Məhkəmə qərarları › İş №2(008)-2264/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2264/2022

25.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2264/2022 25.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh X7 Şəbəkəsi MMC-nin nümayəndəsi X2, Cavabdeh Azərenerji ASC-nin nümayəndəsi (vəkili) X5 iştiraklarıı ilə, İddiaçı Cavabdehdehlər X7 Şəbəkəsi MMC və Azərenerji ASC-yə qarşı işə bərpa barədə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər X7 Şəbəkəsi MMC və Azərenerji ASC-yə qarşı məhkəməə iddia iddia ərizəsi və təlbin həcminin artırılması barədə ərizə verərək, qanunla nəzərdə utulan iddia müddətinin ötürülməsinin üzürlü hal hesab edilərək müddətin bərpa edilməsi, işdən çıxmağı barədə yazdığı 30.09.2020-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Azərenerji ASC-nin X7 Şəbəkəsi MMC-nin 120 KŞ №-li 30.09.2020-ci il tarixli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X7 Şəbəkəsi MMC-də 110/35/10 kV-luq Zabrat YS-ya elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru vəzifəsinə işə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-ci ildən Azərenerji ASC-də işləməyə başlamış, 30 il müddətində orada fasiləsiz işləmiş, işlədiyi dövrlərdə bir dəfə də olsun intizam hüquq pozuntusu törətməmişdir. 11.04.2016-cı ildən 110/35/10 kV-luq Zabrat YS-ya elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş və 30.09.2020-ci il tarixində rəhbərliyin təzyiqi ilə işdən çıxarıldığım günədək orada elektrik montyoru vəzifəsində çalışmışdır. Belə ki, son zamanlar sol ayağının venalarının kəskin trombozu xəstəliyinə düçar olmuş, həkimin məsləhəti ilə mütəmadi olaraq ayağına dərman çəkməklə müalicə alırdı. 28.07.2020-ci ildə növbədə olan zaman gecə saatlarında ayağına dərman çəkmək üçün aşağı düşüb öz avtomobilində ayağıma dərman çəkməyə başlamış, bu zaman İdarənin nəzarətçiləri niyə növbəni tərk etməyini soruşmuş, iddiaçı dərman çəkdiyini bildirmişdir. Lakin onlar onunla kobud davranmış, bu barədə izahat yazmağı tələb etmişlər. Həmin gün o, izahat yazmış, onların təkidilə maşında dincəldiyni göstərmişdir. Bundan sonra isə rəhbərlik müxtəlif təzyiqlər etməyə başlamış,onu kobud intizam pozuntusu ilə işdən qovacağı ilə hədələmiş, öz ərizəsilə işdən çıxmağa məcbur etmişdir. iddiaçı onlara yalvararaq, artıq 50 yaşının olmasını, evdə ondan başqa heç kimin işləməməsini, bundan sonra heç bir iş tapmağının mümkün olmamasını bildirsə də, onlar buna əhəmiyyət verməmiş, iddiaçını işdən çıxmaq üçün ərizə yazmağa məcbur etmişlər. Artıq 2020-ci ilin iyul ayından ona edilən təzyiqlərə dözməyib işdən çıxmaq üçün ərizə yazmağa məcbur olmuş, 30.09.2020-ci il tarixində ərizə yazdıqdan sonra işdən azad edilmişdir. İddiaçı işdən çıxdıqdan sonra ona edilmiş təzyiq nəticəsində ərizə verərək işdən çıxmağa məcbur olduğum barədə müxtəlif instansiyalara məktublar ünvalamış, Energetika Nazirliyinə ünvanladığım sonuncu məktubu 15.09.2021-ci il tarixdə baxılması üçün Azərenerji ASC-yə göndərilsə də, Azərenerji ASC-dən bu barədə hər hansı bir cavab məktubu gəlməmişdir. Məhz bundan sonra işə bərpa edilməyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh əmək müqaviləsinə xitam verdikdən sonra bu barədə əmrin surətini iddiaçıya verməmiş, son haqq-hesabı da ödəməmişdir. Məhz buna görə X7 Şəbəkəsinin rəhbərliyi İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçının heç bir maddi təminatının olmadığı halda qəfildən işdən çıxmağı barədə ərizə verməyi, həmin ərizəni məcburiyyət qarşısında qalmaqla yazmağı kimi başa düşülməli, həmin ərizə etibarsız hesab edilməlidir. İddiaçı işdən çıxmaq üçün ərizə verdikdən sonra ayağında olan xəstəliyilə əlaqədar bir müddət ambulator müalicə almış, həmin zamanlar qardaşı X9 vəfat etdiyinə görə mənim yas mərasiminə başı qarışmış, bir müddət COVİD-19 epidemiyası ilə əlaqədar məhkəmələr işləməmiş, 2021-ci ilin aprel ayında isə oğlu əsgərliyə getmiş, bununla bir müddət başım qarışmış, lakin bunlarla bərabər müxtəlif instansiyalara müraciət etmiş, həmin instansiyaların cavablarını da gözləmişdir. Məhz bu səbəbdən də işə bərpa edilməyi üçün qanunla nəzərdə tutulan müddəti ötürməklə məhkəməyə iddia ərizəsi vermişdir. Lakin belə hesab edir ki, bütün bu hallar qanunla nəzərdə tutulan müddəti ötürməyi üçün üzürlü hesab edilməlidir. Cavabdeh X7 Şəbəkəsi MMC iddiaya etiraz və iddia müddətinin tədbiqi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı 30.09.2020-ci il tarixdə ərizə ilə müraciət edərək işdən azad olunmasını xahiş etmiş, işəgötürən tərəfindən 120 KŞ №-li 30.09.2020-ci il tarixli əmr verilmiş və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (işçinin təşəbbüsü ilə) ilə xitam verilmişdir. Elə həmin gün əmr və əmək kitabçası ona təqdim edilmiş və o, bu barədə müvafiq jurnala imza edərək həmin sənədləri qəbul etmişdir. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir, qeyd olunan halların işdən azad olunması ilə əlaqəsi yoxdur. Digər tərəfdən AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən 1 aylıq müddət göstərilmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 Şəbəkəsi MMC-nin nümayəndəsi X6 etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Azərenerji ASC-nin nümayəndəsi (vəkili) X1 ASC-yə qarşı hər-hansı tələbin olmadığını nəzərə alaraq onlara qarşı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarının dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh2 MMC ********** qeydiyyat nöməsi ilə 12.10.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X11 Qeydiyyatı İdarəsində qeydiyyata alınmışdır. İddiaçı 01.11.2004-cü il tarixdə Cavabdeh2 MMC yə texnik vəzifəsinə işə qəbul edilmiş, 11.04.2016-cı il tarixdə 110 kV-luq Zabrat YS-ya elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru vəzifəsinə keçirilmişdir (AT-Vİ seriyalı ******* №-li əmək kitabçası). İddiaçı 30.09.2020-ci il tarixdə ərizə ilə müraciət edərək 30.09.2020-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Cavabdeh2 MMC tərəfindən 120 KŞ №-li 30.09.2020-ci il tarixli əmr verilmiş, əmrə əsasən İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (işçinin təşəbbüsü ilə) ilə xitam verilmiş, 01.11.2018-ci-30.09.2020-ci iş ilinə görə istifadə etmədiyi 26 təqvim günü məzuniyyətinin pul əvəzi ödənilmişdir (KM1 02-11-2020 №-li ödəniş tapşırığı). İddiaçı 30.09.2020-ci il tarixdə əmr və əmək kitabçasını almışdır (müvafiq jurnal və kitab). İddiaçının qardaşı X9 08.09.2020-ci il tarixldə ölmüşdür (AZ-İİ seriyalı 094685 №-li ölüm hzaqqında şəhadətnamə). İddiaçının oğlu X8 01.04.2021-ci il tarixdə müddətli hərbi xidmətə çağırılmışdır. İddiaçı işdən azad olunandan sonra müxtəlif instansiyalara bu barədə şikayətlər etmişdir. Hazırda iddiaçı işdən çıxmağı barədə yazdığı 30.09.2020-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Azərenerji ASC-nin X7 Şəbəkəsi MMC-nin 120 KŞ №-li 30.09.2020-ci il tarixli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X7 Şəbəkəsi MMC-də 110/35/10 kV-luq Zabrat YS-ya elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru vəzifəsinə işə bərpa edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz, 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Qeyd edildiyi kimi, iddiaçı özü ərizə verimişdir. İddia ərizəsində göstərilən hallara dair iddiaçı tərəfindən məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin 6-cı hissəsinə əsasən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər (Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər). İddiaçı qardaşının ölümü ilə əlaqədar buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir, lakin, göründüyü kimi, iddiaçının qardaşı iddiaçı işdən çıxanadək ölmüşdür. İddiaçı ilddia ərizəsi ilə əmr vermiləndən 1 il 6 ay keçəndən sonra vermişdir və bu müddətin ötürülməsini üzrlü səbəbdən baş verməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar