Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2381/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əsgər oğluna, Cavabdeh3, X10, X3, X17, X11, X6 və X7 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əsgər oğluna, Cavabdeh3, X10, X3, X17, X11, X6 və X7 qarşı “pasport qeydiyyatına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 Əsgər oğlunun, Cavabdeh3, X8, X2, X14, X9, X4 və X5 Bakı şəhəri, Sabunçu rayonu, Seyid Hüseyn küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzilinə olan pasport qeydiyyatına xitam verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh1, Cavabdeh2 Əsgər oğlunun, Cavabdeh3, X8, X2, X14, X9, X4 və X5 Bakı şəhəri, Sabunçu rayonu, Seyid Hüseyn küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzilindən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Seyid Hüseyn küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzilini notariat kontorunda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almışdır. Müqaviləyə əsasən AR ƏMDK yanında DƏDRX-dən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il, reyestr **********28-05101-093021 olan çaxırış almışdır. Alqı-satqı müqavləsi bağlanarkən tərəf olaraq razılaşma şərtlərinə ciddi əməl etmişdir. Lakin mənzili alarkən həmin ünvanda pasport qeydiyyatında olan Cavabdeh1, Cavabdeh2 Əsgər oğlu, Cavabdeh3, X18, X12, X20, X19, X15 və X16 bu günədək həmin mənzildən pasport qeydiyyatdından çıxmamışlar. Cavabdeh tərəf müqavilə bağlanarkən söz vermişdir ki, bir ay müddətinə pasport qeydiyyatından çıxacaqlar, lakin onlar verdiyi sözə əməl etməmişdir. Onlar həmin mənzildə yaşamırlar, və onların qeydiyyatı formal xarkter daşıyır. İddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əsgər oğlu, Cavabdeh3, X18, X1 Emin Oruc oğlu, X19, X15 və X7 ünvanlanmış məhkəmə bildirişi onların məlum olan axırıncı yaşayış yerləri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı və ******* nömrəli yaşayış sahəsinin alqı-satqısı müqaviləsinə əsasən, X15 Bakı şəhəri, Sabunçu rayonu, Seyid Hüseyn küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzili İddiaçı tam mülkiyyətinə vermişdir. Satıcı – X15 həmin müqavilənin 8-ci bəndinə əsasən alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlakı verməyi, müqavilənin 17-ci bəndinə əsasən isə müqavilənin notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixədək həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışının surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Seyid Hüseyn küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışının elektron imza ilə təsdiq edilmiş surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Seyid Hüseyn küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN-nin xx.xx.2021-c1 il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, Cavabdeh1, Cavabdeh2 Əsgər oğlu, Cavabdeh3, X18, X12, X20, X19, X15 və X16 Bakı şəhəri, Sabunçu rayonu, Seyid Hüseyn küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzildə qeydiyyatdadır. Həmçinin, xx.xx.2019-cu il tarixli Bakı şəhəri 148 saylı Mənzil Kommunal İstismar Sahəsinə ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əsgər oğlu, Cavabdeh3, X18, X1 Emin Oruc oğlu, X19, X15 və X16 Bakı şəhəri, Sabunçu rayonu, Seyid Hüseyn küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzildə qeydiyyatdadırlar, lakin mənzil satıldığında orada yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, mənzilə mülkiyyət hüququ iddiaçıya məxsusdur və cavabdehlərin həmin mənzilə olan qeydiyyatı isə formal xarakter daşıyır. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əsgər oğlu, Cavabdeh3, X18, X1 Emin Oruc oğlu, X19, X15 və X5 Bakı şəhəri, Sabunçu rayonu, Seyid Hüseyn küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əsgər oğlunun, Cavabdeh3, X8, X2, X14, X9, X4 və X5 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi 17 saylı evin 6 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh1, Cavabdeh2 Əsgər oğlunun, Cavabdeh3, X8, X2, X14, X9, X4 və X5 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi 17 saylı evin 6 saylı mənzilə olan qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2381/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2381/2021
09.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver