Məhkəmə qərarları › İş №2(008)-2283/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2283/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2283/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-NİN nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı «əsassız borcun hesab kodundan silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni massiv ünvanında yerləşən evin hesab koduna əsassız hesablanmış 3900,96 (üç min doqq yüz manat doxsan altı qəpik) manat kod (**********04563) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni massiv ünvanında yerləşən ona məxsus evin qaz xəttinə onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar təbii qazdan istifadəyə görə ******* saylı akt tərtib edərək 1620 manat məbləğində əsassız olaraq dəymiş ziyan hesablanmışdır. xx.xx.2022-ci il tarixdə “Azəriqaz’' İB-nin nümayəndələri yenidən qeyd olunan ünvanın qaz xəttinə onun iştirakı olmadan baxış keçirmiş onun imzası olmadan ******* saylı akt tərtib edərək manat məbləğində əsassız olaraq 540 (beş yüz qırx) manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2022-ci il tarixdə “Azəriqaz’' İB-nin nümayəndələri yenidən qeyd olunan ünvanın qaz xəttinə onun iştirakı olmadan baxış keçrmiş onun imzası olmadan akt tərtib edərək 1080 manat məbləğində əsassız olaraq manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2022-ci il tarixdə “Azəriqaz’' İB-nin nümayəndələri yenidən qeyd olunan ünvanın qaz xəttinə onun iştirakı olmadan baxış keçrmiş onun imzası olmadan ******* saylı akt tərtib edərək 298,08 manat məbləğində əsassız olaraq manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2022-ciil tarixdə Cavabdeh İB-nin nümayəndələri yenidən qeyd olunan ünvanın qaz xəttinə onun iştirakı olmadan baxış keçrmiş onun imzası olmadan ******* saylı akt tərtib edərək 362,88 (üç yüz altmış iki, səksən səkkiz) manat məbləğində əsassız olaraq manat dəymiş ziyan hesablanmışdır. Hesab koduna (**********04563) əsassız olaraq 3900,96 (üç min doqquz yüz manat doxsan altı qəpik) manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh İB-nin hesabladığı dəymiş ziyan qanunsuz və əsassızdır. Belə ki, akt tərtib olunarkən Cavabdeh İB-yi tərəfindən ona məlumat verilməmiş, onun imzası olmadan tərtib olunmuşdur. Bundan başqa qaz sayğacı dövlət yoxlamasından keçirilərkən onun iştirakı olmadan keçirilmişdir. Qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən qaz xəttinin üzərindən çıxarılarkən sayğacın üzərində olan plomplar yerində olmuşdur. Cavabdeh İBnin ərazi üzrə nəzarətçiləri hər ay sayğaca baxış keçirərək orada olan göstəriciləri bazaya işləyirlər. Əgər qaz sayğacının qaz sayğacının qoruyucu örtüyü oturacaqdan aralanması nəyə görə bununla bağlı tədbir görülməmişdir? Eyni zamanda qeyd etmək istəyir ki, maliyyə arayışında göründüyü kimi tərəfimdən hər ay qaz kartına pul vurmaqla təbii qazdan istifadə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ona hansı əsalarla borc yazıldığından xəbərsizdir. Borc məbləği şişirdilmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək e-2(008)-1823/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə üzrə dəymiş ziyanın ödənilməsi tələbinə baxılmış, qeyd edilən aktlar üzrə məhkəmə tərəfindən qərar qəbul edildiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1823/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməyə əsasən iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı 675 (altı yüz yetmiş beş) manat dəymiş zərər və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 705 (yeddi yüz beş) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Cavabdeh İB-nin hesabına ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5526/2023 nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1823/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1823/2023 nömrəli mülki iş üzrə iddia tələbindən görünür ki, iddiaçı Azəriqaz İB cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 3900.96 manat cavabdehdən tutulması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə araşdırması zamanı məlum olur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1823/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar əsasında yazılmış borc məbləğinə dair məsələ öz həllini tapmış, cavabdeh İddiaçı 675 (altı yüz yetmiş beş) manat dəymiş zərər və 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 705 (yeddi yüz beş) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Cavabdeh İB-nin hesabına ödənilməsi qərara alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İB-nə qarşı «əsassız borcun hesab kodundan silinməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh İB-nə qarşı «əsassız borcun hesab kodundan silinməsi» tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar