Məhkəmə qərarları › İş №2(008)-2345/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2345/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2345/2023 19.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 avro məbləğində borcun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 əvvəlcə onun etibarını qazanaraq biznesmen olduğunu və uğurlu ticarət qurduğunu bildirmiş, onunla şərik olmaq üçün davamlı xahişlər etmiş, 20000 avro pulu aldadaraq ələ keçirmiş, həmin puldan 2400 manat qaytarmış və sonradan əlaqəni kəsmişdir. Cavabdehi 7-8 ildir ki, tanıyır. xx.xx.2016-cı il tarixində o, Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə ərizə ilə müraciət edərək, cavabdeh Cumanovun barəsində tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər və bildirmişdir ki, cavabdeh heç vaxt ödənişlər etməmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, yanvar ayından bu günə kimi 200 avro ödəniş etmiş, qalan borcun isə tutulmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, Cavabdeh Yasamal RPİ-nin İstintaq Şöbəsində xx.xx.2018-ci il tarixdə verdiyi yazılı izahatında kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıdan hər ay 700-800 manat qaytarmaq şərti ilə 20000 avro məbləğində pul götürdüyünü bildirmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, 20000 avro pulun iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisəsiz halıdır. Həmin pulun verilməsinə dair yazılı müqavilə yoxdur. Cavabdeh 2400 manat pulun qaytarıldığını bildirsə də, iddiaçı ona pul qaytarılmadığını qeyd edir. Mübahisəli hal iddia tələbinin qeyd olunan 2400 manat hissəsidir. Məhkəmə hazırki iddia tələbinin hüquqi əsaslarını nəzərdən küçirərək hesab edir ki, iddiaçı cavabdehdən pulunu Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tərəflərin izahatlarından və iş materiallarından göründüyü kimi iddiaçı 20000 avro məbləğində pulu cavabdehə vermiş, cavabdeh isə bu pulla öz bisnesini böyütmüş, bu da cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Bunun üçün heç bir qanuni əsas olmamışdır. Buna görə də, iddiaçı tərəfindən cavabdehə verilmiş pul ona geri qaytarılmalıdır. Məhkəmə tədqiqatı zamanı məhkəmə sübutları araşdırarkən mübahisənin həlli üçün iki sübuta istinad etmişdir. Onlardan biri cinayət işinin rədd olunması qərarında istinad olunan Cavabdeh yazılı izahatıdır, digər sübut isə Cumanovun özünün məhkəmədə qeyd edilən borcunun olması. Lakin, hər iki halda Cumanov onun 20000 avro puldan 2400 manatını geri qaytardığını bildirir. Bu səbəbdən də məhkəmə hesab edir ki, belə olan halda borcun həqiqətən də 20000 avro olduğuna dair sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, bunu sübuta yetirə bilməmişdir. Buna görə də bir halda ki, məhkəmə məhz Cumanovun etirafı nəticəsində borcun mövcudluğunu müəyyən edirsə, onun ödədiyini bildirdiyi borcu da ondan tutmaq qanunauyğun olmaz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə hesab edir ki, tərəflər arasında hesablar Avro ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdehdən tutulmalı olan pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20000 min avrodan ödəniş gününə olan manat məzənnəsinə uyğun olaraq 2400 manat çıxıldıqdan sonra qalan pul məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar