Məhkəmə qərarları › İş №2(008)-2305/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2305/2022

22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2305/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi X1 ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi «EyvAZova Sona Adışirin qızı ilə, ŞahbAZova Sona Adışirin qızının eyni şəxs olması» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi «EyvAZova Sona Adışirin qızı ilə, ŞahbAZova Sona Adışirin qızının eyni şəxs olması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək EyvAZova Sona Adışirin qızı ilə, ŞahbAZova Sona Adışirin qızının eyni şəxs olması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o - Ərizəçi xx.xx.1959 -cu ildə Sabirabad rayonunun Moranlı kəndində anadan olmuşdur. Anası EyvAZova Sona Adışirin qızı 1924cü ildə Salyan rayonunda anadan olub və xx.xx.2005-ci ildə Salyan rayonunun Noxudlu kəndində vəfat etmişdir. xx.xx.1959-cu ildə Moranlı kənd sovetliyindən onun üçün “Doğum haqqında Şəhadətnamə” alanda ananın soyadı səhvən ŞahbAZova yAZılmışdır. Halbuki, ananın soyadı EyvAZova olmalı idi. Çünki xx.xx.1954-cü ildə anadan olmuş, hal- hAZırda Salyan rayonunda yaşayan ana bir, ata ayrı olan bacının “Doğum haqqında Şəhadətnamə”sində və ananın “Ölüm haqqında Şəhadədnamə”sində ananın soyadı EyvAZova kimi qeyd olunmuşdur. Bundan əlavə AZərbaycan Respublikası X3 fılialının 393 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışı da bunu təsdiq edir. xx.xx.2022-ci il tarixdə mülki iş məhkəmə baxışı təxir edilərək müvafiq prosessual hərəkətlər edilməklə məhkəmə iclası 22 iyun 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmiş, EyvAZova Sona Adışirin qızı ilə, ŞahbAZova Sona Adışirin qızının eyni şəxs olmasına dair ərizənin təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1959-cu il tarixdə Sabirabad rayonu, Moranlı kəndində doğulmuşdur. Anası ŞahbAZova Sona Adışirin qızıdır. xx.xx.1981-ci il tarixli familiyanın, adın, ata adının dəyişilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, ŞahbAZov Məlikəjdər Səmid oğlu adını və soyadını dəyişdirərək Ərizəçi etmişdir. 16 fevral 1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, EyvAZova Arifə Müslüm qızı xx.xx.1954-cü il tarixdə Salyan rayonu, Noxudlu kəndində doğulmuşdur. Anası EyvAZova Sona Adşirin qızıdır. 14 oktyabr 2020-ci il tarixli, 393 nömrəli Milli Arxiv İdarəsinin arxiv arayışından görünür ki, X3 filialında mühafizə olunan Salyan filialında mühafizə olunan Salyan Rayon Arbatan kənd ZDS İcraiyyə Komitəsinin arxiv sənədlərində (noxudlu kənd üzrə) o cümlədən 1969-1971-ci ilin 487 nömrəli, 1972-1974-cü ilin 432 nömrəli, 1974-1976-cı ilin 424 nömrəli, 1977-1979-cu ilin 781 nömrəli təsərrüfatbaşına kitablarında EyvAZova Sona Adışirin qızının təsərrüfatlarının surəti arayışa əlavə olunmuşdur. 487 nömrəli, 1970-ci il tarixli şəxsi hesabdan görünür ki, EyvAZova Sona Adışirin qızının ailə üzvülərini kimi oğlu- 1957-ci il təvəllüdlü EyvAZov Malik Səməd oğlu, qızı – 1954-cü il təvəllüdlü EyvAZova Arifə Müslüm qızı qeyd edilmişdir. 1972-ci ildən-1973-cü ilədək olan şəxsi hesabdan görünür ki, EyvAZova Sona Adışirin qızının ailə üzvülərini kimi oğlu- 1957-ci il təvəllüdlü EyvAZov Malik Səməd oğlu, qızı -1954-cü il təvəllüdlü EyvAZova Arifə Müslüm qızı qeyd edilmişdir. 424 nömrəli, 1976-cı il tarixli şəxsi hesabdan görünür ki, EyvAZova Sona Adışirin qızının ailə üzvülərini kimi oğlu- xx.xx.1959-cu il təvəllüdlü ŞaxbAZov (EyvAZov) Malikəjdər Səməd oğlu, qızı – 1954-cü il təvəllüdlü EyvAZova Arifə Müslüm qızı qeyd edilmişdir. 781 nömrəli, 1977-ci il tarixli şəxsi hesabdan görünür ki, EyvAZova Sona Adışirin qızının ailə üzvülərini kimi oğlu- xx.xx.1959-cu il təvəllüdlü ŞaxbAZov (EyvAZov) Malikəjdər Səməd oğlu, qızı – 1954-cü il təvəllüdlü EyvAZova Arifə Müslüm qızı qeyd edilmişdir. AZ-İ seriyalı, 159556 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, EyvAZova Sona Adışirin qızı xx.xx.2005-ci il tarixdə Miokard infarktı səbəbindən Salyan rayonu, Noxudlu kəndində ölmüşdür. Bakı şəhəri Maraqlı şəxs xx/xx-1109 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1959-cu il tarixli, 6 saylı doğum akt qeydində ana qrafasında –ananın soyadı ŞahbAZova, bacının EyvAZova Arifə Müslüm qızının Salyan Rayon Qeydiyyat Şöbəsi tərərfindən qeydə alınmış xx.xx.1970-ci il tarixli, 29 saylı doğum akt qeydində Ana qrafasında ananın soyadı EyvAZova və Salyan rayonu Arbatan kənd üzrə ərAZi nümayəndəliyində qeydə alınmış xx.xx.2005-ci il tarixli, 51 saylı ölüm akt qeydində ananın soyadı EyvAZova yAZıldığından eyni şəxs olması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu barədə məlumatlandırılmışdır. AZərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Belə ki, məhkəməyə müraciət etmiş ərizəçi xüsusi icraatlı iş üzrə özünün ərzəçi olduğunu qeyd etsədə maraqlı şəxs qismində heç bir şəxsi və ya orqanı qeyd etməmişdir. Qey edilən nöqsanın aradan qaldırılması üçün ərizəçiyə kifayət qədər vaxt verilmiş və nöqsanın aradan qaldırılmadığı təqdirdə işin gələcək nəticəsi barədə məlumatlandırılmasına baxmayaraq, ərizəçi tərəfindən qeyd edilən nöqsan aradan qaldırılmamışdır. AZərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsasən və AZərbaycan Respublikası MPM-nin 259, 268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi «EyvAZova Sona Adışirin qızı ilə, ŞahbAZova Sona Adışirin qızının eyni şəxs olması» tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar