Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2348/2022 23.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakları ilə, Ərizəçi Bakı şəhəri 4 saylı notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri 4 saylı notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdə ölmüş atası X1 babası Abdin Aslan oğlundan miras qalmış (Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərAZisində yerləşən 0.82 ha torpaq sahəsinə) dair əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri, 4 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdi. 4 saylı Notariat ofisi xx.xx.2021-ci il tarixli 58/2021 nömrəli məktubu ilə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxılması, mirasın ardıcıl olaraq, babası, atası və ərizəçi tərəfindən qəbulu faktının, həmçinin Abdin Aslan oğlunun ölüm faktını təsdiq edən sənədlərin və miras əmlak üzərində Abdin Aslan oğlunun mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin təqdim edilmədiyi bildirilmiş və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Notariusun məktubunda göstərilən halların hamısı aşağıdakı müvafiq sənədlər əsasında təsdiq edilir. AZərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2008-ci il tarixli 9/21 saylı məktubuna əsasən Abdin Aslan oğunun Kürdəxanı kəndində 1800kv sajına bərabər torpaq sahəsinin olduğu təsdiq olunur. 1894-cü ildə doğulmuş Namdar Abdin oğlunun atası-Abdin Aslan oğlunun 3 noyabr 1949-cu ildə doğulmuş Ərizəçi ulu babası olması hüqu əhəmiyyətli faktı Sabunçu rayon məhkəməsinin 2(008]-216/2016 saylı qərarı ilə təsdiq edilmişdir. Namdar Abdin oğlunun doğum şəhadətnaməsinə əsasən onun atasının Abdin Aslan oğlu olduğu təsdiq edilir. AZərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2015-ci il tarixli 13 saylı • məktubu ilə babası Namdar Abdin oğlunun xx.xx.1931-ci il tarixdə vəfat etməsi faktı. göstərilmişdir. Sabunçu rayon qeydiyyat şöbəsinin xx.xx.2015-ci il tarixli arayışına əsasən X5 və Təbiyə Həbib qızının 1947-ci ildə nigahlarının qeydə alındığı göstərilir. Ərizəçinin doğum haqqında şəhadətnaməsində Abdin Nəmdər və Təbiyə Həbib qızının onun valideynləri olduğu təsdiq edilir. 443519 saylı ölüm haqqında şəhadətnamə ilə X1 xx.xx.2010-cu ildə vəfat etdiyi göstərilir. 771890 saylı ölüm haqqında şəhadətnamə ilə Təbiyə Həbib qızı xx.xx.1988-ci il tarixdə vəfat etdiyi göstərilir. Göründüyü kimi, notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas kimi tələb olunan hallar və proseslərin ardıcıllığı müvafiq rəsmi sənədlərlə təsdiq edilir.Mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılması ilə bağlı bildirilir ki, miras əmlak faktiki olaraq atası, daha sonra ərizəçi tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatının dinləyib, iş materiallarının arşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. HAZırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1949-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır (Sabunçu RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş ******* №-li şəxsiyyət vəsiqəsi). xx.xx.1949-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 atası Abdin Nəmdər oğlu, anası Təbiyyə Həbib qızıdır (1213764 №-li doğum haqqında şəhadətnamə). X6 xx.xx.1976-cı il tarixdə X12 ilə nikahını bağlamış, ona Rəhimova soyadı verilmişdir. Ərizəçinin atası X4 xx.xx.2010-cu ildə ölmüşdür (443519 saylı ölüm haqqında şəhadətnamə). Ərizəçinin anası Təbiyə Həbib qızı xx.xx.1988-ci il tarixdə ölmüşdür (771890 №-li ölüm haqqında şəhadətnamə). Ərizəçinin atası Abdin Namdar oğlu xx.xx.1923-cü il tarixdə doğulmuşdur, onun atası Namdar Abdul oğlu, anası Bibi xanım Çimər qızıdır (AZərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, A-45 №-li arxiv arayışı). Namdar Abdin oğlu xx.xx.1931-ci il tarixdə ölmüşdür (AZərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, N-13 №-li arxiv arayışı). Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 1894-cü ildə doğulmuş Namdar Abdin oğlunun atası-Abdin Aslan oğlunun xx.xx.1949-cu ildə doğulmuş Ərizəçi ulu babası olması faktı müəyyən edilmişdir. Beləliklə, Abdin Aslan oğlu ərizəçinin babası Namdar Abdin oğlunun (atasının atası) atasıdır. Abdin Aslan oğlu 1855-ci ildə doğulmuşdur (AZərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, K-196/a.x №-li arxiv arayış). Abdin Aslan oğlunun ölümü haqqında mühafizə edilən sənədlərdə 1923-1924-cü illə dair məlumat aşkar edilməmiş, 1919-1922-ci illərə dair isə ölüm haqqında qeydiyyat haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. AZərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2008-ci il tarixli 9/21 saylı məktubuna əsasən Abdin Aslan oğunun Kürdəxanı kəndində 1800 kv sajına bərabər torpaq sahəsi olmuşdur. Bakı şəhər İcra Hakmiyyəti Başçısının 323 №-li xx.xx.2011-ci il tarixli Bilgəh- Sumqayıt yolunun Nardaran və Kürdəxanı qəsəbələri hissəsində tikinti sahəsinə düşən ərAZilər haqqında sərəncamı ilə AZərbaycan Respublikası Prezidentinin 2930 saylı xx.xx.2009-cu il tarixli sərəncamına əsasən Bilgəh-Sumqayıt avtomobil yolunun Nardaran və Kürdəxanı qəsəbələri ərAZisindən keçən hissəsində xeyli miqdarda yaşayış və qeyriyaşayış obyektlərinin, habelə torpaq sahələrinin tikinti sahəsinə düşüyü üçün "xxxx" ASC tərəfindən yaxın gələcəkdə söküləcəyi ilə əlaqədar Bilgəh-Sumqayıt avtomobil yolunun Nardaran və Kürdəxanı qəsəbələri ərAZisindən keçən hissəsində vətəndaşların istfadələrində olan yaşayış və qeyri-yaşayış sahələrinin torpaq sahələri həmin bələdiyyələrin mülkiyyətinə təhvil verilmişdir. Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi tərəfindən ərizəçiyə göndərilən 29 №-li, xx.xx.2009-cu il tarixli məktubundan görünür ki, ərizəçiyə məxsus torpaq sahəsinin bir hissəsi "xxxx" MMC-nin layihəsinə düşmüş, keçmiş dəmir yolunun Şimal hissəsinin bir hisssəsi isə ərizəçinin istifadəsində qalmış, « KROKUS MMC"-nin fəaliyyəti maliyyə böhranı ilə əlaqədar dayandığına görə bir neçə müddətdən sonra layihəyə düşən hissənin konpensasiyasının ödəniləcəyi, layihəyə düşməyən hissələrinin isə Kürdəxanı Bələdiyyəsində sənədləşmə başlayacağı təqdirdə ərizəçinin adına sənədləşəcəyi, hAZırda ərizəçiyə məxsus olan sahənin Kürdəxanı Bələdiyyəsi tərəfindən heç bir kəsə icarəyə verilmədiyi və alqı-satqı olunmadığı bildirilmişdir. Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Bakı şəhəri 4 saylı notariat ofisinə müracitə etmiş, notariat ofisi aşağıdakı əsaslarla imtina etmişdir: mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxılmaşı; mirasın ardıcıl olaraq ərizəçinin babası, atası və özü tərəfdən qəbulu faktını təsdiq edən sənədlərin təqdim olunmaması; Abdin Aslan oğlunun ölüm faktını təsdiq edən sənədlərin təqdim olunmaması; miras əmlak üzərində Abdin Aslan oğlunun mülkiyyət hüquqlarını təsdiq edən sənədin təqdim olunmamışı. HAZırda ərizçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. AZərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. AZərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə Bakı şəhəri 4 saylı notariat ofisi tərəfindən verilmiş imtiannın əsaslarına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, AZərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2008-ci il tarixli 9/21 saylı məktubuna əsasən Abdin Aslan oğunun Kürdəxanı kəndində 1800 kv sajına bərabər torpaq sahəsi olmuşdur. Beləliklə, dövlətin milli arxivində Abdin Aslan oğunun adında torpaq sahəsinin olması barəd məlumat mövcuddur. 1855-ci ildə doğulmuş Abdin Aslan oğunun ölüm faktf barədə məlumat arxivdə aşkar edilməmiş, lakin 165 il yaşaması mümkün deyil. Bundan başqa, məhkəmə müəyyən etimşdir ki, ərizəçi miras əmlaka sahiblik etməyə faktik başlamışvə bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Belə ki, qeyd edildiyi kimi, həmin torpaqda həmin dövr üçüçn marağı olan "xxxx" ASC və "xxxx" MMC məhz ərizəsiçiyə müraciət etmişdilər. Elektron məhkəmə sistemindən ərizəçinin adında Kürdəxanı qəsəbəsində hər hansı digər bir torpq sahəsinin olması barədə məlumat aşkar edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ərizəçi tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilməlildir. Eyni zamanda məhkəmə hesab edir ki, ərizə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsi barədə hissəsi təmin edilə bilməz. Belə ki, iş üzrə cavabdeh olmayan tərəfin üzərinə hər hansı bir öhdəliyin qoyulması yolverilməz haldır. Digər vərəsələrin olmadağı və torpaq sahəsinə hüququn qanunamüvafiq qaydada rəsmiləşdirildiyi halda həmin şəhadətənamənin verilməsi mümkündür. Yuxarıda göstərilənlərə əsasən və AZərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2348/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2348/2022
23.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver