Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2233/2022 16.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə İddiaçı İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən hesablanmış qeyri-qanuni 1220.40 manat məbləğin onun hesab kodundan silinməsi, qeyri-qanuni borca görə tutulmuş 198,46 manatın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. Faktiki olaraq Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 ünvanda vaşayır. xx.xx.2012ci il tarixdə Cavabdeh İB tərəfindən həmin ünvana abonentin (X5) iştirakı ilə küçədə G-4 itron-smar tipli, 1202AQ**********1 №- li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana **********00000 №-li abonent kodu verilmiş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" AKT tərtib edilməmiş və İddiaçı ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2012-ci il tarixdə sayğac quraşdırıldıqdan 12 gün sonra İddiaçı hesab koduna 81.20 manat qeyri-qanuni borc yazılmışdır. xx.xx.2015-ci il tarixdə iddiaçının atası X5 vəfat edib. 2015-ci il tarixə qədər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə təbii qazın fasilələrlə verilməsi, hətta verilməməsi səbəbindən qəsəbə sakinləri arasında narazılıqlar yaranmış və ödənişlər mütəmadi olmamışdır. Bu səbəbdən Cavabdeh İB tərəfindən külli miqdarda cərimə Aktları tərtib edilmiş və şişirdilmiş borclar yaranmışdı. xx.xx.2015-ci ildə "Nardaran hadisələri”ndən sonra kənd sakinlərinin qaza görə "Azəriqaz" İB-nə olan borcları Azərbaycan Respublikasının Prezidenti tərəfindən silinmişdir. xx.xx.2016-cı il tarixdən Nardaran qəsəbəsində yenidən qaz sayğacları quraşdırılıb. "Azəriqaz" İB İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 ünvana abonentin iştirakı ilə yeni İTRON tipli, G-4 elektron markalı,1402AZ**********33 №li sayğac quraşdırmış, 10045379 №-li plomb vurmuş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" AKT tərtib edilməmiş və İddiaçı ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan İddiaçı iştirakı ilə həmin ünvanında quraşdırılmış 1402AZ**********33 №-li qaz sayğacına baxış keçirilmiş, heç bir nöqsan aşkar edilməmiş və yenədə heç bir Akt tərtib edilməmişdir. xx.xx.2012-cı il tarixdə G-4 İtron-smar tipli 1402AZ**********33 №li sayğacın istismar müddəti bitdiyindən əvəz etmə adı ilə yeni tipli STS**********303 №-li sayğacla əvəz edilmiş, 17661136 №-li plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" ******* №-li AKT tərtib edilmiş və yeni akt İddiaçı təqdim edilmişdir. Lakin, yeni kart aktiv olmadığından təbii qaz sərfiyyatına görə yaranmış borcun ödənilməsini ödənilməsini tələb edirlər. İddiaçının qaz sərfiyyatına görə borcu yoxdur. Belə ki, iddiaçı 2012-ci ildən 2022-ci ilədək 12823 m3 qaz sərfiyyatına görə 1771 manat ödəniş etmiş və məlum olmayan borca görə 198,46 manat pul tutulmuşdur. İddiaçı tərəfindən nə sayğaca, nə də küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş, heç bir əlavə xətt qoşulmamışdır. İddiaçının və ailə üzvlərinin qeyri-qanuni hesablanmış borcdan xəbərləri olmamışdır. Borcun mərrhum X4 məxsus olması barədə bildiriş verilməmişdir. X1 adına aktlar birtərəfli qaydada tərtib edilmiş, iddiaçı həmin aktları imzalamamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). “Qaz sayğacınınçıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus ünvanda quraşdırılmış G-4 İtron tipli 1402AZ**********33 №li sayğac istismar müddəti bitdiyindən G-4 İtron STS**********303 №-li sayğacla əvəz edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən X4 məxsus Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 3 ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacdan sonra üzərində sorucu qurğu qoşulduğu aşkar olunmuşdur. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli hesabatı üzrə itirilmiş qazın miqdarı 6102 m3 hesablanmışdır. X6 xx.xx.2015-ci il tarixdə ölmüşdür (AZ-İ seriyalı 708654 №-li ölüm haqqında şəhadətnamə). İddiaçı Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 3 ünvan üzrə 2012-ci ildən 2022-ci ilədək 12823 m3 qaz sərfiyyatına görə 1771 manat ödəniş edilmişdir (abonentin saldosu). "Azəriqaz" İB-nin qənaətinə görə ona 6102 m3 həcmində ziyan dəymiş və iddiaçıdan 1220,40 manatın ödənilməsini istəyir. Həmin məbləğin 198,46 manat hissəsi cavabdeh tərəfindən tutulmuşdur. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən əsaslı olduğu qənatinə gəlmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli № 80 nömrəli qərarının 3.1. maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının atası X6 xx.xx.2015-ci il tarixdə ölmüş, cavabdeh tərəfindən onun barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Yəni, iddiaçının atasının ölümündən 3 il sonra. Aktda həmçinin mərhum X2 aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Bu əsasdan da məhkəmə həmin aktın doğruluğunu inandırıcı hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh tərəf özü daşıdığından, habelə zədələnmiş qaz sayğaclarının təmir olunması, həmin dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla da qaz sayğaclarının yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən iddia 1220,40 manat borcun silinməsi hisəssində təmin edilməlidir. İddianın qeyri-qanuni borca görə tutulmuş 198,46 manatın iddiaçıya qaytarılması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, qeyd edildiyi kimi, 1220,40 manat borcun 198,46 manat hissəsi tutulmuşdur. 1220,40 manat borc silinərkən tutulmuş 198,46 manat bərpa edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cımaddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 1220.40 manat məbləğ onun hesab kodundan silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2233/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2233/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver