Məhkəmə qərarları › İş №2(008)-2303/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2303/2023

24.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2303/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, X9 və onların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20, X10, X16, X11, X17, X41 olmaqla “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20, X10, X16, X11, X17, X41 olmaqla “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş mülkiyyət hüququmun bərpa edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 onun xüsusi mülkiyyətində olan ünvan 2-dən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 2 4/1 hissədə o - İddiaçı, ½ hissədən bir hissədə X12, ½ hissədən bir hissədə X1, ½hissədən bir hissədə X5, ½hissədən bir hissədə X2, ½ hissədən bir hissədə X6 və ¼ hissədə X27 xüsusi paylı mülkiyyətindədir. ünvan 2 faktiki olaraq payçıların payına uyğun divarla bir-birindən ayrılmış, hər bir hissə ayrıca ev kimidir, ayrıca həyəti, giriş-çıxış qapısı vardır. Evin onun payına düşən hissəsində cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 yaşayır. Bir müddət onların onun evində yaşamasına etiraz etməsə də, lakin hal-hazırda onun həmin evə ehtiyacı olduğuna görə dəfələrlə cavabdehlərə müraciət edərək, evindən çıxmalarını tələb etmişdir. Lakin onlar onun tələbinə əməl etməyərək, bu günə kimi onun evində yaşamağa davam edirlər. Onun həyat yoldaşı şəhid bacısıdır, gözü görmür. O və həyat yoldaşı qanuni mülkiyyətində olan evinə köçüb yaşaya bilmir, evi cavabdehlər tərəfindən zəbt edilib. Həmçinin məhkəmənin nəzərinə onu da çatdırır ki, cavabdehlərin Məmmədli kəndi, Həsənbəy Ağayev küçəsində kürsüdə tikilmiş geniş evləri vardır. Evlərinin olmasına baxmayaraq cavabdehlər onun evindən çıxmaq istəmirlər. Həmin evin cavabdehlərə aid olmasını sübut etmək üçün iddia ərizəyə Məmmədli Bələdiyyəsinin məktubunu, eləcə də Cavabdeh3 adına qaz, su və işıq sayğacları barədə sənədləri və evin fotoşəkillərini də əlavə edir. Yuxarıda qeyd olunan səbəblərə əsasən pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi və cavabdehlərin qanunsuz sahibliyində olan evindən çıxarılmaları üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Və eyni zamaanda bildirmişdir ki, sözügedən ev paylı mülkiyyətdə olsada onların hər birinin ayrı-ayrı giriş çıxışı mövcuddur. Cavabdeh1 həmin ünvanda doğulduğu vaxtdan yaşasada onun ordan istifadə hüququ mövcud deyil. Və cavabdeh və ailə üzvüləri onun payına düşən hissədə yaşamaqdadır. Eyni zamanda iddiaçı sözügedən evə onun payının mövcud olduğunu bildirsədə, payların naturada ayrılmasına dair qətnmaənin mövcud olmadığını bildir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, X9 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, şifahi olaraq iddia tələbinə etiraz verərək bildirmişdir ki, cavabdehlərin mənzildən istifadə hüququ olduğundan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. İşdə iştirak edən şəxslərin qohumluq münasibətləri: Mənzil üzərində ilk dəfə mülkiyyət hüququ ½ pay X31, ½ pay isə X28 adına olmaqla 1974-cü ildə dövlət qeydiyyatından keçmişdir. X22 Yusif Nuhəddin oğlunun övladıdır. Yəni mübahisəli mənzil ata və oğlu arasında bərabər paylarla dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh X8 Rüfət Yusif oğlunun ana ayrı, ata bir olmaqla ögey qardaşıdır. X28 iki övladı var: İddiaçı və X45. X31 X23 başqa 3 övladı daha var. X21, X15 və Fəridə Ağayusif qızı. İş üzrə iddiaçılar birbiri ilə qardaşdır. İş üzrü üçüncü şəxslər bir-biri ilə qardaş-bacıdır. İş üzrə cavabdehlərdən Zərxanım İntiqamın arvadı, digərləri isə onların övladlarıdır. Mənzilin hazırki vaxtadək hüquqi və faktiki vəziyyəti: Mənzil əvvəlcədən Cavabdeh1 anasının anası Xanım Məlikovaya məxsus olmuşdur. Xanım Məlikovanın iki həyat yoldaşı olmuşdur ki, X55 onun ikinci həyat yoldaşı olmuşdur. 1974-cü ildə mənzil üzərində mülkiyyət hüququ 14 pay X31, ¼pay isə X28 adına olmaqla 1974-cü ildə dövlət qeydiyyatından keçmişdir. 2016-cı ilin noyabr ayında paylar olduğu kimi qalmaqla mənzilə dair Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli yeni çıxarış verilmişdir. Hazırda isə mənzil üzərində müəyyən edilən paylar aşağıdakı kimidir. X20 – ½ hissədən bir hissə, X13 – ½ hissədən bir hissə, X16 – ½ hissədən bir hissə, X11 – ½ hissədən bir hissə, X18 – ½ hissədən bir hissə, İddiaçı – ¼ hissə, X41 – ¼ hissə. Diqqət yetirdikdə müəyyən olunur ki, X28 iki övladı ondan qalan paya vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Digər payçı X31 övladlarından isə yalnız X4 övladları vərəsəlik hüquqlarını tanıdaraq mənzilə mülkiyyət hüquqları qeydə aldırmışlar. Lakin onun digər övladları, o cümlədən Cavabdeh1 anası Kamilə Tağıyeva isə mülkiyyət hüququnu qeydiyyata aldırmamışdır. Bunun səbəbi hələ mənə məlum deyil, vərəsəlik işi ilə tanış olduqdan sonra bu məsələyə aydınlıq gətirmək mümkündür. Lakin Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, çıxarışda qeyd edilən “1/2 hissədən bir hissə” ifadəsi qeyri-müəyyən ifadədir. Ola bilər ki, Kamilə Tağıyevanın payı açıq qalmışdır və gələcəkdə o da ½hissədən bir hissənin mülkiyyətçisi olacaqdır. Mənzilin faktiki vəziyyəti ilə bağlı isə qeyd edir ki, üzərində paylar əvvəldən iki hissəyə bölündüyü kimi, mənzil özü də faktiki olaraq naturada iki hissəyə bölünmüş, ayrıca giriş-çıxış qapısı var. Mənzilin bir hissəsində əvvəldən hazırki vaxtadək digər hissədən təcrid edilmiş vəziyyətdə cavabdehlər yaşamaqdadır. Cavabdehlərin mənzildən istifadə hüququ yaranmışdır və hazırda da mövcuddur. İntiqam Quliyev xx.xx.1965-ci ildə Babasının mülkiyyətində olan mənzildə doğulmuş və həmin vaxtdan hazırki vaxtadək fasiləsiz olaraq həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. 1989-cu ildə Cavabdeh3 ilə rəsmi nikaha daxil olmuş, Cavabdeh3 mənzilə gəlin köçmüşdür və hazırki vaxtadək həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Onların birgə nikahından olan uşaqları da həmin mənzildə doğulmuş və hazırki vaxtadək qeydiyyatda olmaqla yaşayırlar. Digər tərəfdən, iddiaçı bildirir ki, cavabdehlərin Məmmədli kəndində başqa yaşayış sahəsi var. Bunu həmin evə dair Cavabdeh3 adma kommunal müqavilələr olması və bələdiyyənin məktubu ilə guya əsaslandırmağa çalışırlar. Əvvəla həmin ev Cavabdeh3 məxsus deyil və nə Cavabdeh3, nə də digər cavabdehlər həmin evdən istifadə etmirlər. Cavabdehlər hazırda olduğu kimi daimi olaraq mübahisəli mənzildə yaşamış və oranı heç vaxt tərk etməmişlər. Bələdiyyənin məktubundan da göründüyü kimi Məmmədli kəndində yerləşən evin torpaq sahəsinin mülkiyyətçisi başqa şəxsdir. Lakin Məhkəmə nəzərə almalıdır ki, iddiaçının bu dəlilinin iş üçün heç bir əhəmiyyəti yoxdur. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinini 60-cı maddəsi haqqında ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2- ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədər və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Bu qaydanı analogiya üzrə xüsusi mülkiyyətdə olan evə tətbiq etdikdə, cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidirlər. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 JVs-li qərarının 9-cu bəndinə görə belə hallarda məhkəmə şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Həmin qərardan görünür ki, bu sübutlara şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədlər ola bilər. Hazırkı işdə belə sənədlər yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə görə də əgər şəxs hər hansı bir səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edibsə, o, yaşayış yerini itirmir. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehlərin yaranmış mənzildən istifadə hüquqları hazırda da mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Sonda qeyd etmək istəyirəm ki, iddiaçının guya cavabdehlərin yaşadığı hissənin onun payına düşən hissə olması barədə qeyd etdikləri də həqiqəti əks etdirmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişir. Məhkəmə iclasının vaxtı və yrei barədə lazımı qaydada məlumatlandırılmış digər cavabdehlər və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə digər cavabdehlərin və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin Reyestrindən çıxarışdan görünür ki, Balaxanı qəsəbəsi, Səfərəliyev küçəsi, 2 ünvanında yerləşən ev X46 və X56 olmaqla ½ pay verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.5 kv.m olan torpaq sahəsi ½ hissə X57, ½ hissə X29 mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 38.5 kv.m olan fərdi yaşayış evi X20 – ½ hissədən bir hissə, X13 – ½ hissədən bir hissə, X16 – ½ hissədən bir hissə, X11 – ½ hissədən bir hissə, X18 – ½ hissədən bir hissə, İddiaçı – ¼ hissə, X41 – ¼ hissəsi olmaqla mülkiyyətdədir. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və başqaları rəsmi qeydiyyatdadırlar. Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 5-18/1518/23 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 ünvan 2 ünvanında yaşayırlar. Abşeron Rayon Məmmədli Bələdiyyəsinin 39 nömrəli, 27 yanvar 2023-cü il tarixli vəklini sorğusuna cavab məktubundan görünür ki, ətrafda yaşayan qonşularla sorğu zamanı bildirilmişdir ki, yaşayış yeri Cavabdeh3 və oğlu tərəfindən istifadə olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-11890/2023 nömrəli sorğuya cavab məktubunda görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ½ hissədən bir hissəsi X6, ½ hissəsi X3, ½ hissədən bir hissəsi X7, ½ hissədən bir hissəsi X1, ½ hissədən bir hissəsi X14, ¼ hissəsi X27, ¼ hissəsi isə İddiaçı adlarına qeydiyyata keçmiş və hazırda mülkiyyətlərindədir. Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 və X24 xx.xx.1989-cü il tarixdə nikaha daxil olmuşlar. Nika Akt qeyd xx.xx.1989-cu il tarixdə 1128 nömrəli aktla qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1990-cı il tarixdə doğulmuşdur, atası Cavabdeh1, anası isə Cavabdeh3dır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1994-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh1, anası isə Cavabdeh3dır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.2001-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh1, anası isə Cavabdeh3dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin analoji münasibətləri tənzimləyən 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilin ¼ hissəsinə paylı mülkiyyət hüququna malikdir. Paylı mülkiyətçi kimi mülkiyyətçinin payı üzrə əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququ vardır. Lakin sözügedən mənzildən istifadə qaydaları və iddiaçıya mənzilin hansı hissəsində payın (otaq) məxsus olması dəqiq müəyyən olunmamışdır. İşin mübahisə olunamayan halı isə bundan ibarətdir ki cavabdeh X33 isə doğulduğu gündən habelə ailə üzvüləri olan digər cavabdehlər sözügenə fərdi yaşayaış evində yaşamışdır. İddiaçı cavabdehlərin məhz onun payına düşən hisssəsində yaşamış olduğunu bildirsə də, cavabdehlər bu halı qəbul etmirlər. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya mübahisəli mənzilin hansı otaqlarının məxsus olması və mənzildən istifadə qaydaları dəqiq müəyyən edilmədiyindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 onun xüsusi mülkiyyətində olan ünvan 2-dən əşyaları ilə birlikdə çıxarılmaları barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu İddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X19 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20, X10, X16, X11, X17, X41 olmaqla “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar