Məhkəmə qərarları › İş №2(008)-224/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-224/2023

27.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-224/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Dadaş Vasif küçəsində yerləşən sahəsi 1200 kv.m olan torpaq sahəsində inşa edilmiş yarımtikilinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi və tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində Dadaş Vasif küçəsində yerləşən sahəsi 1200 kv.m-dən ibarət olan torpaq sahəsini Bakı şəhər Saybunçu rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1024 saylı sərəncamına əsasən şəxsi yaşayış evi tikmək məqsədi ilə almışdır.Torpaq sahəsi alınan vaxtda həmin ərazi boş sahə olmuşdur. O, həmin ərazidə abadlıq işləri aparmış, torpaq sahəsinə dair bütün vergiləri ödəmişdir. Lakin, təxminən son 10 gün ərzində ona məxsus torpaq sahəsi Cavabdeh adlı şəxs tərəfindən zəbt edilərək orada qanunsuz tikinti işləri aparmağa başlamışdır. Tikinti işlərinin təcili olaraq dayandırılması və torpaq sahəsinin boşaldılması ilə bağlı Cavabdeh, DİN-nin 102 xidmətinə və digər aidiyyəti orqanlara dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bununla da onun torpaq sahəsi üzərində qanunla qorunan hüquq və mənafeləri pozulur. İşin halları: Sabunçu rayon İcra Hakmiyyətinin xx.xx.1993-cü il tarixli 1024 saylı sərəncamı ilə İddiaçı Kürdəxanı qəsəbəsi, şimal-qərb hissədə, 145-000-130 №-li layiə tipli, 1200 kv.m sahəsi olan şəxsi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama əsasən sonradan İddiaçı ayrılmış həmin torpaq sahəsinin mövcüd vəziyyətdəki yerləşmə sxemi tərtib edilmiş və Sabunçu rayon İcra Hakmiyyətinin Kürdəxanı qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti- texniki ekspertizası təyin olunmuşdur. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. -Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1024 saylı sərəncamı ilə İddiaçı ayrılmış sahəsi 1200 kv.m olan torpaq sahəsinin sərhədləri müəyyən edilsin. -Həmin torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı tikili inşa edilmişdirmi? -Əgər inşa edilmişdirsə, həmin tikililər iddiaçıların hüquq və mənafələrini hansı hüdudlarda məhdudlaşdırır? -Mövcud vəziyyətdə maneə hansı qaydada aradan qaldırılmalıdır? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəyə əsasən qərardadın 1-ci və 2-ci suallar üzrə xx.xx.2021-ci il tarixli,10/7369 №-li ekspert vəsatətində qeyd olunan əlavə materiallar Mərkəzə təqdim edilmədiyindən qərardadın 1-ci və 2-ci suallarının cavablandırılması mümkün olmamış, qərardadın 3-cü və 4-cü suallarının cavablandırılması tikinti və ekspertinin səlahiyyətləri xaricində olduğundan həmin suallar üzrə tədqiqat aparılmamışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə mütəxəssis rəyi alınması və tikinti - texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Mütəxəssis və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: Sökülməsi tələb edilən, Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1024 saylı sərəncamı ilə İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin infrastrukturu - 113 №-li orta məktəb, Kürdəxanı Sağlamılq mərkəzi, M.Adil küçəsi, D.Vasif küçəsi (hazırda Əliyar Əliyev küçəsi), Kürdəxanı qəsəbə nümayəndəliyi, iki market, D.Vasif küçəsi, dəmir yolu xətti, yol – nəzərə alınmaqla, həmin torpaq sahəsi ilə eynilik təşkil edirmi? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli mətəxəssis rəyi məhkəməyə daxil olmuşdur. Rəydə qeyd edilmişdir ki, göstərilən torpaq sahəsinin sərhədlərinin iki tərəfi mişar daş hasar, hər tərəfi yarımçıq dağılmış hasar, bir tərəfi isə şərti olmaqla faktiki olaraq sahə 1200 kv.m təşkil edir. Torpaq sahəsi üzərində 1 ədəd fərdi yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahə X3 Sovxozunun hüdudları daxilində yerləşir. Torpaq sahəsinə verilmiş yerləşmə cizgisində istinad məsafələri və dəqiq istinadlar olmadığından sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Digər görüntülü cizgi imza və möhürlə təsdiq edilməmişdir. Torpaq sahəsinə dair yerləşmə cizgisinin İcra Hakimiyyətinin qəsəbə nümayəndəliyi tərəfindən verildiyi nəzərə alınaraq sualın rayon İcra Hakimiyyətinə ünvanılması məqsədə uyğundur. Məhkəmənin sorğusuna cavab olaraq Sabunçu rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tərixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamı ilə İddiaçı Kürdəxanı qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinə dair sərəncam, sərəncama əsas olmuş sənədlər Sabunçu rayon İcra Hakimiyyətinin başçısının Kürdəxanı qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəliyi tərəfindən verildiyi qeyd edilən yerləşmə sxemi, torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə ayrı-ayrı vətəndaşlara torpaq sahələrinin verilməsi barədə rayon İcra Hakimiyyətində hər hansı məlumat mövcud olmadığından torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün deyildir. İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür (5 saylı Bakı «Asan Xidmət» X2 tərəfindən verilmiş AZ-İİ seriyalı 321735 №-li ölüm haqqında şəhadətnamə) İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə gəlməmiş, elektron qaydada iddiaçının ölümü haqqında şəhadətnaməni göndərərək, iş üzrə icraatın dayandırlmasını xahiş etmişdir. Məhkəmə işin icraatının dayandırlması barədə ərizəni rədd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, hazırda mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir. Məhkəmə hesab edir ki, özlərini iddiaçının hüquq varisi hesab edən şəxslər Sabunçu rayon İcra Hakmiyyətinə müraciət edərək sərəncamın onların adlarına dəyişdirilməsini xahiş etməli, sərəncam dəyişdirildiyi təqdirdə iddia ilə məhkəməyə müraciət edə bilərlər. Çünki Sabunçu rayon İcra Hakmiyyəti tərəfindən ev tikintisi üçün dövlət mülkiyyətində olan torpaq sahəsi iddiaçıya ayrılarkən, onun ölümündən sonra həmin torpaq sahəsinin onun varislərinin istfadəsinə keçməsini ehtiva etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar