Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2226/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Müşfiq oğlunun iştirak ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Müşfiq oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müşfiq oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 Müşfiq oğlundan BMV 36 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına görə ilkin olaraq ödədiyi 2100 manat, atomobilin birinci ayının krediti kimi ödədiyi 350 manat, dövlət rüsumu kimi ödənilmiş 44.5 manat, cəmi isə 2494.5 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər X3 və Cavabdeh2 Müşfiq oğlunu Turbo.az saytında BMV 36 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb, bəyəndikdən sonra 2021-ci İlin iyul ayında görüşdükdən sonra tanımışdır. Belə ki, o, həmin avtomobili almaq üçün cavabdehlərlə Qaraçuxur qəsəbəsində avtomobil təmiri emalatxanasında görüşmüş, bundan sonra o, onlara 2100 manat pul ödəmişdir, 9 ay müddətində isə hər ay 350 manat ödəməklə maşının alqı-satqısı barədə razılığa gəlmişdirlər. Bundan sonra, cavabdeh tərəf ona, avtomobilin idarə olunması üçün etibarnamə vermişdir. O, avtomobilin birinci ayının 350 manat ödənişini Müşfiq Abbasova yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Y/S, döngə 18, ev 5-in qarşısında olan avtomobil təmir emalatxanasında 20 avqust 2021-ci il tarixdə ödəmişdir. BMV 36 markalı, 47-BD-45S dövlet qeydiyyat nişanlı avtomobili Suraxanı rayonu Hovsan qəsəbəsində idarə edərkən avtomobilin birinci sahibi onu saxlamış və ona Müşfiq Abbasov tərəfindən verilmiş etibarnaməni ləğv etdirdiyini bildirmiş, avtomobili əlindən almışdır. Bundan sonra o, cavabdehlərə müraciət edib, avtomobilə görə ödədiyini pulun qaytanimasmı tələb etmişdir, ancaq onlar pulu qaytarmamışdır. O, məcbur olub əvvəlcə Suraxanı rayon Pois idarəsinin 32-ci Polis Şöbəsinə müraciət etmiş, ancaq buradan ona bildirdilər ki, pulun verildiyi yer 32-ci Polis Bölməsinin ərazisinə düşdüyündən ora müraciət etsin. Bundan sonra o, məcbur olub. Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etmişdir, burada araşdırılma apanldıqdan sonra 32-ci PB-i özünün 24 dekabr 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasım rədd edilmişdir. Adı çəkilən qərarda cavabdehlər qeyd oluna avtomobilə görə ondan ilkin ödəniş kimi 2100 manat və birinci ayın isə kredit ödənişi kimi 350 manat pulunu aldıqlarını etiraf etmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Müşfiq oğlu izahatında bildirmişdir ki, onlar həqiqətəndə İddiaçı 2100 məbləğində manat bir, 350 manat isə bir pul almışlar, lakin onların qeyd edilən pulu avtomobilin alqı-satqısı üçün almışlar. Belə ki, onlar özləridə qeyd edilən avtomobili avtomobilin mülkiyyətçisindən 2100 manat ilkin ödəniş verərək almışlar, lakin sonra pulu ödəyə bilmədikləri üçün, avtomobili satmaq qərarı gəlmişlər. Beləki, o ilkin olaraq götürmüş olduğu 2100 manat pul onun öz puludur. Hansı ki, qeyd edilən avtomobilin ilkin ödənişi üçün onun mülkiyyətçisənə ödəmiş oladuğu puldur. 9 ay 350 manat pul isə onlara deyil məhz onların vaistəsi ilə mülkiyyətçiyə çatdırılmalı olan pul idi. Lakin iddiaçı tərəf pulun ödənişini ilk aydan geçdirdiyi üçün mülkiyyətçi etibarnaməni ləğv etmişdir. İddiaçının qeyd edilən pulu ondan deyildə avtomobilin mülkiyyətçisindən tələb etməlidir. Eyni zamnada bildirdi ki, nə onun özü ilə avtomobilin mülkiyyətçisi arasında alqısatqı müqaviləsi olmuş, nədə ki iddiaçı ilə onun arasında. Avtomobilin alqı-satqısı yalnız etibarnamə əsasında həyata keçirmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Cavabdeh2 Müşfiq oğlunun izahatına uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi vətəndaş Nümayəndə bildirilmişdir. Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Nümayəndə Tofiq qızı izahatında qeyd etmişdir ki, 2021-ci ilin iyul ayında oğlu İddiaçı avtomobil almaq üçün Turbo.az saytında BMV 36 markalı, **-BD-*** d.q.n avtomobili görüb bəyənmiş və elanda olan mobil telefonla İddiaçı əlaqə saxlamış və özünü Ələddin kimi təqdim edən şəxs avtomobil Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Şərq Y/S, döngə 18, ev 5-də olan avtomobil təmiri emalatxanasında olmasını bildirmişdir. Vətəndaş İddiaçı avtomobilə baxıb bəyənmiş, səhəri günü anası Nümayəndə, dostu Elnur Məmmədov və Cəbrayıl Cəbrayılovla birlikdə avtomobili alması üçün Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Şərq Y/S, döngə 18, ev 5də avtomobil təmiri emalatxanasına gəlmişlər, avtomobili satan Ələddin adlı şəxs və onun atası X4 avtomobili ilkin olaraq 2100 manat pul ödəməsi və 9 ay müddətində hər ay 350 manat pul ödəmək şərti ilə öz aralarında kredit razılaşması yolu ilə Cavabdeh2 və atası Müşfiq Abbasov avtomobili İddiaçı satmışdırlar. İddiaçı avtomobilin birinci aylıq ödənişini Müşfiq Abbasova yaşadığı Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Şərq Y/S, döngə 18, ev 5-in qarşısında olan avtomobil təmiri emalatxanasında 20 avqust 2021-ci il tarixdə ödəmişdir. İddiaçı İdarə etdiyi BMV 36 markalı, **-BD-*** d.q.n avtomobili Suraxanı rayonu Hövsan qəsəbəsində idarə edən zamanı avtomobilin birinci sahibi tərəfindən ona Müşfiq Abbasovun vermiş olduğu mülki etibarnamə ləğv edilərək avtomobil geri alınmışdır. Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda X4 izahatında qeyd etmişdir ki, o BMW 36 markalı, **-BD-*** d.q.n avtomobili Cəlilabad şəhərində yaşayan Elmir adlı şəxsdən ilkin olaraq 2200 manat ödəmək şərti ilə 12 ay ərzində 350 manat ödəməsi müqabilində mülki etibarnamə əsasında alması və sonra avtomobili oğlu Cavabdeh2 Müşfiq oğlu tərəfindən “Turbo.az” saytına yerləşdirmiş və avtomobili İddiaçı Cavid oğluna bəyənərək avtomobilə baxması üçün Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Şərq Y/S, döngə 18, ev 5-in qarşısında olan özünə məxsus avtomobil emalatxanasında baxaraq səhəri üçün Cəbrayıl və anası ilə birlikdə avtomobilə ilkin olaraq 2100 manat ödəyərək 9 ay ərzində 350 manat ödəməsi müqabilində avtomobili İddiaçı satmasını bildirmişdir. O, BMW 36 markalı, **-BD- *** d.q.n avtomobili İddiaçı ilkin olaraq 2100 manata ödəməklə 9 ay ərzində 350 manat ödəmək yolu ilə İddiaçı satmasını və Abbasov Cəbrayılovun vasitəsi ilə tanıdığı İddiaçı 2450 manat pulun almasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmət göstərməli, iş görməli və sair və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 650-ci maddəsinə uyğun olaraq, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı zamanı alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə ilk növbədə tərəflərin diqqətinə çatdıraraq qeyd edir ki, iddiaçı ilə cavabdeh nə qədər də onlar arasında avtomobilin alqı-satqı müqaviləsi ilə bağlı müqavilə münasibətləri yaranmış olduğunu qeyd etsə də, məhkəmə hesab edir ki, tərəflər arasında hər hansı bir müqavilə münasibətləri olmamışdır. Beləki, tərəflər arasında avtomobilin alqısatqı müqaviləsi notarial qaydada bağlanmalı olmalı, daşınar əşyalalrın resmi reystrində qeydiyyata alınmalı olduğu halda, tərəflərin qanunvericiliyin qeyd edilən imperaiv göstərişinə əməl etməmiş, avtomobilin idarə edilməsi hüququnu verən yalnız etibarnmə verilmişdir. Etibarnamələr isə hüquqmüəyyənedici sənd hesab edilə bilməz, yalnız etibar edənin etibar edilənə özünə məxsus hüquqlarını həyata keçirmək üçün vermiş olduğu qanunla qadağan edilməmiş səlahiyyətləridir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin avtomobilin satışı adı altında iddiaçıdan pul almağa əsas verən müqavilə münasibətləri olmadığından tərəflər arasında münasibətlərə əsasız varlanmanın müddaları təltbiq edilməlidir. Məhkəmə iclası zamanı tərəflərin vermiş olduğu izahatından da məlum olur ki, iddiaçı avtomobil almaq məsədi ilə cavabdehələrə 2100 manat məbləğində bir ilkin ödəniş, 350 manat məbləğində isə bir pul vermiş olduğundan, qeyd edilən pul məbləği cavabdehərdən birgə tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müşfiq oğlundan birgə qaydada 2450 (iki min dörd yüz əlli ) manat məbləğində pul və 44.5 (qırx dört manat, əlli qəpik) dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müşfiq oğlundan birgə qaydada 2450 (iki min dörd yüz əlli ) manat məbləğində pul və 44.5 (qırx dört manat, əlli qəpik) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2226/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2226/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver