Məhkəmə qərarları › İş №2(008)-2241/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2241/2022

18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2241/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 0,12 h bağ sahəsinin atası X4 mülkiyyətinə verildiyini təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN- 30830H saylı şəhadətnamədə ailə üzvü kimi onun adının “Elnar” kimi göstərildiyi hüquq müəyyənedici sənədin ona “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bağın İcarəyə verilməsi haqqında 28 dekabr 1992-ci il tarixli 585 saylı müqaviləyə əsasən Şüvəlan qəsəbəsində 406 saylı 0,12 h torpaq sahəsi və həmin sahədə yerləşən sahəsi 12,56 kv.m olan bir otaqlı yaşayış sahəsi X1nun istifadəsinə verilmişdir. Həmin müqavilədə atasının və ailə üzvlərinin, o cümlədən soyadı “Məmmədov” olmaqla onun adı “Elnat” qeyd edilmişdir. Göstərilən bağ sahəsindən istifadə müddətinin artırılması barədə 26 fevral 2006-cı il tarixli 585 saylı yeni müqavilədə də onun soyadı “Məmmədov” olmaqla adı qısa formada “E” kimi göstərilmişdir. Sonra torpağın mülkiyyətə verilməsinə dair JN-30830H saylı şəhadətnaməyə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 dekabr 1992-ci il tarixli 2217 saylı qərarı ilə Şüvəlan bağ massivində yerləşən ümumi sahəsi 0,12 h olan 406 saylı bağ X1nun mülkiyyətinə verilmişdir. Göstərilən şəhadətnamədə atası, anası, nənəsi, qardaşı, bacısı və onun adı ailə üzvləri kimi göstərilmişlər. Lakin həmin şəhadətnamədə onun adı “X11” kimi qeyd edilmişdir. X1 bağ sahəsinə dair çıxarış alınması üçün maraqlı tərəfə müraciət etdikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 21 sentyabr 2021-ci il tarixli **********36 saylı məktubla çıxarış verilməsindən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, şəhadətnamədə payçılar kimi göstərilmiş onun adı “Məmmədov Elnar” adı doğum şəhadətnaməsində “X16” kimi qeyd olunmuşdur. Onun adı istər doğum haqqında şəhadətnamədə, istərsədə şəxsiyyət vəsiqəsində “Elnat” kimi qeyd edilmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili X13 məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bağın İcarəyə verilməsi haqqında 28 dekabr 1992-ci il tarixli 585 saylı müqaviləyə əsasən Şüvəlan qəsəbəsində 0,12 h torpaq sahəsi və həmin sahədə yerləşən sahəsi 12,56 kv.m olan bir otaqlı yaşayış sahəsi X1nun istifadəsinə verilmişdir. Ailə üzvüləri kimi qeyd edilmişdir 1959-cu il təvəllüdlü Sevil, 1986-cı il təvəllüdlü Elnat və 1987ci il təvəllüdlü Elnur qeyd edilmişdir. İş materiallarında olan Azərbatcan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşddırma və Park-Bağ təsərüffatının inkişaf Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Şüvalan ərazisindəki 406 nömrəli bağ sahəsindən istifadə müddətinin artırılması barədə 06 fevral 2006-cı il tarixli 585 saylı yeni müqavilədə də ərizəçinin soyadın “Məmmədov” olmaqla adı qısa formada “E” kimi göstərilmişdir. İş materiallarında olan JN-30830H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 dekabr 1992-ci il tarixli 2217 saylı qərarı ilə Şüvəlan bağ massivində yerləşən ümumi sahəsi 0,12 h olan 406 saylı bağ sahəsində X6 mülkiyyətinə verilmişdir. Göstərilən şəhadətnamədə X6 ailə üzvləri kimi X17, Məmmədova T.A, X11, X14 və X9 göstərilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 049813 saylı doğum haqqında şəhadətnamınin surətindən görünür ki, Ərizəçi 24 may 1986-cı ildə anadan olmuş, X1 və anası X10r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 21 sentyabr 2021-ci il tarixli **********36 saylı məktubdan görünür ki, JN-30830H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan payçıların adları ilə doğum haqqında şəhadətnamədə qeyd olunan payçılar arasında uyğunsuzluq mövcüd olduğundan çıxarış verilməsindən imtina edilmişdir. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş X15 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha bağ sahəsinin onun mülkiyyətinə verdiyini təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN – 30830H saylı şəhadətnamədə oğlu ailə üzvü kimi “X11” kimi qeyd edilmişdir və orada qeyd olunan X11 oğlu Ərizəçi oğldur. Onun cəmi iki oğlu vardır, biri Ərizəçi , digəri isə Məmmədov Elnur. X28 adlı oğlu olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən, görünür ki, Ərizəçi atası X8r və bağın icarəyə verilməsi haqqında 28.12.1992-ci il tarixli 585 saylı müqavilədə və JN-30830H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 dekabr 1992-ci il tarixli 2217 saylı qərarında onun adı yalnışlıqla X2 qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 0,12 h bağ sahəsinin atası X4 mülkiyyətinə verildiyini təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN-30830H saylı şəhadətnamədə ailə üzvü kimi onun adının “Elnar” kimi göstərildiyi hüquq müəyyənedici sənədin ona “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha bağ sahəsinin X7 mülkiyyətinə verildiyini təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN – 30830H saylı şəhadətnamədə ailə üzvü kimi “X11” kimi qeyd edilən adın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar