Məhkəmə qərarları › İş №2(008)-2247/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2247/2020

21.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2247/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası 100/1 saylı evə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun həyat yoldaşıdır. Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə iddiaçı arasında bağlamış nikaha xitam verilmiş və həmin vaxtdan cavabdeh həmin mənzildə yaşamır. İddiaçı cavabdehin yaşaması üçün Bakı şəhəri, Maştağa qəsəbəsi Daş karxanasında inşa edilmiş fərdi yaşayış evini bağışlamışdır. Cavabdeh həmin bağışlanmış evdə yaşayır. Cavabdeh hazırda mübahisəli evdə qeydiyyatdadır. Cavabdehin həmin evdə qeydiyyatı formal xarakter daşıyır və onun qeydiyyatda olması iddiaçının həmin evə dair sənədləşmə işlərinin aparılmasında çətinlik çəkir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan X1 MMC-nin hesabat cədvəlindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ev 100/1 İddiaçı mülkiyyətindədir və həmin evin invertar dəyəri 50000 manat məbləğində müəyyən edilmişdir. -Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikahın bağlanması haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixdə 118 saylı akt qeydi tərtib olunmuş və nikah bağlandıqdan sonra ərə İmanov arvada Əliyeva soyadı verilmişdir. -Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-811/2018 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış və nikah aktlarının qeydiyyatı kitabında 118 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası 100/1 saylı evin mülkiyyətçisidir. Cavabdeh həmin evdə yaşamır, orada formal olaraq qeydiyyatdadır. Nikahları Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)- 811/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işdə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə xx.xx.2015-ci il tarixdə nikaha daxil olduqdan sonra köçməsi faktı mübahisəsiz haldır. Bu səbəbdən iddiaya 2009cu il oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəasinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda sadalanan qanunvericilik aktlarını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında yaranmış nikah münasibətlərinə xitam verildiyinə görə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası 100/1 saylı evə dair cavabdehin istifadə hüququna xitam verilməlidir. Məhkəmə həmçinin vurğulayır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki-Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası 100/1 saylı ünvanda yerləşən evə dair istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar