Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2344/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi "mərhum qardaşı X1 xx.xx.2024-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi" barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi "mərhum qardaşı X1 xx.xx.2024-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, hazırkı iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə o halda aid ola bilər ki, Ərizəçi göstərilən məhkəmənin yurisdiksiyasına daxil olan ərazidə yaşaması müəyyən edilsin. Lakin Ərizəçi şəxsiyyət vəsiqəsi məlumatlarından və iddia ərizəsindən göründüyü kimi, onun həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvan Tovuz rayonu Qaradaş kəndidir. O, hazırkı ərizəsinə Bakı şəhərinin Sabunçu rayonu ərazisində yaşamasını təsdiq edən sənəd əlavə etməmişdir. Eyni zamanda, işdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı "ASAN Xidmət" mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda da onun ünvanı kimi ünvan 3 hazırkı iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı deyil. Bu səbəbdən də ərizə geri qaytarılmalıdır. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə yaşadığı yer üzrə Tovuz Rayon Məhkəməsinə müraciət edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə görə, ərizədə iddiaçının soyadı, adı, atasının adı ilə yanaşı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar da göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi iddia ərizəsinin ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsaslardan biridir. Müəyyən edildi ki, Ərizəçi iddia ərizəsində atasının adını "İlyas" kimi göstərmiş, "Elektron Məhkəmə" informasiya sistemində isə Ərizəçi İlyas oğlu adlı şəxs barədə məlumat yoxdur. Həmin sistemdə olan məlumat Ərizəçi aiddir. Bu hal da hazırkı ərizənin geri qaytarılmasına əsas verir. Odur ki, ərizəçi yenidən məhkəməyə müraciət etdikdə, bu nöqsanı da aradan qaldırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, hazırkı ərizə qaytarıldığına görə Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 50 manat və xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 50 manat, cəmi 100 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, qərara aldım: Ərizəçi "mərhum qardaşı X1 xx.xx.2024-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi" barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 50 manat və xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 50 manat, cəmi 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X5.
Məhkəmə qərarları › İş №2(008)-2344/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2344/2024
08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver