Məhkəmə qərarları › İş №2(008)-2146/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2146/2023

10.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2146/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı "Sabunçu Rayonu Nardaran Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 21 nömrəli qərarı ilə qeydiyyata alınmış Nardaran qəsəbəsi ərazisinin bağ massivində yerləşən 1254 kv.m torpaq sahəsinin İddiaçı1 istifadəsində olması faktının, 2508 kv.m torpaq sahəsinin İddiaçı2 istifadəsində olması faktının, 2223 kv.m torpaq sahəsinin İddiaçı3 istifadəsində olması faktının müəyyən edilməsi" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı "Sabunçu Rayonu Nardaran Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 21 nömrəli qərarı ilə qeydiyyata alınmış Nardaran qəsəbəsi ərazisinin bağ massivində yerləşən 1254 kv.m torpaq sahəsinin İddiaçı1 istifadəsində olması faktının, 2508 kv.m torpaq sahəsinin İddiaçı2 istifadəsində olması faktının, 2223 kv.m torpaq sahəsinin İddiaçı3 istifadəsində olması faktının müəyyən edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. İş üzrə məhkəmənin hazırlıq iclası zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəməyə daxil olmuş ərizələrində onlar iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 254, 255, 261.0.1 - 261.0.3 və 261.0.6 - 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı "Sabunçu Rayonu Nardaran Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 21 nömrəli qərarı ilə qeydiyyata alınmış Nardaran qəsəbəsi ərazisinin bağ massivində yerləşən 1254 kv.m torpaq sahəsinin İddiaçı1 istifadəsində olması faktının, 2508 kv.m torpaq sahəsinin İddiaçı2 istifadəsində olması faktının, 2223 kv.m torpaq sahəsinin İddiaçı3 istifadəsində olması faktının müəyyən edilməsi" barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron Məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar