Məhkəmə qərarları › İş №2(008)-216/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-216/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-216/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 olu, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı cavabdeh tərəfindən müstəqil tələb irlə sürməyən üçüncü şəxs Siyəzən rayon icra şöbəsi qeyd edilməklə qiymətləndirmə rəylərinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 olu, İddiaçı2, İddiaçı3 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMCyə, üçüncü şəxslər 2 saylı Sumqayıt Vergi Ərazi İdarəsi və Siyəzən rayon icra və probasiya şöbəsi qeyd edilməklə iddiaçılar İddiaçı1 məxsus “Hundai HD 72” markalı, **- NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin QR 2695 saylı, 18 iyun 2020-ci il tarixli Qiymətləndirmə rəyinin, İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən icarədə olan qeyri-yaşayış binasının qiymətləndirilməsinə dair "xxxx" MMC-nin QR 2695/2 saylı. 18 iyun 2020-ci il tarixli Qiymətləndirmə rəyinin, İddiaçı3 məxsus Siyəzən rayonu. Qara Siyəzən kəndində yerləşən Əmlak Kompleksinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin QR 2695/4 saylı, 18 iyun 2020-ci il tarixli Qiymətləndirmə rəyinin, İddiaçı1 məxsus Siyəzən rayonu. Siyəzən şəhərində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin 1/4 hissəsinin qiymətləndirilməsinə dair “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC-nin QR 2695/6 saylı. 18 iyun 2020-ci il tarixli Qiymətləndirmə rəyinin, İddiaçı3 məxsus Siyəzən rayonu, Zarat kəndindəki kənd təsərrüfat təyinatlı 0.199957 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin QR 2695/7 saylı, 18 iyun 2020-ci il tarixli Qiymətləndirmə rəyinin, İddiaçı2 məxsus Siyəzən rayonu, Zarat kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin QR 2695/8 saylı, 18 iyun 2020-ci il tarixli Qiymətləndirmə rəyinin, İddiaçı3 məxsus Siyəzən rayonu. Siyəzən şəhərində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin QR 2695/7 saylı, 18 iyun 2020-ci il tarixli Qiymətləndirmə rəyinin. İddiaçı3 icarəsində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binasının qiymətləndirilməsinə dair “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC-nin QR 2695/3 saylı, 18 iyun 2020-ci il tarixli Qiymətləndirmə rəyinin, İddiaçı1 məxsus Siyəzən şəhəri, Zarat kəndində yerləşən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/1 hissəsinin 1100 (bir min yüz) manata qiymətləndirilməsinə dair "xxxx" MMC-nin QR 2695/5 saylı, 18 iyun 2020-ci il tarixli Qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin, onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin: 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, iddia ərizəsi baxılmamış saxlanır. 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 268, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 olu, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı cavabdeh tərəfindən müstəqil tələb irlə sürməyən üçüncü şəxs Siyəzən rayon icra şöbəsi qeyd edilməklə qiymətləndirmə rəylərinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar