Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-217/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı «Azəriqaz» İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 6979,97 (altı min doqquz yüz yetmiş doqquz manat, doxsan yeddi qəpik) manat məbləğində dəymiş zərər və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə isə 7009.97 (yeddi min doqquz manat, doxsan yeddi qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 06.06.2016-ci il tarixində T/12657 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin fərdi yaşayış evinə “Azəriqaz” İB tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda qaz xəttinin üzərində, G-4 markalı, **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və Qazdan istifadə Qaydalarının 6.5 yarımbəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənər qanunsuz qaz xəttinə qoşularaq təbii qazı talamışdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə çəkilmiş qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla, onun təbii qazdan istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 28.01.2016-cı il tarixli, 090872 saylı akt əsasında 291,60 manat, 30.08.2016cı il tarixli, ******* saylı akt əsasında 122.4 manat, 21.10.2016-cı il tarixli ******* saylı akt əsasında 119.70 manat, 22.11.2016-cı il tarixli, ******* saylı akt əsasında 138.20 manat, 07.12.2016-cı il tarixli ******* saylı akt əsasında 64.80 manat, 10.01.2017-ci il tarixli ******* saylı akt əsasında 220.40 manat, 07.02.2017-ci il tarixli ******* saylı akt əsasında 181.60 manat, 28.03.2017-ci il tarixli, ******* nömrəli akt əsasında 317.60 manat, 19.04.2017-ci il tarixli ******* saylı akt əsasında 142.40 manat, 23.06.2017-ci il tarixli ******* saylı akt əsasında 123 manat, 20.07.2017-ci il tarixli ******* saylı akt əsasında 26 manat, 16.08.2017-ci il tarixli ******* saylı akt əsasında 26 manat, 11.09.2017-ci il tarixli ******* saylıa akt əsasında 25 manat, 24.10.2017-ci il tarixli ******* saylı akt əsasında 41.20 manat, 16.11.2017-ci il tarixli ******* saylı akt əsasında 22 manat, 25.12.2017-ci il tarixli ******* saylı akt əsasında 252.80 manat, 18.01.2018-ci il tarixli ******* saylı akt əsasında 733 manat, 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 208.40 manat, 13.03.2018-ci il tarixli ******* saylıakt əsasında 303.20 manat, 30.04.2018-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, 31.05.2018-ci il tarixli ******* saylı akt əsasında 28.80 manat, 29.06.2018-ci il tarixli ******* nömrəli akt əsasında 115.20 manat, 31.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 133.20 manat, 29.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, 26.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115.20 manat, 31.10.2018ci il tarixli ******* saylı akt əsasında 57.60 manat, 30.11.2018-ci il tarixli ******* nömrəli akt əsasında 57.60 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 266.40 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 97.20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 28.06.2019cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 29.11.2019-cu il tarixli ******* sasylı akt əsasında 100.80 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 05.03.2020-ci il tarixli. ******* saylı akt əsasında 42 manat, 30.05.2020-ci il tarixli ******* saylı akt əsasında 735.60 manat, cəmi 6653.30 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarda qeyd olulanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş, dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 103.9 manat əvvəlki illərdən isə 222.77 manat borcu qalmışdır. Cavabdehin “Azəriqaz” İByə ödəməli borc məbləği hazırda saldo üzrə ümumi 6979.97 manat təşkil edir. “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən cavabdehə 6979.97 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim edərək bildirdi ki, o, X4 01.09.2006-cı il tarixdən ünvan 1 ünvanında faktiki olaraq yaşayır və 01.02.2008-ci il tarixdən həmin ünvanda pasport qeydiyyatındadır. Hələ 1997-ci ildə cavabdehin atası, Əlibala Haşim oğlunun adına «Azəriqaz» İstehsalat Birliyi ünvan 2 ünvanında mexaniki sayğac quraşdırmışdır. Onun atası, Əlibala Haşim oğlu 2002ci ildə vəfat etmişdir. X1 varisi olmadığı səbəbindən 01.09.2006-cı il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi, döngə 1, ev 4 ünvanından çıxaraq qardaşı Haşimov Cəfərə məxsus evə köçür və atası, Əlibala Haşim oğluna məxsus əmlakı 2007-ci ildə satır. Lakin, 1997-ci ildə cavabdehin atası, Əlibala Haşim oğlunun adına «Azəriqaz» İstehsalat Birliyi ünvan 2 ünvanında quraşdırılmış mexaniki sayğac Əlibala Haşim oğlunun adında qalır. 06.06.2010-cu il tarixdə cavabdeh X4 ünvan 2 ünvanında yaşamadığı və qeydiyyatda olmadığı halda onun adına **********0000 li abonent kodu rəsmiləşdirilmişdir. Cavabdeh X1 01.02.2008-ci il tarixdən qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanda «Azəriqaz» sayğac quraşdırmış və cavabdehin qardaşı X7 adına **********0000 Ne li abonent kodu vermişdir. Cavabdeh X4 ünvan 2 ünvanında yerləşən evi satdıqda kommunal xidmətlərə borcu olmamışdır. Lakin, həmin ünvanda yaşayan vətəndaşların qanunsuz hərəkətləri nəticəsində hal-hazırda cavabdehin mərhum atası Əlibala Haşim oğlunun adına "xxxx" ASC tərəfindən verilmiş **********101x4 Ne li kod üzrə 5829.82 manat borc yaranmışdır. Cavabdeh X4 ilə «Azəriqaz» İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» heç bir müqavilə bağlanmamışdır və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqındä’ cavabdehə heç bir akt təqdim edilməmiş və onun tərəfindən heç bir sənəd imzalanmamışdır. Cavabdeh X4 **********0000 li abonent kodunun ona verilməsinə dair heç bir müraciəti olmamış və iddiaçı «Azəriqaz» İB-nə qarşı bu barədə heç bir rəsmi tələbi olmamışdır. 06.06.2010-cu il tarixdə **********0000 abonent kodunun cavabdehin adına hansı əsaslarla rəsmiləşdirilməsi sual doğurur. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini və qaz xəttlərini yoxlamaq məqsədi ilə 01.02.2018-ci il tarixdən başlayaraq "Azəriqaz" İstehsalat Birliyi tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən 17.08.2018-ci il tarixdə iddiaçı, «Azəriqaz» İB tərəfindən qaz sayğacına 9 ildən sonra (sayğacın istismar müddəti 5 ildir) baxış keçirilmişdir. Cavabdeh X1 iştirakı olmadan qaz sayğacı çıxarılmış və sayğacın istismar müddəti bitdiyi üçün yeni İTRON tipli, G-4 markalı, 1602AQ**********4 li sayğacla əvəz edilmiş, plomb vurulmuş və "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” AKT tərtib edilmişdir. Lakin, AKT cavabdehə təqdim edilməmişdir. Yeni sayğac quraşdırılarkən 28.01.2016-cı il tarixdən başlayaraq, 29.08.2018- ci il tarixə qədər 24 ədəd, 26.09.2018-ci il tarixdən davam edərək 30.05.2020ci il tarixə qədər 19 ədəd akt tərtib edilmiş və abonent tərəfindən imzalanmamış AKTlar barədə X2 heç bir məlumat verilməmişdir. Cavabdeh X4 tərəfindən əlavə xəttə qoşulması mümkün deyildir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh ünvan 2 ünvanında yaşamır, həmin ünvanda heç bir əmlakı yoxdur və 2008-ci ildən etibarən həmin ünvana dair kommunal xərcləri o ödəmir. Həmin ünvanda yerləşən qaz xəttinə edilmiş müdaxilə (əgər belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) cavabdeh X4 tərəfindən edilməsi belə aşkarlanmamışdır. Digər tərəfdən küçədəki qaz xəttinə abonent nəzarət etmir və qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı, "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Ümumiyyətlə nə cavabdeh X1, nə də ki, ailə üzvlərinin həmin AKTlardan xəbərləri olmayıb. Təqdim edilmiş foto-şəkillər isə cavabdeh X1 hal-hazırda yaşadığı ünvana aid deyildir. İddiaçı, "Azəriqaz" İstehsalat Birliyinin tərtib etdiyi qeyri-qanuni AKTlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. «Azəriqaz» İstehsalat Birliyi qaz xəttinə və ya sayğaca, məhz cavabdeh X4 tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Cavabdeh X1 imzası olmayan tərtib edilmiş AKTlar isə qaz xəttinə və ya sayğaca müdaxilənin məhz onun tərəfindən edildiyini təsdiq etmir. təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda əsas qaz kəmərində qaynaq izləri qalır. Bu səbəbdən hər iki ünvana yerində məhkəmə baxışı keçirilməsi zərurəti yaranır. Qeyri-qanuni tərtib edilmiş AKTlar əsasında cavabdeh X1 hesab koduna [hələ məlum deyil ki, **********0000 li abonent kodu cavabdehin adma hansı əsaslarla rəsmiəşdirilmişdir) əsassız olaraq 6979.97 manat borc yazılmışdır. Halbuki, X4 tərəfindən "Azəriqaz"İB-nin balansında olan küçə qaz xəttinə özbaşına qoşulma hallarına yol verilməmişdir. Fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına, işçi vəziyyətdə saxlanılmasına və qaz kəmərlərinin təhlükəsizliyinə görə qaz paylayıcısı cavabdehlik daşıyır. Eyni zamanda Qanunvericilikdə qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi, quraşdırılması və qaz kəmərlərnə nəzarət edilməsi qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə cavabdeh tərəfindən qaz sayğacına, küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin heç bir sübutu yoxdur və imzasız, qeyri-qanuni tərtib etdikləri AKTları sadalamaqla dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsini xahiş edir. İmzasız və əsassız tərtib edilmiş AKTlar isə 2008-ci ilə qədər cavabdehə məxsus fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktının sübut edilməsi demək deyildir. Cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun artıq həmin ünvanda yaşamamasına dəlalət edir. Lakin, uzun müddət kənar xətdən istifadə edilməsinə görə şəraitin yaradılmasına iddiaçı «Azəriqaz» İB məsuliyyət daşıyır. İddiaçı «Azəriqaz» İB üzərinə düşən vəzifələri icra etmədən, öz imkahlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq abonentə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla hər ay AKT tərtib edib məhkəmədə iddia qaldırır. Abonentin kənar xətdən istifadə etməsi onun məsuliyyətini aradan qaldırmır. «Azəriqaz» İB vurulmuş ziyanı SOKAR-ın Şurasının 14.03.2011-ci il tarixli, 11 li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən hesablanmışdır. Ümumiyyətlə bu hesablanma qanuni olmadığı üçün qəbul edilməməlidir. İddiaçı «Azəriqaz» İB-nin cavabdeh X2 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsinə və «Azəriqaz» İB tərəfindən heç bir əsası olmayan 28.01.2016-cı il tarixdən başlayaraq 30.05.2020-ci il tarixə qədər 43 ədəd tərtib edilmiş müvafiq AKTların ləğv edilməsinə, qeyri-qanuni hesablanmış 6979.97 manat məbləğin hesab kodundan silinməsinə və **********0000 li abonent kodunun cavabdeh X1 adından çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «Azəriqaz» İstehsalat Birliyi ilə cavabdeh X15 arasında bağlanmış 06.06.2016-cı il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, **********10000 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində 6979.97 manat məbləğində borc hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında “Azəriqaz” İB tərəfindən aktlar tərtib edilmiş, 28.01.2016-cı il tarixli, 090872 saylı akt əsasında 291,60 manat, 30.08.2016-cı il tarixli, ******* saylı akt əsasında 122.4 manat, 21.10.2016-cı il tarixli ******* saylı akt əsasında 119.70 manat, 22.11.2016-cı il tarixli, ******* saylı akt əsasında 138.20 manat, 07.12.2016-cı il tarixli ******* saylı akt əsasında 64.80 manat, 10.01.2017-ci il tarixli ******* saylı akt əsasında 220.40 manat, 07.02.2017-ci il tarixli ******* saylı akt əsasında 181.60 manat, 28.03.2017-ci il tarixli, ******* nömrəli akt əsasında 317.60 manat, 19.04.2017-ci il tarixli ******* saylı akt əsasında 142.40 manat, 23.06.2017-ci il tarixli ******* saylı akt əsasında 123 manat, 20.07.2017-ci il tarixli ******* saylı akt əsasında 26 manat, 16.08.2017-ci il tarixli ******* saylı akt əsasında 26 manat, 11.09.2017-ci il tarixli ******* saylıa akt əsasında 25 manat, 24.10.2017-ci il tarixli ******* saylı akt əsasında 41.20 manat, 16.11.2017-ci il tarixli ******* saylı akt əsasında 22 manat, 25.12.2017-ci il tarixli ******* saylı akt əsasında 252.80 manat, 18.01.2018-ci il tarixli ******* saylı akt əsasında 733 manat, 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 208.40 manat, 13.03.2018-ci il tarixli ******* saylıakt əsasında 303.20 manat, 30.04.2018-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, 31.05.2018-ci il tarixli ******* saylı akt əsasında 28.80 manat, 29.06.2018-ci il tarixli ******* nömrəli akt əsasında 115.20 manat, 31.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 133.20 manat, 29.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, 26.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115.20 manat, 31.10.2018ci il tarixli ******* saylı akt əsasında 57.60 manat, 30.11.2018-ci il tarixli ******* nömrəli akt əsasında 57.60 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 266.40 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 97.20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 28.06.2019cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 29.11.2019-cu il tarixli ******* sasylı akt əsasında 100.80 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 05.03.2020-ci il tarixli. ******* saylı akt əsasında 42 manat, 30.05.2020-ci il tarixli ******* saylı akt əsasında 735.60 manat, cəmi 6653.30 manat dəymiş zərər hesablanmış, aktlar Cavabdeh adına tərtib edilmişdir. - 31.10.2020-ci il tarixli saldodan görünür ki, smart sayğaclı abonentin Gasrep üzrə borcu 2337.47 manat təşkil edir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsinin 3142 nömrəli, 30.08.2021-ci il tarixli arayışına əsasən X5 2008-ci il tarixədək Maştağa qəsəbəsi S.İbad Ağa küçəsi döngə1 , ev 4 ünvanında yaşamış 2008-ci il tarixindən hal –hazırkı tarixədək isə Maştağa qəsəbəsi ünvan 4 ünvanında yaşayır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 16.12.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, X5 2008-ci il tarixindən ünvan 5 ünvanında pasport qeydiyyatındadır. - X21, X16, X17 30.08.2021-ci il tarixində notarial qaydada ərizə verərək qeyd etmişdirlər ki, Cavabdeh ailə üzvləri ilə birlikdə 2008-ci il tarixədə Bakı şəhəri, Maştağa qəsəbəsi, X30 küçəsi, döngə 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evində yaşamışlar. 2008-ci il tarixdən hal-hazırkı tarixədək isə göstərilən ünvanda yaşamamışdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki işin matriallarına əlavə edilmiş Bakı şəhəri, Maştağa qəsəbəsi X30 küçəsi döngə 1 ev 4 A ünvanına 06.06.2016-cı il tarixli T/12657 saylı “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilədən görünür ki, sözügedən müqavilə Azəriqaz» İstehsalat Birliyi ilə X10 arasında bağlanmış, sözügedən müqavilə məhz X10 tərəfindən imzalanmışdır. Bundan başqa mülki işin matriallarına əlavə edilmiş arayışlardan da görünür ki, Cavabdeh Bakı şəhəri, Maştağa qəsəbəsi X30 küçüəsi döngə 1 ev 4 A ünvanında 2008-ci ilədək yaşamış, məhz həmin tarixdən sonra yaşayış yerini və qeydiyyat yerini dəyişməsinə, o cümlədən Bakı şəhəri, Maştağa qəsəbəsi X30 küçüəsi döngə 1 ev 4 A ünvanına qazın alqı-satqı müqaviləsi X18 tərəfindən bağlanmasına baxmayaraq Azəriqaz İB-nin təqsiri üzündən **********1000 saylı abonentinin adında dəyişiklik edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «Azəriqaz» İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-217/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-217/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver