Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-228/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "payların naturada bölünməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "payların naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evin 5/6 hissəsinə onun payının, 1/6 hissəsinə cavabdehin payının naturada mənzil şəkilində bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən evin 2/3 hissəsi onun, 1/3 hissəsi cavabdehin mülkiyyətində olmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-(008)-117/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı, hazırki iş üzrə Cavabdeh mənə qarşı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus 1/3 hissə və ona məxsus 2/3 hissənin natura şəkilində bölünməsi barədə iddiası rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1097/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsi 7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 5/6 hissədə onun, 1/6 hissədə cavabdehin mülkiyyət payı müəyyən edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunaraq paylara uyğun Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Hazırda ev paylı mülkiyyətdə olduğuna görə payının yaşayışa yararlı hala gətirilməsi üçün təmir edə bilmir. Evdə uzun müddətdir ki, yaşayış olmadığına görə tam yararsız vəziyyətə düşmüşdür. O, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 13, mən. 49-da kirayədə yaşayır, cavabdeh isə ünvan 3 ünvanında ailəsi ilə birlikdə ailəsinə məxsus evdə yaşayır. Cavabdehə bir neçə dəfə müraciət etməsinə baxmayaraq, məhkəmədən kənar qaydada həll etməyə razılaşmamışdır. Evin paylar üzrə naturada mənzil şəkilində bölünməsi məhkəmə tərəfindən müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, payların naturada ayrılması ekspert rəyi ilə mümkün olmasa da, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 1/6 hissə payla Cavabdeh Mərzəağa oğluna və 5/6 hissə payla İddiaçı məxsusdur; - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5003 nömrəli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflər (mülkiyyətçilər) arasında ideal paylara uyğun naturada bölünməsinin "İnşaat Norma və Qaydaları"nın 2.08.01.89-un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün deyildir; - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-117/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı ünvan 5 ünvanında yerləşən evə dair payının müəyyən edilərək real bölgüsünün keçirilməsi barədə iddiası rədd edilmişdir; - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10970/2015 nömrəli xx.xx.2015cı il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2006-cı ildə Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, reyestrdə "2V/1-83" mömrəsi ilə qeydə alınmış "qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə payların müəyyən edilməsi hissədə qismən, X1 ilə İddiaçı arasında xx.xx.2006-cı ildə Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontorunda bağlanmış, reyestrdə "4Ə/2-220" nömrə ilə qeyd alınmış bağışlama müqaviləsi bağışlanan əmlakdakı pay hissəsində qismən, Azərbaycan Respublikası DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" payların müəyyən edilməsi hissəsində qismən etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, S.Cəfərov küçəsi, 7 saylı fərdi yaşayış evi üzərində İddiaçı Mirzəağa qızının 5/6 hissədə, Cavabdeh Mirzəağa oğlunun isə 1/6 hissədə mülkiyyət paylan müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına və ekspertin rəyinə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə ünvan 5 saylı fərdi yaşayış evinin tərəflər arasında paylara uyğun şəkildə bölünməsi texniki cəhətdən mümkün olmadığından iddia tələbi təmin edilə bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat iddiaçılardan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evin 5/6 hissəsinə onun payının, 1/6 hissəsinə cavabdehin payının naturada mənzil şəkilində bölünməsi tələbinə dair idda ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-228/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-228/2024
13.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver