Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2342/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi X1 ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı « ASAN Xidmət» X3maqla doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı « ASAN Xidmət» X3maqla doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2010-cu il tarixdə Binəqədi rayonu, Məlikov adına 6 saylı doğum evində bir oğlan uşağının doğması faktının müəyyən edilməsini məhkədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o həyat yoldaşı X6 ilə qeyri rəsmi ailə həyatı quraraq birgə yaşamışıdr. Birgə münasibətlərindən xx.xx.2010-cu il tarixdə uşağları dünyaya gəlmişdir. Ərizəçi azyaşlı olduğundan uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. O, 4 saylı Bakı Asan Xidmət Mərkəzinə müraciət etsə də, ailədə olan müəyyən problemlər ssbəbindən vaxtında şəhadətnamə ala bilməmişdir. Hal-hazırda uşağ sağlamdır. Uşağın doğumu qeyri-rəsmi Məlikov adına 6 saylı doğum evində baş tutmuşdur. Hazırda uşağın məktəbdə təhsil alması üçün şəhadətnamənin düzəldilməsi vacibdir. Uşağın 6 saylı doğum evində doğulmağı barədə arayış ala bilmir. Məhkəmənin iclasında iştirak edən ərizəçi ərizəni müdafiyə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin vermiş olduğu sorğusuna Ə.D.Məlikov adına X5 xx.xx.2022-ci il tarixli, 325 saylı cavab məktubundan görünür ki, xx.xx.2010-cu il tarixdə Ərizəçi Ziyadxan qızı Ə.D.Məlikov adına X5 Doğum evinin Doğum şö bəsində 3500 qr boyu 51 sm olan diri oğlan uşağı dünyaya gətirmişdir. Məhkəmə ərizəçinin izahatını, mülki işin matriallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli Ə.D.Məlikov adına X5 verdiyi arayışdan məlum olur ki, uşaq Əhmədbəyli kənd xəstəxanasında xx.xx.2015-ci il tarixdə doğulmuşdur, həmçinin cinsi, yaşı, çəkisi də ətraflı qeyd edilmişdir. Göründüyü kimi ərizəçi qeyd edilən uşağın doğulmasını təsdiq edən Ə.D.Məlikov adına X5 verdiyi rəsmi sənədi (arayışı) təqdim etməklə, doğum şəhadətnaməsinin alınması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etməli, həmin orqandan ona imtina olunduğu halda isə orqanın hərəkətləri ilə bağlı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, 259.0.10-cu maddəsinə görə isə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı « ASAN Xidmət» X3maqla doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2342/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2342/2022
22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver