Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-221/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Səbail rayon İcra və Probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi və "xxxx" ASC 3-cü şəxs qismində cəlb edilməklə «qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Səbail rayon İcra və Probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi və "xxxx" ASC 3-cü şəxs qismində cəlb edilməklə Səbail rayon Məhkəməsinin 2(009)-1425/2018 №-li, 07.05.2018ci il tarixli icra sənədinə və Səbail rayon Məhkəməsinin 8(009)-241/2019 saylı, 28.08.2019-cu il tarixli Qərardadına əsasən üzərinə həbs qoyularaq tələbin yönəldildiyi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 28/31 və 29/30 saylı mənzillərin qiymətləndirilməsinə dair Cavabdeh MMC tərəfindən tərtib olunmuş QXM 2654 saylı, 15.10.2020-ci il tarixli Qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahih etmişdir. İddiaçı tələbini onunla əsasnadırmışdır ki, Səbail rayon Məhkəməsinin 2(009)- 1425/2018 saylı, 07.05.2018-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı təxminən 2.7 milyon manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra icraatı prosesində icra məmurunun təqdimatına əsasən Səbail rayon Məhkəməsinin 8(009)-241/2019 saylı, 28.08.2019-cu il tarixli Qərardadına əsasən borcluya məxsus ünvan 2 ünvanında yerləşən 17,18, 28/21, 29/30 nömrəli mənzillərin və digər əmlakların üzərinə həbs qoyulmuşdur. Adıçəkilən icra sənədlərinə ünvan 1 ünvanında yerləşən 28/31 və 29/30 saylı mənzillərin qiymətləndirilməsi üçün cavabdeh "Qiymətləndirmə Xidmət Mərkəzi” MMC-dən ekspert dəvət edilmişdir. Cavabdeh MMC tərəfindən naməlum şəraitdə, formal əsaslarla, qeyri- peşəkarlıqla, iştirakımız və xəbərimiz olmadan aparılmış qiymətləndirmə nəticəsində 28/31 və 29/30 saylı mənzillərin qiymətləndirilməsinə dair sonuncu tərəfindən 15.10.2020-ci il tarixli QR-2654 saylı qiymətləndirmə rəyi tərtib olunmuş və həmin qiymətləndirmə rəyinə əsasən sözügedən əmlakların bazar qiyməti analoji qaydada müvafiq olaraq 15.10.2020-ci il tarixə 28/31 saylı mənzil üçün bazar dəyəri 413000.00 manat, 29/30 saylı mənzil üçün bazar dəyəri 212000.00 manat müəyyən edilmişdir. Həmin qiymətləndirmə rəyi qiymətləndirmə standartlarına, qiymətləndirmə prosesinə dair normativlərə, müvafiq qanunvericilik massivinin tələblərinə, maddi və prosessual hüquq normalarının pozulması ilə tərtib olunduğundan ləğv edilməlidir. Belə ki, qiymətləndirmə rəyinin məzmunundan göründüyü kimi, rəy formal şablon və standart trafaret əsasında tərtib olunmuş, qiymətləndirici daşınmaz əmlakları qiymətləndirərərkən səthi təhlillə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, rəy əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Rəyin özündə etiraf olunduğu kimi əmlaklar fatiki olaraq deyil, analoji qaydada qiymətləndirilmişdir. Eyni zamanda Cavabdeh MMC-nin mübahisəli qiymətləndirmə rəyi tərtib olunarkən AR Nazirlər Kabinetinin "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında" 6 saylı, 04 yanvar 2001 -ci il tarixli qərarının 2.1 -ci maddəsində göstərilmiş malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən istifadə edilməli olan məlumat mənbələrindən heç birindən istifadə edilməmişdir. Qiymətləndirmə rəyində qiymətləndirici müvafiq daşınmaz əmlaklara dair zəruri bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən daşınmaz əmlakların dəyərinə təsir edən bütün amillər müəyyən edilməmiş, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün analoji daşınmaz əmlakların bazar dəyəri təhlil edilməmiş, müvafiq əmlakların müqayisəli təhlili aparılmamış, əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün mülkiyyətçidən müsahibə almamış və daşınmaz əmlakın cari dövrdəki dəyəri də qeyri-obyektiv təyin edilmişdir. Həmin əmlakın qiymətləndirici tərəfindən hansı vaxtda, hansı şəraitdə, kim tərəfindən və kimin iştirakı ilə qiymətləndirilməsi məlum deyil. Halhazırda tələbin yönəldildiyi sözügedən mənzillərin real bazar qiyməti müəyyən edilmiş qiymətdən xeyli yüksəkdir. Belə ki, digər qiymətləndirici şirkət "xxxx" MMC-nin 219 saylı, 2020 saylı rəylərinə əsasən müvafiq olaraq 29/30 saylı mənzilin bazar qiyməti 600 000 manat, 28/31 saylı mənzilin bazar qiyməti isə 800 000 manat müəyyən edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələlərinə baxmayaraq Cavabdeh MMC, Səbail rayon İcra və Probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adıçəkilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 izahat verərək qeyd etdi ki, qiymətləndirmə tam obyektiv həyata keçirilib, hazırki iddia yalnız icra prosesinə maneçilik törətmək məqsədilə verilib. Hesab edir ki, iddia rədd rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarının araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Cavabdeh MMC 22.02.2017-ci il tarixdə ********** №-li VÖEN-lə dövlət qeydiyyatın alınmışdır. Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-1425/2018 saylı, 07.05.2018-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı təxminən 2.7 milyon manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyrinə tutulması nəzərdə tutulmuşdur. Bakı şəhər Səbail rayon icra şöbəsi tərəfindən 19.03.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu İddiaçı tələbin könüllü icrası haqqında eyni tarixli bildiriş göndərilmiş, 18.02.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən digər mənzillərlə yanaşı, 28/31 və 29/30 saylı mənzillərin qiymətləndirilməsini "Qiymətləndirmə Xidmət Mərkəzi” MMC-yə sifariş göndərmişdir. Cavabdeh MMC tərəfindən 28/31 və 29/30 saylı mənzillərin qiymətləndirilməsinə dair 15.10.2020-ci il tarixli QR-2654 saylı qiymətləndirmə rəyi tərtib olunmuş və həmin qiymətləndirmə rəyinə əsasən 15.10.2020-ci il tarixə 28/31 saylı mənzilin bazar dəyəri 413000.00 manat, 29/30 saylı mənzilin bazar dəyəri 212000.00 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə müraciətinə əsasən "xxxx" MMC tərəfindən əmlaklar qiymətləndirilmiş, "xxxx" MMC-nin rəylərinə əsasən 29/30 saylı mənzilin bazar qiyməti 600 000 manat, 28/31 saylı mənzilin bazar qiyməti isə 800 000 manat müəyyən edilmişdir. Məhkəmə qərardadı əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və əmlakların qiymətlənidirilməsi üçün iş "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-dən daxil olan 15.02.2022-ci il tarixli Hesabatlara əsasən 28/31 №-li mənzilinn bazar qiyməti 435000 manat, 29/30 saylı mənzilin bazar qiyməti 240000 manat müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən müəyyən edilən qiymətlərlə razı olmadığından rəyin ləğv edilməsini istəyir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri -aqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin oazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qeyd edildiyi kimi, cavabdeh tərfindən əmlakların ədyəri aşağıdakı qaydada müəyyən edilmişdir: 28/31 saylı mənzil 413000.00 manat; 29/30 saylı mənzil 212000.00 manat. "xxxx" MMC tərəfindən aşağıdakı qaydada: 28/31 saylı mənzil 435000.00 manat; 29/30 saylı mənzil 240000.00 manat. "xxxx" MMC tərəfindən aşağıdakı qaydada: 28/31 saylı mənzil 800 000 manat; 29/30 saylı mənzil 600 000 manat. Göründüyü kimi, cavabdeh Cavabdeh MMC və "xxxx" MMC tərəfindən müəyyən edilən qiymətlərin arasında cüzi fərq var, "xxxx" MMC tərəfindən müəyyən edilən qiymətlər kəskin dərəcədə fərqlənir. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən qiymətlər iddiaçının sifarişi əsasında aparıldığından subyektiv xarakter daşıyır və bu səbəbdən həmin qiymətlər əsas götürülə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə məhkəmənin təşəbbüsü ilə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 150 manatı iddiaçı İddiaçı, 150 manatı isə cavabdeh Cavabdeh MMC-dən tutularaq "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 150 manatı iddiaçı İddiaçı, 150 manatı isə cavabdeh Cavabdeh MMC-dən tutularaq "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, H/h: AZ61AİİB********************, "xxxx" ASCnin Nərimanov filialı, M/H: AZ37NABZ********************, Kod:200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-221/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-221/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver