Məhkəmə qərarları › İş №2(008)-2212/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(008)-2212/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2212/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı İddiaçı oğlunun Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılmasına dair məsələyə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı 30.11.2018-ci il tarixli akta əsasən **********00570 saylı abonent İddiaçı oğluna qanunsuz olaraq hesablanmış 486 manat borcun silinməsi silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehndən 486 manat əsassız hesablanmış borcun silinməsi və əlavə olaraq borca tutulmuş 50,99 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2212/2021 saylı iş üzrə qəbul etdiyi 27.04.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı 30.11.2018-ci il tarixli akta əsasən **********00570 saylı abonent İddiaçı hesablanmış 486 manat məbləğində borcun silinməsi qət edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə iş üzrə əlavə qətnamənin çıxarılması barədə məsələyə baxılmasını zəruri hesab etmişdir. İşdə iştirak edən şəxslər əlavə qətnamə çıxarılmasına dair ərizəyə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işdə iştirak şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.2-ci maddəsinə əsasən hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə əlavə qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı və nəticə hissələrində iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsinin borca tutulmuş 50,99 manat pulun cavabdehdən tutulması hissəinə qiymət verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tələb olunan borcun tutulmasına yönəlmiş 50,99 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan saldodan görünür ki, Cavabdeh tərəfindən hesablanmış 486 manat məbləğində borcdan 50,94 manatı əsassız olaraq borcun tutulmasına yönəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2212/2021 saylı iş üzrə qəbul etdiyi 27.04.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdehndən 50,99 manat pul tutularaq İddiaçı oğluna verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 229 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2212/2021 saylı iş üzrə qəbul etdiyi 27.04.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdehndən 50,99 manat pul tutularaq İddiaçı oğluna verilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar