Məhkəmə qərarları › İş №2(008)-2400/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2400/2025

24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2400/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəilə məhkəməyə müraciət edərək, anası xx.xx.1964-cü il tarixdə doğulmuş X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanındakı evdə yaşayır. xx.xx.1964-cü il təvəllüdlü mərhum anası X7 “ürək” xəstəliyindən əziyyət çəkirdi və müalicə olunurdu. Mərhum anası onunla birlikdə ünvan 1 ünvanında yaşayaraq müalicələr alırdı. xx.xx.1964-cü il təvəllüdlü mərhum anası X8 xx.xx.2020-ci il tarixində yaşadığı ünvanındakı evdə infarkt etmişdir. O, dərhal X18 çağırmışdır. X18 gələnə kimi anası vəfat etmişdi. X16 həkimi anasını vəfatı barədə arayış vermişdir. Daha sonra həmin arayışla ərazi üzrə 21 saylı Şəhər Poliklinikasına müraciət edərək anasının ölümü barədə həkim tibbi şəhadətnamə istəmişdir. Lakin mərhum anasının ərazi üzrə poliklinikaya xəstəliyi ilə bağlı müraciət etmədiyi üçün anasının ölümü barədə həkim tibbi şəhadətnamə verməmişdirlər. Bundan sonra Bakı Şəhər 4 saylı Asan Xidmət X10ndə ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir, lakin ölüm kağızı vermədilər və imtina etdilər və ona məhkəməyə müraciət etməli olduğumu bildirdilər. xx.xx.1964-cü il təvəllüdlü mərhum anası X8 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi X.Vəliyev küçəsində yerləşən 3 saylı qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X6 məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq öz nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinn səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Lenin rayonu Zabrat qəsəbə Sovetinin 25 aprel 1991-ci il tarixdə verilmiş XV-ЖГ seriyalı 485600 nömrəli doğum haqqında şəhadətnaməni surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, atası X11, anası X4r. AZE seriyalı 16019954 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1964-cü ildə Ermənistan Spitak rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/15-6001/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003- cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. BŞT və TTYS-nin 12 saylı bölməsinin ölüm haqında xx.xx.2020-ci il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, həkim briqadası Bakı şəhəri, Sabunçu rayonu İİ Zabrat qəzəbəsi İstixana Kombinatı 38 nömrəli evin 7 nömrəli mənzilinə gələnə kimi X9 həkimə qədər qadın cinsli meyit aşkar edilmişdir. Bakı şəhəri Sabunçu rayon Zabrat Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 130 nömrəli arayışından görünür ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, X.Vəliyev küçəsində yerləşən 3 saylı qəbiristanlığında dəfn edilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 21 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli 18-1-1-58/3-14/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu İİ Zabrat qəzəbəsi İstixana Kombinatı ünvanında yaşamış X1 poliklinikaya müraciəti olmadığını və ölümün 2020-ci ildə olduğunu nəzərə alaraq “Ölüm haqqında tibbi şəhadətnamə” yazılması səlahiyyətləri xaricindədir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X9 ərizəçinin anası olmuşdur. O, xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi adiyyatı orqanlara müraciət etmiş, lakin imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar