iddia etdiyi məsələ fərdi əmək mübahisələrinin predmetinə (Əməm Məcəlləsi 288-ci maddə) aiddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296cı maddəsinin (fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) 5-ci bəndinə (maddi və mənəvi ziyanın ödənilməsi və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.) əsasən İddiaçı iddia vermək müddətini itirmişdir. Belə ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xx.xx.2018-ci il tarixdə xitam verilmiş və İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən həmin tarixdən 1 il müddətində pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə iddia vermək hüququ vardır. Lakin hal-hazırki vəziyyətdə həmin tarixdən 1 ildən artıq müddət keçmişdir. Bundan başqa iddiaçı. İddiaçı Saloglu fərdi firmasına qarşı verdiyi iddia ərizəsinin Sabunçu Rayon Məhkəməsində baxılması Azərbaycan Respublikası MPM-nin 35-ci maddəsinə əsasən yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. X1 hüquqi ünvanı isə Qazax rayonu, Ağköynək kəndidir. Mülki işin aiddiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyatı üzrə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinin tələblərinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul etdiyi aşkar olunarsa, məhkəmə mülki işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardadın şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh “xxxx” Fərdi Firmasının hüquqi ünvanı Qazax rayonunda yerləşdiyindən hazırki iddia tələbinə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində baxıla bilməz. Odur ki, mülki iş üzrə cavabdeh “xxxx” Fərdi Firmasının hüquqi ünvanı ünvan 3n Məhkəməsinə göndərilməlidir. Bu əsaslarla və Azərbaycan Respublikası MPM-nin 31, 35, 44-45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh «xxxx» Mebel Şirkətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(008)-2145/2021 nömrəli mülki iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim imza Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2145/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2145/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver