Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2234/2022 24.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 (soyad dəyişikliyindən əvvəl X1) ölüm tarixi-28 iyun 1937-ci il, ölüm yeri-Bakı şəhəri müəyyən edilməklə, ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi AZ-T № 011632 nömrəli doğum haqqında şəhadətnaməsinə əsasən o, xx.xx.1941-ci ildə anadan olmuşdur və anası Məmməd-zadə X26r. AZərbaycan Respublikası Milli Arxiv İdarəsinin 9/252 saylı 25.06.2015-ci il tarixli məktubuna əsasən Məryəm xanım Əbdülbağı qızının 1912-ci ildə anadan olduğu və atasının X12 olduğu göstərilir. 24 sentyabr 2019-cu il tarixli AZİ №977231 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X14 26 mart 1995-ci il tarixində vəfat etmişdir. Ərizəçi ana tərəfdən babası X6 (soyad dəyişikliyindən əvvəl X1) ölümü ilə bağlı bildirilir ki, akademik Ziya Bünyadovun müəllifliyi ilə dərc olunmuş “Tarix” qəzetinin 08.12.1990-cı ilə aid nəşrinin 2-ci vərəqəsində göstərilmişdir ki, X10 1927-ci ildə cinayət məsuliyyətinə cəlb edilmiş və 10 il müddətinə islah əmək düşərgəsinə göndərilmişdir. 10 il cəza çəkdikdən sonra X10 Bakı şəhərinə qayıtmışdır. Nəşrinin 3-cü vərəqəsində göstərilmişdir ki, X11 AZərbaycan SSRİ X32 Komissarlığının Xüsusi Üçlüyünün 26 iyun 1937-ci il tarixli Qərarı ilə güllənmə cəzası verilmişdir. X10 28 iyun 1937-ci il tarixində 0 saat, 50 dəqiqədə güllənərək öldürülmüşdür. Nəzərə alınmalıdır ki, AZərbaycan SSRİ yaradıldıqdan sonra həm dəfələrlə əlifba (ərəb, latın və kiril) dəyişikliyi aparıldığı və həmçinin soyadların məcburi dəyişdirilməsi ilə əlaqədar bəzi sənədlərdə X5 adı, soyadı və ata adı X3 göstərilmişdir. HAZırda X4 (soyad dəyişikliyindən əvvəl X1) miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi torpaq sahəsi 36 kv.m olan həyətlər 5-kv.m olan evin vərəsəlik qaydasında qəbulu məqsədilə onun ölüm faktının müəyyən edilməsi zəruridir. Ərizəçi 29.03.2022-ci il tarixdə tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X7 28 iyun 1937-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə Məhkəmə AZərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan məhkəmə ərizəni mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi vəkili X24 ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lAZımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə AZərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 26.02.2022-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - AZərbaycan Respublikası İcbari X30 X27 ƏrAZi Bölmələri İdarəetmə birliyi” Publik hüquqi şəxs Bakı şəhər Baş Səhiyyə Mərkəzi 11 nömrəli şəhər polikilinkası tərəfindən 19.04.2022-ci il tarixdə verilmiş ölüm haqqında xəbərdarlı vərəqəsindən görünür ki, X8 aid 11 saylı şəhər poliklinikasında ambulator karta və ölüm arayışı verilməsi barədə məlumat yoxdur. Yasamal Rayon Qeydiyat Şöbəsi tərəfindən verilmiş AZ T 011632 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası XX Səfər İzzət oğlu, anası Məmmədzadə Məriyəm ƏbdülBağı qızı olmuşdur. 25.06.2015-cı il tarixli, 9/252 nömrəli AZərbaycan Respublikası Dövlət Tarix Arxivinin sorğuya cavab məktubundan görünür ki, Məryəm xanım Əbdülbağı qızı 1912-ci il tarixdə doğulmuşdur. X2, anası isə Mədinə xanım Mirzə Əbülqasım qızı olduğu qeyd edilmişdir. Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 977231 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 26 mart 1995-ci il tarixdə kəskin ürək damar çatışmAZlığından ölmüşdür. Məhkəmə ərizəçinin vəkilinin izahatını dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X13 ərizəçinin babası yəni 1912-ci il tarixdə doğulmuş anası X9 atası olmuşdur. HAZırda o babasından miras qalmış əmlaka vərəsəlik hüququ əldə etmək istəyir. Lakin babasının 28.06.1937-ci il tarixdə Bakı şəhərində ölmüş olmasına baxmayaraq, ölüm haqqında şəhadətnaməsi olmadığından bu hüququnu həyata keçirə bilmir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lAZımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. AZərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirAZlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. AZərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AZərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 28 iyun 1937-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2234/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2234/2022
24.05.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver