Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2362/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiasıüzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakış. Sabunçu rayonu Maştağa qəs. 359 V saylı bağ evindən istifadə hüquqlarının itirilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədəərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakış. Sabunçu rayonu Maştağa qəs. 359 V saylı bağ evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakış. Sabunçu r-nu Maştağa qəs. 359 V saylı bağ evi ona xüsusi mülkiyyət kimi məxsusdur. Həmin mənzili o, xx xxxx 2016 il tarixində notarius tərəfindən təsdiq etdiyi alqı-asatqı müqaviləsinəəsasən əldə etmişdir. Alqı -satqı müqaviləsinin müvafiq bəndində qeyd olunduğu kimi müqavilə predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı- satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan , sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Həmin müqavilənin 13-cü bəndində qeyd olunub ki , cavabdeh xx.xx.2016 il tarixədək qeydiyyatdan çıxmağıöhdəsinə götürmüşdür. Cavabdeh mənzildən köçüb getmiş, lakin qeydiyyatdan çıxmamışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalmaqı mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinəəsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişməşəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədəərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adlarıçəkilən sənədlər iş materialarına əlavə edilmişidir). - Daşınmaz Əmlakın AN-İ ******* nömrəli Alqı-Satqı Müqaviləsindən görünür ki, Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 359 V saylı bağ evi xx.xx.2016-cı il tarixdə Cavabdeh mülkiyyətindən İddiaçı mülkiyyətinə keçmişdir. - Azərbaycan RespubliksıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın DÖvlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysetrindən çıxarışın surətindən görünür ki, Bakışəhəri, sabunçu rayonu, Maştağa qəsəbəsi, 359 V saylı bağ evinin mülkiyyətçisi İddiaçıdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 5 saylı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh həmin mübahisəli mənzildə qeydiyyatdadır. Məhkəmə aşağıdakı qeyd olunan əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli mənzili qanuni yolləəldə etmiş, lakin cavabdeh mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinin 1-ci cümləsinəəsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 647.2-ci maddəsinəəsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Beləliklə, iddiaçı mübahisəli mənzilə qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinəəsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının vəƏsas Azadlıqlarının Müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinəəsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinəəsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırda iddiaçı cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsinəəsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq iddiaçının ailəüzvi deyil, əksinə cavabdeh evi iddiaçıya satmiş və bununla da həmin evə bütün hüquqlarını itirmişdir. Göstərilənlərəəsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 359 V saylı bağ evindən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinəəsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 359 V saylı bağ evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində BakıŞəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim TahirəƏsədova
Məhkəmə qərarları › İş №2(008)-2362/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2362/2020
21.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver