Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2270/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla Bakı şəhəri Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 34a nömrəli evin **********00070 nömrəli abonent koduna əsassız hesablanmış 1291 manat məbləğin silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla Bakı şəhəri Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 34a nömrəli evin **********00070 nömrəli abonent koduna əsassız hesablanmış 1291 manat məbləğin silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən Bakı şəhəri Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 34a nömrəli evin (abonentin kodu: **********00070) sayğacına 1291 manat əsassız borc hesablanmışdır. Sayğaca müdaxilə olunmamışdır. Akt "Azəriqaz" İB tərəfindən ona rəsmi məlumat verilmədən, iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 34a nömrəli evi X2 təxmini bir ildir ki almışdır. Hal-hazırda orada təmir işləri gedir. Sayğac ev alındıqdan sonra dəyişdirilmiş, borc da bundan sonra yazılmışdır. Həmin borc ondan tələb olunur. Cavabdehin nümayəndəsi X5 xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etmədiyini, işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. O, ərizədə bunu da bildirmişdir ki, İddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Qeyd olunan ünvan üzrə istehlakçı X6 qeydiyyata alınmış və **********00070 nömrəli istehlakçı kodu verilmişdir. Həmin ünvanda istifadədə olan qaz sayğacına "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsiri nəticəsində sayğacın istifadə olunan qaz sərfiyyatını qeydə almadığı aşkar olunmuşdur. Bu barədə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" və itirilmiş qazın dəyərinin hesablanması üçün "Dəymiş ziyanın hesablanmasına dair tələbnamə" tərtib edilərək, 1296 manat dəyərində faktiki istehlak olunan, lakin dəyəri ödənilməyən qaz sərfiyyatı müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 34a nömrəli ev İddiaçı mülkiyyətindədir və evə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış borcun silinməsini tələb edir. Həmin aktda "İstehlakçı" qrafasında "İbadov Ədalət", "Ünvan" qrafasında "Sabunçu A.Pəri ev 0 mənzil 7", "Abonentin kodu" qrafasında isə "**********00070" qeyd olunmuşdur. Tərəflərin təqdim etdikləri xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli abonentin saldoları X3 adına olan (abonentin kodu: **********00070) ünvan 1 ünvanında quraşdırılmış 12674219 nömrəli sayğacla bağlı tərtib olunmuşdur. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü ildə 04/8949 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə" bağlanmışdır. Müqavilədə sayğacın nömrəsi İddiaçı mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da qeyd olunan sayğacın nömrəsi ilə eyni olsa da, sayğacın hansı ünvan üzrə quraşdırıldığı və istehlakçıya verilən abonent kodu göstərilməmişdir. İşdə olan, Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquq şəxsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 34a nömrəli ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Aşıq Pəri küçəsi ev 0 mənzil 7 ünvanında istehlakçı X4 (abonentin kodu: **********00070) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, 42674219 nömrəli sayğac istismara yararsızdır. İşdə olan, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, X4 qaz sayğacının maksimal saatlıq qaz sərfi 10 kub.m, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, cəmi 108000 kub.m itirilmiş qaz hesablanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, 2023-cü ilin oktyabr ayında akt üzrə 108000 kub.m qazın sərfinə görə 1296 manat məbləğində borc X3 adına hesablanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 04/8949 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"dən görünür ki, istehlakçı İddiaçı adına xx.xx.2023-cü ildə 42674219 nömrəli sayğac quraşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx.xx.2008-ci il tarixli, İ.Şabanovanın şikayəti üzrə xx.xx.2012-ci il tarixli və S.Ələkbərovanın şikayəti üzrə xx.xx.2015-ci il tarixli Qərarları). Müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi borcun hesablanmasına əsas verən aktda abonent kimi özü, yəni İddiaçı deyil, İbadov Ədalət adlı şəxs qeyd olunmuşdur. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş "Abonentin saldosu"nda və "Dəymiş ziyanın bərpasına dair tələbnamə"də abonent kimi X6 göstərilmişdir. Bununla yanaşı, aktda qeyd olunan və İddiaçı məxsus olan evin ünvanları fərqlidir. Birincidə "ünvan 2ncidə isə "Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsi 34a" göstərilmişdir. İddiaçı aid akt və ya "Abonentin saldosu", yaxud da onun borcunun olmasını təsdiq edən başqa bir sənəd məhkəməyə təqdim olunmamışdır. İddiaçı məhkəmə baxışı zamanı iddiasını əsaslandırmaq üçün onunla cavabdeh arasında xx.xx.2024-cü ildə bağlanmış 04/8949 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"ni məhkəməyə təqdim etmişdir. Müəyyən olundu ki, həmin müqavilədə istehlakçı İddiaçı adına xx.xx.2023-cü ildə 42674219 nömrəli sayğacın quraşdırıldığı göstərilsə də, müqavilədə aktın tərtib olunduğu ünvandan fərqli olaraq yalnız "X11" ünvanı yazılmış, digər tərəfdən, İddiaçı verilmiş abonent kodu həmin müqavilədə göstərilməmişdir. Belə olan halda, müqavilədə və aktda söhbətin eyni evdən və eyni abonent kodundan getməsini müəyyən etmək mümkün deyil. Göründüyü kimi, məhkəməyə təqdim olunmuş sənədlər İddiaçı başqa bir şəxsə, yəni X4 hesablanmış borcun silinməsini tələb etməyə sübyektiv hüququnun olmasını iddia etmək üçün kifayət deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsində deyilir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin normaya uyğun olaraq, işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəmə tərəfindən İddiaçı onun əsl iddiaçı kimi X6 ilə əvəz edilməsi təklif olunmuş, lakin iddiaçı bununla razılaşmamışdır. Ona görə də məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığına görə iddia təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı "cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla Bakı şəhəri Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 34a nömrəli evin **********00070 nömrəli abonent koduna əsassız hesablanmış 1291 manat məbləğin silinməsi" barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X8.
Məhkəmə qərarları › İş №2(008)-2270/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2270/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver