Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2288/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma, həmin yaşayış sahəsinə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma, həmin yaşayış sahəsinə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsii ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ona məxsus ünvan 1 saylı evdən əşyaları ilə çıxarılması və həmin evə iddiaçının köçürülməsi və maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, о, İddiaçı 2000-ci ildə Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci Mətlən küçəsi 80 “b” saylı evin tikintisini başa çatdıraraq elə həmin ildən qeydiyyatsız olaraq orda yaşamağa başlamışdır. Qeyd olunan əmlaka çıxarış almamışdır. Sonradan, 2005-ci ildə Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi 80 "b" saylı evə passport qeydiyyatına alınmasından ötrü Sabunçu Rayon Məhkəməsinə mütaciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2005-ci il tarixli, 2-1877 saylı qətnaməsinə əsasən iddia təmin olunaraq, İddiaçı Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi 80 "b” saylı evə passport qeydiyyatına alınması qət edilmişdir. Uzun müddət həmin evdə yaşamışdır. Bir gün ərinin dostu Cavabdeh1 еv almaq istədiyini она bildirmişdir. О, da öz növbəsində bu evi ona sata biləcəyini bildirmişdir və aralarında qeyrirəsmi müqavilə bağlanmışdır. Şifahi razılaşmaya əsasən satılan evin pulu Cavabdeh1 tərəfindən hissə-hissə ödəniləcəkdi. Alpay həmin evə köçdükdən sonra pulu ödəməməyə başladı. Hətta ərinin vasitəsi ilə Cavabdeh1 dəfələrlə pulun ödənilməməsi ilə bağlı şifahi xəbərdarlıqlar etmişdir. Lakin, Cavabdeh1 bütün xəbərdarlıqlara baxmayaraq bugünə qədər pulu ödəməmişdir. Sonradan оnа məlum olan şifahi məlumata əsasən, Cavabdeh1 ailə qurmuş və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Cavabdehlər onun xüsusi mülkiyyətiнdə olan evdən çıxmaq istəmirlər. Cavabdehlərə mənzildən çıxmaları barəsində dəfələrlə müraciət etmişdir, lakin onlar zəbt etdikləri evdən çıxmaqdan imtina edirlər, bu səbəbdən yaşayış sahəsinə, sahiblik və istifadə hüquqları pozulub. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X2 oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehinlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, halhazırda həmin evdə onun həyat yoldaşı Cavabdeh2 yaşasa da o yaşamır, gələckdə yaşmaq fikiri olmadığını bildirdi və buna dair yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 1877/2005 saylı 19 iyul 2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki İddiaçı ünvan 1 saylı evə qeydiyyata alınması qət edilmişdir. - İş matriallarında olan Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o iddia tələbini təmin edilməsinə etiraz etmir, onun və həyat yoldaşı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi ilə bağlı cavabdehlərin məhkəmə iclasında vermiş olduğu etirafedici izahatlar əsas götürülmə, iddia tələbinin cavabdehlərin mübahisəli evdən çıxarılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa məhkəmə iddia tələbinin iddiaçının ünvan 1 saylı evə köçürülməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 1877/2005 saylı 19 iyul 2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki İddiaçı ünvan 1 saylı özbaşına tikili olan evə qeydiyyata alınmış və uzun müddət həmin evdə yaşayaraq həmin evdən istifadə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının rəsmi qeydiyyatda olduğu özbaşına tikilidən məhrum edilməsi onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı qeyd edilən mübahisəli evə köçürürlməlidir. Bundan başqa məhkəmə iddia tələbinin iddiaçının ünvan 1 saylı evə münasibətdə maneələrinin aradan qaldırılması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən maneənin nədən ibarət olması, maneənin kim tərəfində yaradılması məhkəməyə məlum olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının dövlət rüsumunun ödənilməsi ilə bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 80 b saylı evdən əşyaları ilə birlikdə çıxarılsın. Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 80 b saylı evə İddiaçı köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2288/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2288/2022
22.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver