Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2197/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan 1944 manat borcun silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan 1944 manat borcun silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, qaz sayğacında olan nasazlıq onun müdaxiləsi və ya səhvi ucbatından baş verməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 isə iddianı etiraf etmədi və izahatında bildirdi ki, sayğaca müdaxilə olunsa da, bunun kim tərəfindən edildiyini bilmir, lakin sayğacın toxunulmazlığına məsuliyyəti iddiaçı daşıyır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində fərdi yaşayış evində yaşayır. Həmin ev üzrə istehlakçının **********20000 nömrəli hesab kodu X2 adına açılmış və 1202AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdehin işçiləri tərəfindən xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib edilmişdir. Aktda göstərilmişdir ki, Balaxanı N.Bəşir ünvanında istehlakçı X2 adına olan 1202AQ**********7 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. Cavabdeh tərəfindən X3 qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub.m/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə cəmi 9720 kub.m itirilmiş qaz hesablanmışdır. İddiaçı adına olan abonentin saldosunda onun akt üzrə xx.xx.2018-ci il tarixə 9720 kub.m qaza görə borcunun 1944 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan, xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı N.Bəşir ünvanında istehlakçı X3 məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, 1202AQ**********7 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. İşdə olan, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli sənəddən görünür ki, X3 qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub.m/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə cəmi 9720 kub.m itirilmiş qaz hesablanmışdır. İddiaçı adına olan "Abonentin saldosu"ndan görünür ki, onun akt üzrə xx.xx.2018-ci il tarixə 9720 kub.m qaza görə borcu 1944 manat təşkil edir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın tələbinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3-cü bənd). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4-cü bənd). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1ci bənd). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5 - 6.7-ci bəndlər). Həmin Qaydaların 4.8-ci bəndində deyilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşdən görünür ki, xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" sayğacın çıxış plastmas borusunun deşilməsi ilə bağlı tərtib edilmiş və 1944 manat məbləğində borc həmin akt əsasında hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacın işlək vəziyyətdə olmamasının müəyyən edilməsi halı mübahisəsiz olsa da, sayğaca məhz İddiaçı, yaxud X5 tərəfindən müdaxilə olunmasını təsdiq edən heç bir sübut yoxdur, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında iddiaçıya 1944 manat borcun hesablanması qanunsuz olmuşdur. Ona görə də iddia təmin edilərək həmin borc silinməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən zərər kimi İddiaçı hesablanmış 1944 manat məbləğində borc silinsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-2197/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2197/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver