Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2392/2025 10.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə və ona dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1962-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, mərhum X3 onun atasıdır. Atasının başında törəmə olmuş, o, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Ramana qəsəbəsində yaşadıqları evdə vəfat etmişdir. Həmin vaxt yanında onunla birlikdə həyat yoldaşı da olmuşdur. Atası həmin gün Sabunçu rayonun Kürdəxanı qəsəbə qəbirstanlığda dəfn edilmişdir. Atasının adına olan əmlakın sənədləşdirilməsi ilə bağlı mərhum atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də o, həmin sənədi almaq üçün TƏBİB Bakı Baş Səhiyyə Mərkəzi 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət etmişdir. 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtina etmişdir. Atasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə atası X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, mərhumun bacısıdır, ərizəçi Əsəd qardaşının oğludur. Bacısı ona zəng edərək Rafiqin vəziyyətinin ağırlaşdığını bildirmişdir. Mərhumu 10-15 gün xəstəxanada qaldıqdan sonra evə gətirmişlər və 1-2 gün sonra o, vəfat etmişdir. Mərhum öldüyü xx.xx.2024-cü il tarixdə Kürdəxanıda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, mərhumum gəlinidir, Əsəd onun həyat yoldaşıdır. Qaynının vəfatından sonra mərhum qayınatasını öz yanlarına gətirmişlər. Qayınatası xəstəlikdən əziyyət çəkdiyi üçün yeriyə bilməmiş, ona xüsusi qulluq tələb olunmuşdur. Onun məvacibi daha yüksək olduğundan iş yerindən çıxmamış, hər gün işə getmiş, əri isə işdən çıxaraq evdə atasına baxmışdır. 11 iyun tarixində axşam qaynatasının vəziyyəti pis olmuş, yata bilməmişdi. Səhər saat 7-də vəfat etdiyini görmüşlər. Qohumlara məlumat verdikdən sonra, təcili tibbi yardım çağırmışlar. Mərhum öldüyü xx.xx.2024-cü il tarixdə Kürdəxanıda dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsi tərəfindən verilmiş İ-AZ 084126 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cü il tarixdə doğulmuşdur, atası X2r. - Təcili və təxirəsalınmaz tibbi yardım stansiyası publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, “Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyası”nın 11 saylı bölməsinin əməkdaşları həmin tarixdə kişi cinsli meyit aşkarlamışlar. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından məlum olur ki, X3 xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi Tofiq Tağızadı küçəsində yerləşən 4 saylı qəbristanlıqda dəfn edilmişdir. - Azərbaycan Respublikası TƏBİB Bakı Baş Səhiyyə Mərkəzi “2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X3 heç bir xəstəliklə bağlı xəstəxanaya müraciət etmədiyinə görə ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. - Məzardaşının fotoşəklində “X3 xx.xx.1962-xx.xx.2024” yazıları qeyd olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi oğlunun atası xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Sənədləşmə işlərinin aparılması ilə bağlı atasının ölümünü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2392/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2392/2025
10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver