Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2360/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “akt ləğv edilməsi və borcun silinməsi” təlbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “akt ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - “ARDNŞ”-nın Cavabdeh tərəfindən hesablanmış 366,95 manat borcunun silinməsi, eləcə də xx.xx.2018-ci il tarixli, 001547 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xankəndi rayonun, Daşbulaq kəndində doğulmuşdur. Onun 72 yaşı var. Uzun illərdi ki, məlum səbəblərə görə o ailəsi ilə birgə ermeni faşistlərin təcavüzü nəticəsində doğma evindən didərgin düşmüşdür. Hazırda müvvəqəti olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən bir fərdi evdə məskunlaşmışdır. Qeyd etmək istəyir ki, yaşadığı ünvanda qaz təchizatı var. Qaz sayğacı evin kənarında, açıq havada, hasarın yanında quraşdırılıbdır. Bir neçə müddət öncə ona cavabdeh tərəfindən xəbərdarlıq bildirişi çatdırılmışdır. Həmin bildirişə əsasən guya onun qaz xidmətindən istifadəyə görə 366.95 manat ödənilməmiş borcu olduğu göstərilmişdir. Məsələnin nədən ibarət olmasından aydınlaşdırılması məqsədilə o müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. Nəticədə, xx.xx.2018-ci il tarixli, 001547 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surəti təqdim olunmuşdur. Akta əsasən guya xx.xx.2018-ci il tarixində sayğaca baxış keçirilmiş və sayğacın “qayka flyans plombunun” qırıq olduğu aşkar olunmuşdur. Cavabdehin əməkdaşları özləri həmin akta imza atmaqla kifayətlənmiş və onu bu haqda ümumiyyətlə xəbərdar etməmişdirlər. Sadəcə aktın aşağı hissəsində göstərilmişdir ki, guya o imza etməkdən imtina etmişdir. Halbuki, onun bunlardan ümumiyyətlə xəbər olmayıb və bu haqda o yalnız yazılı qaydada müraciət etdikdən sonra məlumatlı olmuşdur. Ona görə də bu iddianı indi yazır. Hesab edir ki, bu akt, eləcə də guya qazın istifadəsi nəticəsində yaranmış borc da ləğv olunmalıdı. Hesab edir ki, cavabdehin birtərəfli qaydada tərtib etdiyi aktın hüquqi qüvvəsi yoxdur. Guya həqiqətən də baxış zamanı sayğacın plombası qırıq olsa belə, onun həqiqətən də onun tərəfindən qırıldığı müəyyən olunmayıb. O, ahıl yaşında bir insandır və onun nə gücü var, nə də ki, təbii ki, bunu etmək üçün hər hansı səbəbi də yoxdur. Sayğac evindən kənar yerdə yerləşir. Daha dəqiqə olsa, evin kənarında olan hasarın arxasında cavabdeh tərəfindən quraşdırılıb. Nəticə etibarı ilə ona bildirdiyi borc (cərimə) məbləğinin əsası qanunsuzdur və nə məntiqə sığır, nə də ki, qanuna. Beləliklə, cavabdehin hərəkətləri qanunsuzdur, ona görə onun iddia tələbləri əsaslıdır və nəticə etibarı ilə tam həcmdə təmin olunmalıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, 001547 saylı aktdan görünür ki, xx xxxx 2018-ci il tarixində Cavabdeh İB-nin sayğaca baxış keçirilən zaman sayğacda qayka flyans plombunun qırıq olduğu aşkar edilmişdir. - **********00000 saylı abonentin GASREP məlumatlarında görünür ki İddiaçı 2018-ci ilin oktyabr ayında 388.80 manat məbləğində borcu yaranmışdır. - **********00000 saylı abonentin GASREP məlumatlarında görünür ki İddiaçı 2020-ci ilin iyun ayı üçün balansa yüklənmiş məbləğlərdən borca görə tutmalar çıxdıqdan sonra qalıq və aktlar üzrə 377.75 (üç yüz yetmiş yeddi manat, yetmiş beş qəpik) manat məbləğində borcu mövcuddur. - **********00000 saylı abonentin saldo məlumatlarında görünür ki İddiaçı 2020-ci ilin qalıq və aktlar üzrə 366.85 (üç yüz altmış altı manat, səksən beş qəpik) manat məbləğində borcu mövcuddur. - xx.xx.2020-ci il tarixli Cavabdeh İB-nin bildiriş-xəbərdarlığından görünür ki, **********00000 nömrəli abonentin xx.xx.2020-ci il tarixə yekun borcu 366.95 manatdır. - AA seriyalı, 056836 nömrəli vəsiqənin surətində görünür ki, İddiaçı 1992-ci il tarixdən Şuşa rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə sayxaca keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş G-4 1102AQ**********9 sayğacın qayka flyans plombunun qırıq olduğu aşkar edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 1944 kub metr hesablanaraq dəymiş zərər 388,80 manat olduğu müəyyən edilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayından 2020-ci ilin iyun ayınadək müxtəlif vaxtalarda hesabına yükləmiş olduğu məbləğlərdən borca görə tutmalar çıxmış və 2020-ci il üçün 366,95 manat borcu qaldığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, sayğacın qayka flyans plombunun qırılması məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli 001547 saylı akt ləğv edilməli və həmin akt əsasında **********00000 saylı abonent İddiaçı hesablanmış borcdan qalan 366,95 (üç yüz altmış altı manat, doxsan beş qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli 001547 saylı akt ləğv edilsin və həmin akt əsasında **********00000 saylı abonent İddiaçı hesablanmış borcdan qalan 366,95 (üç yüz altmış altı manat, doxsan beş qəpik) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2360/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2360/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver