Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-225/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «torpaq sahəsinin boşaldılması» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «torpaq sahəsinin boşaldılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin onun mülkiyyətinə və sahibliyinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 0.25 ha. torpaq sahəsi Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 046№-li Qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün əvəzi ödənilməklə onun mülkiyyətinə ayrılmışdır. Onun torpaq sahəsi Bilgəh Bələdiyyəsi tərəfindən ona təklif edilərkən bildirilmişdir ki, içərisində tikili olan və hasara alınmış həmin torpaq sahəsi “bağ sahələrinin icarəyə verilməsi haqqında” xx.xx.1988-ci il tarixli 13356 N'°-li Müqavilə əsasında X5 icarəyə verilmiş və bağ sahəsi 71 1/856 nömrə altında bağ sahəsi kimi qeydə alınmışdır. Lakin bağın icarəçisi Q.İ.Ağacanova 1990-cı illərdən sonra icarə haqqını ödəmədiyindən və Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyi üçün onun, bağ sahəsindən istifadə hüquqlarına xitam verilmiş və daha sonra Bakı şəhər İH-nin nəznində fəaliyyət göstərən Bağlar İdarəsi ləğv edildikdən sonra, torpaq sahəsi bələdiyyə torpaqlarına aid edildiyindən Bilgəh Bələdiyyəsinin sərəncamına verilmişdir. Bir gün bağ sahəsinə gedəndə, aldığı bağda Cavabdeh1 və X9 məskunlaşaraq, oranı zəbt etdiklərinin şahidi olmuşdur. Həmin şəxslərə bağ sahəsinin boşaldılmasını təklif etdikdə, onlar tərəfindən buna etiraz edərək, etirazlarının əsası kimi “bağın əvvəlki sahibinin qızı olan Svetlana Maksimovna tərəfindən torpaq sahəsinin onlara bağışlanması” hallarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 1.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hesab edir ki, ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 046N"-li Qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün əvəzi ödənilməklə onun mülkiyyətinə verildiyi üçün, o mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə bu hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilmir. Odur ki, onun mülkiyyətində olan torpaq sahəsinə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. O, mülkiyyətçi kimi mülkiyyətinə qəsd edən cavabehlərin hərəkətlərinə son qoyulmaqla, cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsinə dair hər hansı hüquqlarının olmaması hesab edilməsini və torpaq sahəsindən çıxarılmalarını tələb etməkdə çıxarılmalarını tələb etməkdə haqlıdır. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Və eyni zamanda bildirmişdir i, qeyd edilən torpaq sahəsinə tikili olan yaşayış evinin mövcud olduğunu, həmin evin onun atası tərəfindən inşa edilmiş olduğunu, hər il yay ayında ora gedərək ailəsi ilə birlikdə istirahət etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarına əsasən X11 ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulmasına dair şikayəti əsasında aparılan araşdırma zamanı Cavabdeh1 hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin 046 nömrəli, 20 avqust 2007-ci il tarixli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində Topxana küçəsi 711-də yerləşən 2500 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli 15 ünvanında yaşayan İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı torpağın satın alınmasına dair müvafiq qaydada akt tərtib olunmuş və torpağın dəyəri Torpaq Məcəlləsinin 96-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq vətəndaş tərəfindən bələdiyyənin xüsusi hesabına keçirilməsi təmin olunmuşdur. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, İddiaçı Sabunçu rayonu, X1 xəzinəsinə 6800 manat haqq ödənilmişdir. 2021-ci il üçün tədiyyə bildirişindən görünür ki, İddiaçı 15 manat borc ödəmişdir. xx.xx.2021-ci il tarixli qəbzindən görünür ki, iddiaçı tərəfindən 300.15 manat məbləğində torpaq vergisi ödənilmişdir. Bilgəh qəsəbəsində ərazisində Topxana küçəsində yerləşən 11 saylı torpaq sahəsi eskiz sxeminin surətindən İddiaçı adına olan torpaq sahəsi ölçüsünun 2500 vk.metr olduğu müəyyən edilir. X2 xx.xx.2001-ci il tarixli ərizəsindən görünür ki, o, Moskvada yaşadığından bağ sahəsinə qulluq edə bilmir. 0.12 hektar torpaq sahəsini yaxın tanışı X10, qalan 0.12 hektarını X4 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********14 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ masssivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 711/856 nömrəli bağ sahəsinin üzərində olan tikililərlə istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X8 arasında bağlanmış xx.xx.1988-ci il tarixli, 13356 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, hazırki mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müxtəlif vaxtlarda vermiş olduğu məlumatlandırmalarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının icra edilməsi ilə mütəxəssis rəyi, baza məlumatları və sxemlər Mərkəzə təqdim olunmadığından rəyin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyələrlə iş Mərkəzinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Sabunçu Rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 046 saylı qərarı Bələdiyələrilə iş mərkəzində qeydiyyata alınmamışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhər Sabunçu Rayon Bilgəh Bələdiyyəsinin vəkil sorğusuna cavab məktubundan görünür ki, Bilgəh Bələdiyyəsinin 2000-2008-ci illərə aid sənədlərin Arxiv İdarəsinin xx.xx.2009-cu il tarixli akta əsasən oxunması mümkün olmadığına görə ləğv edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhər Sabunçu Rayon Bilgəh Bələdiyyəsinin vəkil sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 15 dalan bağ massivində yerləşən 711 saylı bağ sahəsinin bələdiyyə vergisi hal-hazırki dövrə qədər Cavabdeh1 tərəfindən ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 2.1-ci maddəsinə əsasən Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə məhkəmə sadalanan qanunvericlik akt normalarını əsas götürərək qeyd edirki, iddiaçı məhkəməyə müraciət edərək hazırda cavabdehin ona məxsus olan torpaq sahəsinə müdaxilə etməsini, bu səbəbdən də onun həmin torpaq sahəsindən çıxarılmasını məhkəmədən xahiş edərək, qeyd edilən torpaq sahəsinin onun mülkiyyətində olmasını irəli sürərək və buna dair Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin 046 nömrəli, 20 avqust 2007-ci il tarixli qərarını məhkəməyə təqdim etsə də, məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin 046 nömrəli, 20 avqust 2007-ci il tarixli qərarı ilə iddiaçıya fərdi yaşayış evin tikilməsi məqsədi ilə Bilgəh qəsəbəsi Topxanan küçəsi 711 ünvanında 2500 kv.m torpaq sahəsi ayrılması nəzərdə tutulsada, qeyd edilən torpaqın yerləşmə sexmi və eksiz planı mülki işin matriallarına əlavə edilmədiyindən, torpaq sahəsinin harda yerləşməsi, həmin torpaq sahəsinin sərhədləri məhkəməyə məlum olmadığından cavabdehin həqiqətən məhz iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə etməsi sübuta yetirilə bilməmişdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsinin 046 nömrəli, 20 avqust 2007-ci il tarixli qərarı ilə ona fərdi yaşayış evin tikilməsi məqsədi ilə Bilgəh qəsəbəsi Topxanan küçəsi 711 ünvanında 2500 kv.m torpaq sahəsi ayrılmış olduğunu irəli sürsədə məhkəmənin vermiş olduğu sorğdan məlum olar ki, Ədliyyə Nazirliyi Bələdiyyələrlə X14 rayonu Bilgəh Bələdiyyəsinin İddiaçı torpaq sahəsi ayrılması barədə xx.xx.2007-ci il tarixli 046 saylı qərarı aşkar edilməmişdir. Başqa sözlə Bələdiyyə tərəfindən iddiaçıya qanuni əsaslarla torpaq sahəsi ayrılmış olsaydı mütləq təqdim olunmalı bələdiyyə aktları kimi həmin qərar inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə təqdim edilərdi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı «torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-225/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-225/2023
15.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver