Məhkəmə qərarları › İş №2(008)-2308/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2308/2023

18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2308/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakları ilə, Ərizəçi 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə mirasın qəbulu müddətinin bərpası tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüş, X1ndan miras qalmış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi (keçmiş Anaşkin küçəsi), 12 №-li evin, 43.1 kv. metr ümumi sahədən ibarət 1 otaqlı 12 №-li mənzilinin miras əmlak kimi tərəfindən qəbulu üçün ötürülmüş müddətin üzrlü sayılaraq uzadılması (bərpa edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, keçmiş Anaşkin küçəsi, indiki Əliyar Əliyev küçəsi, 12 №-li evin bir otaqlı 4 №-li mənzili xüsusi mülkiyyətinə keçirmiş və aldığı tarixdən də bu günə kimi, yaşayış yeri üzrə qeydiyyata alınaraq, ailə üzvləriylə birlikdə yaşayır. 2***-ci illərin əvvəllərində, yuxanda qeyd etdiyi bir otaqlı mənzildə ailə üzvləri olan qız uşaqlarıyla bir otaqda yaşamağının mümkünsüz olması səbəbindən, həmin mənzillə eyni binada yerləşən, Bakı şəhəri, Sabunçu, rayonu, Sabunçu qəsəbəsi, keçmiş Anaşkin küçəsi (indiki Əliyar Əliyev küçəşi) 12 №-li evin 43.1 kv. metr ümumi sahədən ibarət 1 otaqlı 12 №-li mənzilini şəxsi vəsaitiylə X1nın adına almış, onun xüsusi mülkiyyətinə keçirmiş və aldığı tarixdən də bu günə kimi həmin mənzilə faktiki sahiblik edərək, bu günə kimi ailə üzvləriylə birlikdə yaşayır. X1 xx.xx.2020-ci il tarixdə qeydiyyatda olduğu və faktiki yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 96, mənzil 79-da vəfat etmişdir. Yuxarıda qeyd etdiyi miras əmlak hesab olunan həmin mənzili X1nın adıa alınmasına və TİMHQİ-də xüsusi mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınmasına baxmayaraq, o, həmin mənzildə heç bir vaxt yaşamamış, qeydiyyatda olmamış, ona sahiblik etməmişdir. Anasından miras qalmış həmin mənzili aldığı gündən hazırkı vaxtadək ailə üzvləriylə birlikdə yaşadığından və həmin mənzilə sahiblik edərək, ona dair bütün kommunal və digər xərcləri şəxsən ödədiyindən, ərizəçi vərəsə olaraq həmin mənzili miras əmlak kimi qəbul etmiş sayılır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində Bakı 4 saylı Maraqlı şəxsotariat Ofisinə müraciət edib, vərəsə olmağı barədə bütün lazımi sənədləri təqdim edərək, mənzilini anasının adına almağını, aldığı gündən də bu günə kimi, 20 ildən artıq müddətdə həmin mənzildə yaşadığını, ona faktiki sahiblik etdiyini bildirmiş və həmin mənzilə dair adıma vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Lakin, 4 saylı Bakı Maraqlı şəxsotariat Ofisi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətin ötürüldüyünə görə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyi barədə tövsiyyə etmişdir. Anası öldüyü məqamdan, yəni xx.xx.2020-ci il tarixdən sonra pandemiya ilə əlaqədar qadağalar tətbiq edildiyindən, uzun müddət xəstə olan ailə üzvlərininin müalicəsi ilə məşğul olduğundan və vərəsəlik hüququ haqqında qanunvericiliyi bilmədiyindən miras qalan mənzili qəbul etməyi barədə ərizə verməli olduğunu bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatının dinləyib, iş materiallarının arşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1062-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur, Bakı şəhəri Sabunçu rayonunda qeydiyyatdadır, onun X1, atası X4r ( AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, 020467 №-li doğum haqqında şəhadətnamə). Onun mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, keçmiş Anaşkin küçəsi, indiki Əliyar Əliyev küçəsi, 12 №-li evin bir otaqlı 4 №-li mənzili var (Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsin tərəfindən verilmiş 033018 №-li Qeydiyyat vəsiqəsi). Ərizəçinin X1 xx.xx.2020-ci il, atası X8 xx.xx.1988-ci il tarixdə ölmüşdülər (109562 və 472726 №-li ölüm haqqında şəhadətnamələr). Ərizəçinin X1nın mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi (keçmiş Anaşkin küçəsi), 12 №-li evin, 43.1 kv. metr ümumi sahədən ibarət 1 otaqlı 12 №-li mənzili olmuşdur. Ərizəçinin və anasının mülkiyyətində olan mənzillər yanaşı mənzillərdir. Ərizəçinin X1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 96, mənzil 79-da qeydiyyatda olmuşdur (08823946 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Ərizəçinin ərizəsi əsasında 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmış, mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətin ötürüldüyünə görə ötürülmüş müddətin bərpası üçün notrarius tərəfindən məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir (notariusun xx.xx.2022-ci il tarixli, 2686 nömrəli imtina məktubu). xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Məmmədova Telnara (ərizəçinin bacısı), X9 və X7 (ərizəçinin qardaşları) miras mənzilin analarının adında olmasına baxmayaraq, həmin mənzilin qardaşları Ərizəçi tərəfindən alındığını, onun ailəsi ilə birlikdə həmişə həmin mənzildə yaşadığını, onların heç birinin həmin mənzilə iddialı olmadıqlıarı barədə şahid qismində ifadə vermişdilər. Şahidlərin ərizəçinin bacı və qardaşları olması faktı aşağıdakı sənədlərlə təsdiq edilmişdir: Məmmədova Telnara – Gürcüstan Respublikası Dmanisi VRA xidməti tərəfindən verilmiş 24156***709 №-li doğum haqqında şəhadətnamə, 004557 №-li nikah haqqında şəhadətnamə; X7 – 020033 №-li doğum haqqında şəhadətnamə. X9 doğum haqqında şəhadətnaməsini tapmadığını bildirmiş, lakin digər şahıidlər onun da onların qardaşı olması faktını təsdiq etmişdilər. Hazırda ərizəçi mərhum anasına məxsus olmuş daşınmaz əmlakın qəbul edilməsi müddətinin uzadılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçi miras qoyanın birinci növbə olan vərəsəsi olduğundan, vərəsəliyin qəbulunda mübahisə olmadığından, ərizəçi üzrlü səbəblərdən vaxtında müraciət etmədiyindən ərizə təmin edilməli və miras əmlakların qəbul edilməsi müddəti ona nisbətdə uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüş X2 miras qalmış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi (keçmiş Anaşkin küçəsi), 12 №li evin, 43.1 kv. metr ümumi sahədən ibarət 1 otaqlı 12 №-li mənzilin miras əmlak kimi Ərizəçi tərəfindən qəbulu üçün ötürülmüş müddət üzrlü sayılaraq uzadılsın (bərpa edilsin) . Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar